Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Komsomol “putyovkası”, yaxud Rüstəm İbrahimbəyovun turist səfəri

Komsomol “putyovkası”, yaxud Rüstəm İbrahimbəyovun turist səfəri

11.06.2013 [02:36]

Pərviz Sadayoğlu

Diletant, yarımçıq qoca züytutan...
Tay Əli Kərimli bu dəfəlik bağışlasın, inciməsin ki, onun tarixi “komsomol” adını başqalarına xitabən çəkirik. Amma nə edəsən, bu Rüstəm İbrahimbəyov “tovariş” özünü elə gülünc günə qoyub ki, onu oturub ağlamaq üçün yaxşı söz bazası olan 5-6 nənə lazımdır. Hər zaddan bir az dadan, sənəti-filanı kimi özü də yarımçıq olan Rüstəm İbrahimbəyov car çəkib ki, bəs, Avropa turnesinə çıxacam.
Rüstəm İbrahimbəyov özü etiraf etmək və qürrələnmək istəməyib, amma o, özünə təzə bir peşə tapıb. Artıq tanınmış müğənnilərin zurnaçılarının züy tutanı kimi Avropa toylarına gedən İbrahimbəyov hətta Avropada toy tutmaq üçün indidən özünü mataha mindirib və başlayıb ağlamağa ki, bəs, qara qəpiyim yoxdur, filan-feşman. İndi gərək avropalılar bunun züy tutduğu zurnaçını toya babat qiymətə aparsınlar ki, verilən puldan da buna bir “züy pulu” düşsün.
İndi bu turne məsələsi də çıxıb bir tərəfdən, komsomol “putyovkası” ilə toy tutmaq istəyən İbrahimbəyov müxalifəti yığır bir yerə ki, atışıb bir az pul yığsınlar və Rüstəmə bir düdüy alsınlar. Bəs necə, düdüysüz toy olmur axı. Özü də hər məkanın özünəməxsus düdüyü olmalıdır. Yəni bu düdüy məsələsi çox ciddi məsələdir. Bu kişi də yaşlı adamdır, sabah bir də görəssən ki, toyda İvandan, Petrovdan biri yaxınlaşdı buna ki, mənim tonumu tuta-tuta bir züyüldə görüm. Onda bu adam nə etməlidir?
Amma belə çətinliklərdən xilas edilmənin də öz yolları var. Bəs, düdüy, züy haqları hara getdi? Bunu müdafiə etmək lazım deyilmi? Bunun üçün də başqa züytutanlar yığılıb bu kişini “ən baş züy tutan” tituluna layiq görməlidirlər. Əslində, buna cəhd edilmişdi. Hətta bir-iki züy tutan israrla Rüstəm “tovarişin” tutduğu züyün məziyyətləri haqda ağzı köpüklənə-köpüklənə nə təhər danışdısa ürəkgetməsi tutdu. Amma alınmadı. Çünki nə edəsən ki, bu müxalifət çox qısqanc və qədirbilməyəndir. Hətta bu toplantıda kövrəklik üçün Rüstəm “tovarişin” tutduğu züyün sədaları da səsləndirilmişdi, amma bəzilərinin ürəyi yumşalmamışdı.
Hə, qərib ellərdə düdüyü əlində qalan Rüstəm “tovariş”in indi züyültüsü aeroportları götürüb. Yiyə duran yoxdur buna. Qoca züytutan özünü hansı ölkəyə sırımaq istəyirsə, mümkün olmur. Üzü şimaldan cənuba, şərqdən qərbə düdüyü əlində kimə gəldi züy təklifi edir. Amma bunun züyü ilə heç kim qol qaldırıb oynamır. Bilirlər ki, Rüstəm “tovariş” çox ipiqırıq adamdır. Hətta bu İPiqırıqlıq məsələsi bir ara lap bərk böyümüşdü. Bir-iki züytutan iddia edirdi ki, Rüstəm “tovariş” özünün reklamı xatirinə bunların başına İP salıb dolayıb. Sonradan bu İP söhbəti yığışıldı. Yaranan atəşkəsin səbəbləri isə sonradan bəlli oldu. Sən demə, bu İP söhbətini aradan qaldırmaq üçün Rüstəm “tovariş” gizli yollarla “Əl bərəkəti” təşkilatına bir az pul ötürüb. Bu pul da zurnaçılarla dəmkeşlər arasında bölüşdürülüb.
Hə, indi bu Rüstəm “tovariş” and aman edir ki, tay Moskvada toy yoxdur. İndi zurnanı bir az uzaqlarda züyüldətmək lazımdır. Amma insafsızlıqdır deyirəm. Bu Rüstəm “tovariş” də qoca adamdır, təzə-təzə ovurdlarını doldurub zurnada “rus çastuşka”sını çalmağı öyrənmişdi ki, ona başa saldılar ki, burada onun olası “əppək” yoxdur, yolunu bir az irağdan salsın. O İraqdan yox a, yəni, aralıdan. Bunlar hərdən “qanacağı qab-qacaq” kimi başa düşürlər, indi də gündəmə gəlmək üçün bir züyültü axtarırlar.
Amma bir yandan da, Rüstəm “tovarişin” indi komsomol “putyovkası” ilə kruiz etmək vaxtı deyil axı. Bu “tovariş” anlamır ki, ömür vəfasızdır, günahları da xirtdəkdəndir. Bunun bir əlacı var. “Luçşe” “tovariş” Rüstəm özünün komsomol “putyovkasını” qaytarsın, getsin bir müqəddəs ocağa-filana. Lap elə ziyarətə də gedə bilər. Getsin dizini atsın yerə, indiyə qədər etdikləri üçün Allahdan bağışlanmaq diləsin. Çünki, onun etdikləri onun özünə bəllidir və bilir ki, bunun qarşılığında bu xalq onun günahından keçməyəcək. Bu dünyada bağışlanmayıb, heç olmasa o biri dünyada min sifətə, cildə girib, gündə birinin cibindən çıxmayacağına, şeytanla yol yoldaşı olub Vətənini, millətini satmayacağına, ölkəsinə şər-böhtan yağdırmayacağına, xalqının düşmənlərinin danışan dilinə çevrilməyəcəyinə Tanrı qarşısında söz versin...
P.S. ... Bu yaşda insan nə siyasi cəhətdən, nə də mənəvi cəhətdən dilənməyi özünə yaraşdırmamalıdır. Siyasi diletantlığı özünə peşə etməyə çalışan İbrahimbəyov bir həqiqəti unudur. O, siyasətdə də yarımçıqdı... Hər işində yarımçıq olduğu kimi...

Paylaş:
Baxılıb: 1169 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31