Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Razi Nurullayev məhkəmədə Əli Kərimlini ifşa edəcəyini deyir

Razi Nurullayev məhkəmədə Əli Kərimlini ifşa edəcəyini deyir

05.12.2015 [10:47]

Pərviz Sadayoğlu

İki AXCP-nin qarşıdurması yeni mərhələyə qədəm qoyur
Bir müddət öncə Ədliyyə Nazirliyinin Əli Kərimlinin rəhbərlik etdiyi dəstənin AXCP adından keçirdiyi saxta qurultayın sənədlərini geri qaytarmasından sonra tərəflər arasındakı gərginlik yeni mərhələyə qədəm qoyub. Məlumat üçün bildirək ki, Ə.Kərimli tərəfindən təqdim edilən “qurultay” sənədlərinin geri qaytarılmasına səbəb Razi Nurullayevin də Ədliyyə Nazirliyinə AXCP Etimad Qurultayının sənədlərini təqdim etməsi olmuşdu. Daha dəqiq desək, nazirlikdən bildirilmişdi ki, “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətləri məsələnin məhkəmə müstəvisində həllini şərtləndirir”.
Vurğulayaq ki, AXCP adına kimin yiyələnəcəyinin məhkəmə müstəvisində həlli artıq dəqiqləşib. Öz növbəsində, AXCP-nin Etimad Qurultayında sədr seçilən Razi Nurullayev bildirib ki, əks qanadı bitmiş qüvvə hesab edir: “Artıq məsələnin məhkəmə müstəvisində həll olunacağı dəqiqləşib. Düşünürəm ki, məhkəmədə Əli Kərimli qanadı üzərində tam qələbə çalacağıq. Başqa variant yoxdur. Çünki Əli Kərimlinin özü tərəfindən AXCP-nin nizamnaməsi dəfələrlə pozulub. Bu faktları ortaya qoyacağıq. Onların qurultay öncəsi keçirdikləri rayon konfranslarında etdikləri saxtakarlıqlar, qanunsuzluqlar, yəqin ki, məhkəmə tərəfindən nəzərə alınacaq”.
Qeyd edək ki, bir müddət öncə R.Nurullayev Ə.Kərimliyə partiyasının adını dəyişərək “Yurd” qoymasını təklif etmişdi. Səbəbini isə onun məhz bu qrupun dəstə başçısı olması ilə əlaqələndirmişdi. R.Nurullayev hələ 90-cı illərin əvvəlində Ə.Kərimlinin AXCP daxilində də məhz “Yurd” qruplaşmasının başçısı kimi “şöhrət” qazandığını dilə gətirmişdi. Bu dəfə də R.Nurullayev öz fikrinin üstündə qəti olduğunu bildirib: “Biz qələbəyə inamlıyıq. İnamımıza görə bu işə qədəm qoyduq. Bəri başdan Əli Kərimli partiyasının adını dəyişib, sənədlərini yeniləyib Ədliyyə Nazirliyinə yenidən müraciət etsə, daha münasib olardı. Onlar artıq özləri haqqında yüksək düşüncəyə malik deyillər. Böyük-böyük danışa bilmirlər. AXCP-ni onsuz da Əli Kərimli məhv etmişdi. Son proseslər onu göstərir ki, ümumiyyətlə, belə bir qurum yoxdur. Onlar ancaq “Azadlıq” qəzetinin səhifələrində görünürlər. Bir də “facebook”da özləri deyib özləri eşidirlər. Wİ-Fİ şəbəkəsini xatırladırlar. Məhdud dairədə mövcuddurlar”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, AXCP funksionerlərinin, eləcə də bir sıra rayon şöbələrinin sədrlərinin Ə.Kərimli tərəfindən repressiyaya məruz qalması hələ bir neçə ay öncə partiya daxilində parçalanmaya yol açmışdı. Lakin partiyanı öz şəxsi mülkü kimi idarə etməyə çalışan Ə.Kərimli bundan nəticə çıxarmayaraq muzdlulardan ibarət saxta qurultay keçirməklə yenidən AXCP adını mənimsəməyə çalışdı. Bununla belə, partiya üzvləri, eləcə də rayon şöbələri kütləvi şəkildə Ə.Kərimlinin rəhbərlik etdiyi dəstədə təmsil olunmadıqlarını bildirdilər. Narazılar əsl AXCP-nin məhz R.Nurullayevin sədrlik etdiyi təşkilat olduğunu bəyan etdilər. Və bütün bunların fonunda Razi Nurullayevin sədr seçildiyi AXCP Etimad Qurultayında Ə.Kərimlinin partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edildi.
Göründüyü kimi, Əli Kərimli artıq keçmiş partiyadaşlarının belə onun yalanlarına inanmadığını görür. Amma illərdir ki, təmsil olunduğu partiyanın adını alver predmetinə çevirərək antimilli mərkəzlərdən pul alan, qarşılığında isə dövlətimizə, xalqımıza qarşı aparılan kampaniyanın ön sıralarında səf tutan bu şəxs AXCP-nin əlindən çıxmasını həzm edə bilmir. Bunun nəticəsidir ki, partiyadaşlarının ona qarşı etimadsızlığını məhz “xəyanət” kimi dəyərləndirir. Necə deyərlər, aşıq gördüyünü çağırır. Xəyanəti özünə peşə seçən birisi üçün bu, təbii haldır...

Paylaş:
Baxılıb: 1168 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30