Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin saxta qurultay şousu AXCP-də yeni parçalanmalara yol açıb

Əli Kərimlinin saxta qurultay şousu AXCP-də yeni parçalanmalara yol açıb

02.10.2015 [10:22]

Pərviz Sadayoğlu

Partiyanın rayon şöbələri Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulduqlarını bəyan ediblər
AXCP-nin son qurultay şousu bu partiyadakı vəziyyəti növbəti dəfə bütün çılpaqlığı ilə ortaya qoydu. Daha doğrusu, özünü cəmiyyətə “demokratik qüvvə” kimi sırımağa çalışan AXCP sədri Əli Kərimli öz kürsüsünü qorumaq üçün bütün saxtakarlıqlara əl ata biləcəyini bir daha nümayiş etdirdi.
Məlumat üçün bildirək ki, deqradasiya vəziyyətində olan, kiçik radikal qrupdan, daha doğrusu, “sosial şəbəkə dəstəsi”ndən ibarət AXCP-nin uzun illərdir təxirə saldığı “qurultay”ı keçirmək üçün tələsik qərar qəbul etməsinin arxasında bu partiyada yaşanan son olaylar dayanırdı. Yəni Razi Nurullayevin rəhbərliyi altında AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılmasının ardından partiyanın əksər rayon şöbələrinin, eləcə də partiya funksionerlərinin Ə.Kərimliyə qarşı çıxmaları, onun illərdir ki, AXCP-də diktatura rejimi yaratdığını bəyan etmələri sədri narahat edirdi. İllərdir təxirə salınan “qurultay”ın keçirilməsinə qərar verilməsinin arxasında da bu narahatlıq dayanırdı. Lakin Ə.Kərimlinin ətrafındakı şəxslər hələ rayon şöbələrinin konfranslarını keçirmək istəyən zaman real mənzərə ilə qarşı-qarşıya qalıblar. Bəlli olub ki, guya Ə.Kərimlinin nəzarətində olan, əslində isə adı olub özü olmayan bəzi rayon şöbələrində hətta sədr vəzifəsi belə boşdur. Bu səbəbdəndir ki, Ə.Kərimlinin yaxın ətrafı məhz paytaxtdan muzdla tutulan şəxslərin “yeyib-içmək süfrəsi” arxasında çəkdirdiyi şəkilləri “rayon şöbələrinin konfransı” kimi təqdim etməyə çalışdı. Son nəticədə isə həmin muzdlular olmayan rayon şöbəsinin “nümayəndə”si kimi “qurultay”a nümayəndə seçildilər.
Ən qəribəsi isə odur ki, Ə.Kərimli bu kimi saxtakarlıqlara yol verməsinə baxmayaraq, nəticə etibarı ilə həmin muzdlulardan da qorxduğunu nümayiş etdirdi, həmçinin demokratik ənənələrdən uzaq birisi olduğunu növbəti dəfə təsdiqlədi. “Qurultay”da opponentinin gizli səsvermə təklifindən qorxaraq açıq səsverməyə israr etməsi bu şəxsin birmənalı şəkildə kürsüsünü qorumaq üçün primitiv ssenarilər cızdığını ortaya çıxarmış oldu. Ə.Kərimli azsaylı partiya üzvlərinin onu dəstəkləyib-dəstəkləmədiyinin əyani şahidi olmaq istədi. Təbii ki, bunun da səbəbləri vardı.
Vurğulayaq ki, Sahib Kərimlinin “qurultay”da Əli Kərimliyə opponentlik edəcəyini elan etməsinin ardından sosial şəbəkələrdə fəaliyyət göstərən AXCP dəstəsi iki qrupa bölünərək söz savaşına çıxmışdı. Açıq təhqirlər ilə müşayiət olunan bu qarışıqlıqda isə bir çox partiya üzvü aşkar şəkildə Ə.Kərimlinin sədr olaraq yürütdüyü siyasətdən narazılığını bildirir, onun uğursuzluqlarını sıralayırdı. Ə.Kərimli isə “qurultay”da gizli səsvermədən boyun qaçıraraq alternativsiz bir mühitdə sədr təyin olunmasına israr edən zaman həmin partiya üzvlərinin kimliyini bir daha dəqiqləşdirməyə qərar verib. Belə demək mümkündürsə, özləri istefa verməsələr həmin şəxslərin yaxın zamanda AXCP-dən qovulacağının şahidi olacağıq.
Beləliklə, hər zaman analoji metoddan istifadə edən, fərqli fikirlərə dözümsüzlük nümayiş etdirən Ə.Kərimli bu dəfə də əsl simasını partiyasının üzvlərinə göstərmiş oldu. Onun “qurultay” adına bir tamaşa oynaması, alternativsiz bir mühitdə sədrlik kürsüsünü qorumaq üçün bütün antidemokratik yollara baş vurması, saxtakarlıqlara yol verməsi isə AXCP-də yeni parçalanmalara, etirazlara yol açıb. Məlumatlara görə, partiyanın Naxçıvan şöbəsinin üzvü olan Həkimeldostu Mehdiyevin ardından bir neçə rayon şöbəsi də baş verənlərə etiraz əlaməti olaraq AXCP-dən çıxdıqlarını elan ediblər. Belə ki, sədr seçkisinin legitimliyinin şübhə altına alınması səbəbilə Şuşa, Xəzər və Salyan “cəbhə”çiləri də konfrans keçirərək AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin tərəfinə keçdiklərini bəyan ediblər. Həmin bəyanatlarda bir daha qeyd edilib ki, partiyada fərqli fikrə hörmətlə yanaşılmır, Ə.Kərimlinin ətrafındakı şəxslər AXCP üzvləri ilə adicə davranış qaydalarında kobudluğa yol verir, partiya sədri müzakirələrə və kollegial idarəetməyə dözümsüz yanaşır.
Göründüyü kimi, Ə.Kərimlinin yenidən AXCP postunu zəbt etməklə qarşıdan gələn illərdə də bu partiyanı öz iradəsinə və şəxsi marağına uyğun idarə etmək niyyəti ona baha başa gəlməkdədir. Çünki artıq partiya üzvləri kütləvi şəkildə Ə.Kərimlinin AXCP ilə özəl mülki kimi davranmasına qarşı çıxırlar. Bu etirazlar isə Ə.Kərimlinin tezliklə yalnız özünün ətrafındakı azsaylı qruplaşmaya sədrlik edəcəyini deməyə əsas verir...

Paylaş:
Baxılıb: 1087 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30