Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət partiyalarının rəhbərləri saxta “siyasi mühacir” biznesinin ifşasından narahatdırlar

Radikal müxalifət partiyalarının rəhbərləri saxta “siyasi mühacir” biznesinin ifşasından narahatdırlar

30.03.2016 [11:10]

Pərviz Sadayoğlu

Avropanın dövlət orqanlarının mühacirlərin sənədlərini yenidən yoxlamaq qərarı düşərgə partiyalarının sədrlərinin işini çətinə salıb
Azərbaycanın müxalifət partiyalarında vəziyyət yenidən gərginləşməkdədir. Belə ki, radikal düşərgə partiyalarının rəhbərliyinin “siyasi mühacir biznesi” ilə bağlı yeni məqamlar üzə çıxır. İllərdir “siyasi mühacir” qismində saxta sənədlərlə Avropaya qaçan “müxalifətçilər”in işi yenidən yoxlanılır. Buna səbəb isə son dövrlərdə Avropa məkanında mühacirlərlə bağlı yaranan problemlər, eləcə də əvvəlki illərdə sığınacaq alan şəxslərin sənədlərində saxtakarlıqlara yol verilməsidir. Avropa KİV-lərinin yaydığı məlumata əsasən, aparılan yoxlamalar əvvəlki illərdə Avropada sığınacaq tapmış bir çox insanın işində də müəyyən problemlər üzə çıxarıb. Bəlli olub ki, müxtəlif ölkələrdən “köhnə qitə”yə üz tutan bəzi insanlar nəyin bahasına olursa olsun, Avropada yaşamaq icazəsi almaq üçün şəxsi işlərini saxtalaşdırmaqdan belə çəkinməyiblər. Onların arasında guya öz ölkələrində siyasi fəaliyyətinə, cinsi oriyentasiyasına və digər səbəblərə görə təzyiqlərlə üzləşdiklərini iddia edənlər də var. Təbii ki, bu həyəcan təbili Azərbaycanı yalan iddialarla ləkələməyə çalışan, xaricdə yaşamaq üçün öz ölkəsinin ünvanına böhtanlar yağdıran radikal müxalifətçiləri də narahat edir.
Xatırlatmaq yerinə düşər ki, vaxtilə AXCP-də Əli Kərimlinin müşaviri olmuş Şakir Abbasov KİV-ə açıqlamasında keçmiş sədrinin “siyasi mühacir” biznesi ilə məşğul olduğunu, AXCP-dən də bu məqsədlə istifadə etdiyini bildirmişdi. Ş.Abbasov demişdi ki, Ə.Kərimli hətta AXCP-də heç kimin tanımadığı şəxslərə belə saxta vəsiqələr verdirərək onların Avropaya “mühacirət” etməsinə yardım göstərib.
Analoji hadisələr Müsavat Partiyasında da cərəyan edib. Bir il öncə bu partiyada saxta vəsiqələrlə bağlı mühüm qalmaqallar yaşanmışdı və partiya rəhbərliyinin bir sıra şəxslərə saxta sənədlər verdiyi ortaya çıxmışdı. Vaxtilə Müsavat Partiyasının bir sıra seçkili orqanlarında təmsil olunan Elbəyi Həsənli bu məsələni ictimailəşdirmişdi. O bildirmişdi ki, Arif Hacılı və digərləri saxta “siyasi mühacir” biznesi ilə məşğuldurlar. Hətta hazırda xaricdə yaşayan və 2011-ci ildə bununla bağlı Müsavat Partiyasından saxta sənəd hazırlayan Elnur Mirzəyev adlı şəxs bunun üçün Gülağa Aslanlıya 1800 manat pul verdiyini də bildirmişdi. Maraqlıdır ki, saxta sənəd satan radikal düşərgə partiyalarının rəhbərləri həmin şəxslərin işini daha da asanlaşdırmaq üçün onların “döyüldüyü”, “yerdə süründüyü” şəkillərin də nəzarətlərində olan qəzetlərdə dərc edilməsinə köməklik göstəriblər. Bundan başqa, radikal müxalifət partiyalarının saxta “siyasi mühacir” biznesinə xaricdə olan “nümayəndələr”i də kömək ediblər. E.Həsənli “Müsavat” rəhbərliyinin gizli “mühacir” biznesinin xaricdəki “sütunlar”ını da ifşa etmişdi. O bildirmişdi ki, Stokholmda yaşayan Əli Ağayev, Hollandiyada yaşayan Eldəniz Yusibov bu dəstənin ən məhsuldar və fəal üzvləridir. Belə ki, Ə.Ağayev bir neçə il öncə İsveçdə topladığı, lakin yaşamaq icazəsi ala bilməyən “müsavat”çılara dəstək üçün “Müsavat”ın ozamankı başqanı İsa Qəmbəri və indiki başqan Arif Hacılını Stokholma dəvət edib, yaşamaq icazəsi gözləyən “müsavat”çıların başqanla fotolarını görüntüləməyə nail olub və müşkülü həll edib.
Amma deyəsən, artıq bu cür saxta sənədlərlə Avropaya köç edənlər dalana dirəniblər. Hazırda Avropa ölkələrinin dövlət orqanları tərəfindən aparılan araşdırmalar min fırıldaqla Avropada məskən salmış “mühacirlər”in, “mavilər”in, “ermənilər”in vəziyyətini xeyli ağırlaşdırıb. Yenidən sənədlər toplanmalı, dəlil-sübutlar əldə edilməlidir. Məlumata görə, bir çoxları artıq Azərbaycanda müxalifət partiyaları ilə əlaqə quraraq bu məsələdə onlara yardım göstərmələrini istəyirlər. Məsələn, kimsə AXCP, “Müsavat” və ya “Milli şura” üzvü olduğunu isbatlamaq üçün Əli Kərimlidən, Arif Hacılıdan və digərlərindən vəsiqə almağa cəhd göstərir, kimisi də radikal düşərgəyə mənsub qəzetlərin arxiv materiallarını əldə etməyə çalışır. İddiaya görə, artıq yeni məqalələr sifariş edənlər də var və müxalifət bu məsələyə özünəməxsus şəkildə yanaşıb. Məlumata əsasən, AXCP-də “mühacirlər” üçün konveyer üsulu ilə “vəsiqə”, “arayış” və digər “sənədlər”in hazırlanması prosesinə start verilib. Xaricdə yaşayan və çətin situasiya ilə üzləşmiş soydaşlarımızdan birinin iddiasına görə, AXCP əvvəlki tarixlə vəsiqə verilməsi üçün 5 min avro məbləğində “planka” müəyyənləşdirib.
Göründüyü kimi, özlərini partiya adlandıran və faktiki olaraq qeyri-qanuni fəaliyyətlə məşğul olan belə “şəbəkələr” siyasət maskası altında gizlənib, özlərini “aydan arı” kimi qələmə verməyə çalışsalar da artıq onların maskası yırtılır. Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının və digərlərinin çirkin əməlləri növbəti dəfə ifşa olunur.

Paylaş:
Baxılıb: 1127 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30