Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli dağıdıcı təfəkküründən əl çəkmir

Əli Kərimli dağıdıcı təfəkküründən əl çəkmir

31.08.2019 [09:43]

Pərviz Sadayoğlu

AXCP sədri terror çağırışı edənlərdən “məsləhət”lərini əsirgəmir
Yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələrin paralel inkişafı təmin edilir. Ölkəmiz iqtisadi qüdrətini artırmaqla yanaşı, demokratik inkişaf yoluna da hər zaman sədaqət nümayiş etdirib. Ümumiyyətlə, hüquqi dövlət olan Azərbaycanda qanunun aliliyi təmin edilir, demokratik dəyərlərə hörmətlə yanaşılır. Məhz bunun nəticəsidir ki, kataklizmlərlə dolu dünyada Azərbaycan sabitlik adası kimi xarakterizə olunur.
Bütün bunlara baxmayaraq, Azərbaycanın sabit inkişafından, tərəqqiyə hədəflənən dövlət siyasətindən, reallaşdırılan sosial-iqtisadi islahatlardan narahatlıq keçirən, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq istəyən bir sıra xarici antimilli qüvvələr zaman-zaman təxribat xarakterli əməllərə əl atırlar. Həmin ermənipərəst mərkəzlərə xidmət edən yerli “beşinci kolon” nümayəndələri isə fərqli adlar altında terror çağırışları səsləndirir, hətta həmin əməlləri dəstəkləyirlər. Məsələn, AXCP sədri Əli Kərimlinin bir il öncə baş vermiş Gəncə hadisələri zamanı terrora cəhd göstərənləri dəstəkləməsi, onların “məsum olduqları”nı iddia etməsi hər kəsin yaddaşındadır. Bu “dəstəyi”ndən bir mətləbin hasil olmaması, deyəsən, AXCP sədrini başqa xəyallara salıb. Belə ki, son dövrlərdə sosial şəbəkələrdə “aktivliyini” artıran, yenidən yalan və hədyanlarını işə salmağa çalışan Əli Kərimli dövlətimizin, xalqımızın ünvanına böhtanlar atmaqdan usanmır, mənbəsiz, yalan informasiyalarla xalq arasında çaşqınlıq yaratmaq istəyir, Azərbaycana qarşı aparılan çirkin kampaniyaların tərkib hissəsi kimi çıxış edir. Daha dəqiq desək, bir müddətdir sosial şəbəkələrdə zorakılıq, terror və qarşıdurma çağırışları edən xaricdə məskunlaşmış dağıdıcı ünsürlərin “təkliflərini” böyük həvəslə müzakirəyə çıxaran Əli Kərimli üzdə guya buna qarşı olduğunu bildirsə də, özü kimi xarici anti-azərbaycançı mərkəzlərin xidmətçisi olan Sevinc Osmanqızının internet kanalına verdiyi müsabihəsində üstüörtülü şəkildə həmin zorakı çağırışları dəstəkləyənlərdən “məsləhət”lərini əsirgəmir.
Əslində, Əli Kərimli özü etiraf edir ki, Azərbaycan xalqı radikal düşərgəyə dəstək vermir və dağıdıcı ünsürlərin keçirdiyi icazəli mitinqə belə azsaylı adam qoşulur. O cümlədən Əli Kərimli üzdə zorakılığı “pislədiyini” bildirsə də, həmin zorakılıq çağırışları edənlərə “tapşırıqlar”, “məsləhətlər” verir. Belə ki, adıçəkilən internet resursundakı müsahibəsində Əli Kərimli terror və silahlı qarşıdurma, qanunlara qarşı çıxmaq çağırışı edənlərə bildirir ki, onlar məskunlaşdıqları ölkələrdən “rahat” şəkildə bu çağırışları edə bilər. Daha doğrusu, həmin xarici ölkələr bu adını “mühacir” qoymuş əlaltılarını Azərbaycana təhvil verməyəcək. Necə deyərlər, Ə.Kərimli bir daha terror çağırışı edənləri arxayın etməyə çalışır. Hətta bir az da irəli gedərək ötən il Gəncədə baş verənlərin Bakıda “baş vermə ehtimalları”nı belə dilə gətirir.
Göründüyü kimi, ermənipərəst mərkəzlərin, anti-azərbaycançı dairələrin Azərbaycana qarşı apardıqları çirkin kampaniyalara dəstək verən, hətta bu kampaniyaların təbliğatçısı rolunda çıxış edən Əli Kərimli kimi ünsürlər ölkəmizin mənafeyinə qarşı erməni lobbisi ilə birlikdə hərəkət edirlər. Ən əsası isə, radikal ünsürlər milli dəyərlərimizi, dövlətçiliyi hədəfə alır, dövlət əleyhinə qeyri-qanuni çağırışlar səsləndirirlər.

Paylaş:
Baxılıb: 466 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30