Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənistan və erməni lobbisi növbəti dəfə fiasko ilə üzləşdi

Ermənistan və erməni lobbisi növbəti dəfə fiasko ilə üzləşdi

21.06.2019 [09:45]

Nurlan Qələndərli

“Dostluq xartiyaları”nın ləğv edilməsi Azərbaycanın həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq iqtidarında olduğunu bir daha nümayiş etdirdi
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir.
O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində çoxşaxəli fəaliyyət göstərir, qətiyyətli - prinsipial mövqeyini davam etdirir. Bunun qanunauyğun nəticəsi kimi, beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyi daim vurğulanır. Daha dəqiq desək, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq müstəvidə dəstəklənir.
Bütün bunlara baxmayaraq, Ermənistan müxtəlif xarakterli manipulyasiyalarla, həmçinin təxribat xarakterli addımlarla danışıqlar prosesini pozmağa, məsuliyyətdən yayınmağa çalışır. Danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar cəfəng fikirlərin səsləndirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin tanıdılması cəhdləri kimi səylər bu baxımdan xüsusi vurğulanmalıdır. Amma bu cür cəhdlər heç bir nəticə vermir, Ermənistanın manipulyasiya və təxribat xarakterli addımları fiasko ilə nəticələnir. Elə Fransa məhkəmələrində Dağlıq Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi də bu qəbildən olan nümunələr sırasındadır. Xatırladaq ki, Fransanın Serji-Pontuaz məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış “sənəd”in qeyri-qanuni olduğu, heç bir hüquqi qüvvə daşımadığı və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. Məlumata əsasən, işlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb və mayın 29-da başa çatıb. Fransanın Serji-Pontuaz məhkəməsinin bəhs olunan qərarının ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də oxşar qərar çıxarılıb. Bütövlükdə, Fransa məhkəmələrinin çıxardığı qərarlar separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradığını göstərir.
Bu kontekstdə bir məqamı da xüsusi olaraq qeyd etmək gərəkdir. Belə ki, Fransa məhkəmələrində Dağlıq Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Ermənilər də etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının real nəticəsidir. Digər tərəfdən, ermənilər onu da etiraf etməyə məcburdurlar ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur. Bununla yanaşı, beynəlxalq qanunvericilik sahəsində belə bir kobud qanun pozuntusuna heç bir, üstəlik, müstəqil olmayan məhkəmə də əsla bəraət qazandıra bilməz.
Başqa bir nüansa diqqət yetirmək vacibdir. Belə ki, bütün bunlar Azərbaycanın həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, anti-Azərbaycan xarakterli addımların qarşısını almaq iqtidarında olduğunu göstərir. Xüsusilə də, son illər ərzində Fransa Cənubi Qafqaz regionunun lider dövləti olan, yüksək beynəlxalq nüfuza malik Azərbaycanla müxtəlif sahələrdə əlaqələri, ən əsası, siyasi və iqtisadi münasibətləri gücləndirib. Şübhəsiz ki, bu amil prezident Makron başda olmaqla Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz.
Yeri gəlmişkən, erməni əsilli Fransa politoloqu Gaids Minasyan da bu həqiqətləri etiraf edib. O, bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Bildirib ki, onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proses davamlı xarakter daşıyacaq. Əlbəttə, bu məqam xüsusi önəm kəsb edir. Çünki radikal daşnakçı şəxs olan G.Minassianın anti-Azərbaycan və antitürk mövqedən çıxış etməsi sirr deyil. Onu da xatırlatmaq gərəkdir ki, “Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biri olan bu şəxs Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib-gəlir, aprel döyüşlərindən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Bu faktlar öz növbəsində bir sıra məqamlardan xəbər verir. Əvvəla, bu, anti-Azərbaycan mövqeyi ilə tanınan, ölkəmizə qarşı qərəzli kampaniyanın təşkilatçılarından biri olan bu şəxsin bəhs olunan nüfuzlu nəşrdə aparıcı mövqelərdən birinə sahib olduğunu göstərir. Bu hal, heç şübhəsiz, nəşrin obyektivliyinə kölgə salır. Əlbəttə, bu nüans, eyni zamanda, həssas məqamlarda “Le Monde” qəzetinin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.
Bütün hallarda ölkəmizə qarşı yönəlmiş spekulyativ və provakasiya xarakterli hərəkətlər heç bir nəticə vermir, Azərbaycan istənilən qeyri-qanuni xarakterli addımların qarşısını alır. Bunu mümkün edən isə Azərbaycanın yüksək beynəlxalq nüfuza - həm hüquq müstəvisində, həm də siyasi və iqtisadi platformada mühüm təsir imkanlarına malik olmasıdır.

Paylaş:
Baxılıb: 788 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30