Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Çirkaba batmışa kimsə özünə rəva bilib çamur atmaz

Çirkaba batmışa kimsə özünə rəva bilib çamur atmaz

08.09.2015 [10:02]

Pərviz Sadayoğlu

Xəyanət və satqınlıq Əli Kərimlinin “siyasi peşə”sinin ştrixləridir
“Siyasi fəaliyyət”ini bütünlüklə anti-Azərbaycan istiqaməti üzrə müəyyənləşdirmiş AXCP sədri Əli Kərimlinin bu gün artıq “siyasi iflic” durumuna düşməsi özü tərəfindən də etiraf edilir. Hər zaman xəyanətə köklənən, antimilli xarici dairələrdən aldığı göstərişlər və sifarişlər əsasında milli maraqlarımıza qarşı düşmən kəsilən Ə.Kərimli üçün xəyanət “peşə borcu” anlayışı ilə anologiya təşkil edir.
İlk olaraq onu demək lazımdır ki, özünü “siyasət”ə atdığı ilk gündən hər kəsi - hətta onunla yanaşı “yol yeriyən” partiyadaşını və özünə lider seçdiyi şəxsi belə özünün çirkablarına “qonaq” etmiş Ə.Kərimli üçün çamurun içində dolaşmaq, sağa-sola həmin çamuru sıçratmaq sadəcə həyat tərzidir. Onun xəyanət benefisinin dəfələrlə “cəbhəçilər” tərəfindən dilə gətirilməsinin özü Ə.Kərimlinin kimliyinin üstünə işıq salır.
Əli Kərimli nəzarətində olan qəzetlərdə Elçibəyə qarşı təhqirlər yazdırırdı
Vaxtilə cəmiyyətin müzakirə obyektinə çevrilmiş “Xalq Cəbhəsinin “Yurd” Həqiqətləri” adlı hesabat-nəşr birmənalı şəkildə Ə.Kərimlinin AXC (sonradan AXCP) xəyanətlərinə, Elçibəyə qarşı tutduğu mövqeyə “həsr” olunub. Partiyasında “Yurd” qruplaşmasının başçısı olan Əli Kərimli üçün heç bir dəyərin qalmaması həmin nəşrdə öz əksini tapıb. Orada da qeyd olunur ki, AXC yarandığı dövrdə “Yurd” adlı bir qruplaşmanın təmsilçisi kimi oraya ayaq basan Ə.Kərimli sonradan partiyaya çevrilmiş AXCP-ni öz “yurd”çu şəbəkəsinin köməkliyi ilə “işğal” edib. Xüsusi vurğulamaq gərəkdir ki, Ə.Kərimlinin partiya daxilində qruplaşmalar yaratması, özünə lider saydığı Əbülfəz Elçibəyə qarşı qeyri-etik, təhqiramiz şəkildə kampaniyalar aparması faktı dəfələrlə müzakirə mövzusu olub. Bu kitabda isə göstərilir ki, xəyanət AXCP-ni əldə etmək üçün Ə.Elçibəyin xəstə yatağında olmasına baxmayaraq onu nəzarətində olan mətbu orqanlarda təhqirlərə məruz qoyan Ə.Kərimlinin xislətini bir daha ortaya qoyub.
Ermənilərlə işbirliyində olan Əli Kərimli partiyasını antimilli dairələrin şöbəsi kimi işlədir
Partiyanı ələ keçirdikdən sonra isə AXCP-nin yaranmasında xidmət göstərən şəxsləri min bir təzyiqlə oradan uzaqlaşdıran Ə.Kərimli xarici anti-azərbaycançı dairələrlə işbirliyinə gedərək xalqımızın və dövlətimizin milli maraqlarını satmağa başladı. Müstəqillik duyğusundan çox uzaqda olan, qul psixologiyasından xilas ola bilməyən Ə.Kərimli üçün idarəçilik və ya yaşam yalnız hansısa xarici ölkədən, yaxud onun hansısa qurumundan gələn əmrlər və sifarişlərlə tənzimlənməlidir. İllərdir ki, öz şəxsi mənfəətinin əsirinə çevrilərək bu psixologiya ilə yaşayan Ə.Kərimlinin xəmiri xəyanətlə yoğrulub. Ermənilərlə işbirliyində olan, onların ianələrini əldə etmək üçün ölkəmizə qarşı aparılan bütün şər-böhtan kampaniyalarında öndə yer alan Ə.Kərimli bununla bir daha sübut edir ki, yalnız verilən əmrlərə tabedir və xarici antimilli dairələrin bir şöbəsi qismində fəaliyyət göstərir. Partiyasından uzaqlaşdırdığı və ona etiraz edərək AXCP sıralarını tərk edənlərə, eləcə də onun sözünü təkrarlamayan düşərgə təmsilçilərinə qarşı sosial şəbəkələrdə, nəzarətində olan mətbu orqanlarda kampaniya təşkil etdirən Ə.Kərimli görəsən, hansı haqla ona “çamur” atıldığı iddiasına düşə bilir? Axı Ə.Kərimli kimdir ki, ona çamur atmaq hansısa xüsusi imtiyaz verə bilsin? Bu gülməli iddianın dövriyyəyə buraxılmasının bir səbəbi var. İstər Azərbaycan cəmiyyətində, istərsə də artıq “güvəndiyi” dairələrdə bir qara qəpiklik qiyməti qalmayan Ə.Kərimli yenidən gündəmə gəlməyə niyyətlənir. Özünü necə reklam edəcəyinin yollarını “araşdıran” Ə.Kərimli, görəsən, onun bu ölkənin və xalqın başına hansı oyunları gətirdiyinin, hansı xəyanətlərə yol verdiyinin unudulduğunumu düşünür? Əgər belə fikirləşirsə, səhv edir. Çünki istər 1992-ci ildə təmsil olunduğu AXC-Müsavat iqtidarı dövründə, istərsə də sonrakı “müxalifətçilik” dönəmində onun hansı çirkablara bulaşdığını heç kim unutmayıb...

Paylaş:
Baxılıb: 1092 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30