Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ölkə qanunlarını pozan Xədicə İsmayılova layiq olduğu cəzanı alıb

Ölkə qanunlarını pozan Xədicə İsmayılova layiq olduğu cəzanı alıb

03.09.2015 [10:06]

Pərviz Sadayoğlu

Kimliyindən asılı olmayaraq qanunları pozan hər bir kəs ədalət mühakiməsi qarşısında cavab verməlidir
Xəbər verildiyi kimi, Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyi bildirilib və ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Vurğulayaq ki, X.İsmayılova, həmçinin, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib.
Qeyd edək ki, X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülmüşdü.
Ümumiyyətlə, gah “jurnalist”, gah QHT rəhbəri donunda, gah da “hüquq müdafiəçisi” iddiası ilə zühur edən Xədicə İsmayılovanın hər zaman öz şəxsi maraqları naminə qanunları pozmağa çalışması, maddi təminat qarşılığında ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasında iştirak etmək üçün hazır olduğu hamıya bəllidir. Məhkəmədə bu şəxsin “Azadlıq” radiosuna rəhbərlik etdiyi dövrlərdə yol verdiyi iqtisadi maxinasiyaların üstünün açılması onun siyasi kimliyinin də üstünə işıq salmaqdadır. Ədalət mühakiməsi sübut etdi ki, X.İsmayılova qeyri-qanuni şəkildə maliyyə əldə edib. Görünür ki, onun antimilli fəaliyyətinin, bir çox hallarda beynəlxalq təşkilatların toplantılarında erməniləri dəstəkləməsinin də arxasında məhz bu qeyri-qanuni maliyyə dayanıb.
X.İsmayılova “Azadlıq” radiosunun Bakı bürosunu “öz qanunları” ilə idarə edirmiş
Qeyd etmək lazımdır ki, X.İsmayılovanın “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi fəaliyyəti istər maliyyə məsələsi baxımından, istərsə də digər kontekstlərdə hər zaman müzakirə obyekti olub. Maraqlıdır ki, X.İsmayılova hələ həbs edilməmişdən öncə də radionun Bakı bürosunda baş verənlər haqqında elə radionun əməkdaşları tərəfindən mənfi xarakterli fikirlər açıqlanırdı. Məsələn, Bakı bürosunun sabiq əməkdaşlarından birinin şikayəti ilə radioda başlanan yoxlamalarda “Azadlıq” radiosunun Bakı xidmətinin şaffaflıq prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxmışdı. Şikayətdə büronun keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü bildirilirdi. Qeyd edildiyi kimi, radionun fəaliyyətinə nizamnaməyə zidd olaraq kənar maliyyə də cəlb edilmişdi ki, bu fakt da məhkəmədə sübuta yetirilib. Bundan başqa, məhkəmədə o da məlum olub ki, X.İsmayılova radionun Bakı bürosunu “öz qanunları” ilə idarə edib. Belə ki, işçilərlə müqavilələrin bağlanmaması da maliyyə maxinasiyalarının aparılması üçün münbit şərait yaratmağa xidmət göstərib.
Radionun Bakı bürosunun bir neçə verilişinin kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlaması da ortaya çıxıb ki, bu da nizamnaməyə zidd olduğu üçün qeyri-qanuni fəaliyyət kimi dəyərləndirilib. Vurğulamaq yerinə düşər ki, həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır.
X.İsmayılovanın maliyyə qaynaqlarının məhz ermənipərəstlər olmasına şübhə yeri qalmır
Bu baş verənlər X.İsmayılovanın birbaşa ermənipərəst mərkəzlərlə əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərdiyini bir daha ifşa edərək ortaya çıxardı. X.İsmayılovanın sevdiyi “korrupsiya” sözü, sən demə, onun özünün əməlinin əsas prioriteti imiş. Yəni hamını korrupsiyada ittiham edən Xədicə İsmayılova özü əsl korrupsiyaçı imiş. İllərdir ki, ermənipərəst dairələrlə əlbir olan və Azərbaycanın milli mənafeyinə qarşı cəbhə açan X.İsmayılova və digər korrupsiya bataqlığında can verənlər “demokratiya” sözünü yalnız öz şəxsi mənfəətləri üçün əzbərləyiblər. Beynəlxalq təşkilatların toplantılarında Azərbaycan həqiqətlərinə “arxa çevirən”, ermənilərə dəstək nümayiş etdirən X.İsmayılovanın maliyyə qaynaqlarının məhz ermənipərəstlər olmasına da şübhə yeri qalmır. Necə deyərlər, “pulu verən də havanı çaldırır”mış...
Ədalət mühakiməsindən yayınmaq mümkün deyil...
Göründüyü kimi, Azərbaycan qanunlarını pozmağı özünə peşə seçən X.İsmayılova da məsuliyyətdən yaxa qurtara bilmədi. Məhkəmə zamanı prosesi pozmağa çalışan, şahidlərin ifadələrini özünəməxsus şəkildə təkzib etməyə cəhd göstərən X.İsmayılova yenidən öz ətrafında “şou” düzəltmək istəsə də, buna nail ola bilmədi və ədalət məhkəməsində mühakimə olundu. Bu fakt bir daha onu göstərir ki, ölkə qanunvericiliyini pozan hər bir kəs qanun qarşısında cavab verməyə məhkumdur. Hüququn aliliyini prioritet olaraq qəbul edən Azərbaycan dövlətində kimliyindən və peşəsindən asılı olmayaraq heç kim ədalət mühakiməsindən qaça bilməz. Necə ki, X.İsmayılova qaça bilmədi...

Paylaş:
Baxılıb: 1021 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30