Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / "Milli şura"nın antimilli mahiyyəti hər kəsə yaxşı məlumdur

"Milli şura"nın antimilli mahiyyəti hər kəsə yaxşı məlumdur

04.07.2020 [09:41]

Pərviz Sadayoğlu

Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq bu qondarma qurumun başında duranların sevimli peşəsidir

Qlobal bəlaya çevrilmiş yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində geniş yayılmaması üçün ardıcıl və məqsədyönlü addımlar atan Azərbaycan dövlətinin pandemiya ilə nümunəvi mübarizəsi bütün dünya dövlətləri, beynəlxalq təşkildatlar tərəfindən təqdir edilməkdədir. Təbii ki, bu uğurun əsas amillərindən biri ölkəmizdə mövcud olan xalq-hakimiyyət tandemi, pandemiya ilə mübarizədə nümayiş etdirilən milli həmrəylikdir. Bu gün xalqımız dövlətin apardığı siyasəti dəstəkləyir, iqtisadi-sosial sahədə görülən önləyici tədbirləri, eləcə də vətəndaşların sağlamlıqlarının qorunması üçün atılan addımları yüksək dəyərləndirir. Lakin adını "müxalifət" qoymuş, əslində isə illərdir xarici anti-azərbaycançı mərkəzlərin sifarişləri və direktivləri əsasında hərəkət edən radikallar bu məsələyə yanaşmada da dağıdıcı mövqedən əl çəkmirlər. Belə ki, "beşinci kolon" nümayəndələri, o cümlədn qondaram “Milli şura”da cəmləşən dağıdıcı ünsürlər ölkəmizdə pandemiyanın qarşısının alınması üçün görülən işlərə nəinki dəstək vermir, hətta buna qarşı şər-böhtan kampaniyaları təşkil edir, sosial şəbəkələrdə aparılan anti-azərbaycançı fəaliyyətlərə dəstək verir.

Bu məqamda vurğulamaq lazımdır ki, illərdir “xəyanət yuvası” satusundan başqa bir şey əldə edə bilməyən və Əli Kərimli-Cəmil Həsənli duetinin pul kisəsi rolunu oynayan qondarma "Milli şura"nın nə millət, nə xalq anlayışları ilə heç bir əlaqəsi yoxdur. Radikal ünsürlər sadəcə "Milli şura" adı altında gizlənərək xalqda özünə rəğbət yaratmağa, bununla da guya hansısa uğuru "qazanmağa" niyyətlənmişdilər. Lakin xalqımız bu ünsürlərin kimliyinə yaxşı bələd olduğu üçün onların bu cəhdləri də nəticəsiz qaldı.

Onu da qeyd edək ki, antimilli şuranın əsl "mahiyyəti" zaman-zaman bu qondarma qurumun üzvləri, hətta rəhbərləri tərəfindən tərəfindən də ifşa edilir, etiraf olunur. Hətta qondarma şuranın xarici missionerlərliyini həyata keçirən Qənimət Zahidovun "bizim işimiz hökuməti şərləməkdir" deməsi bir daha onların hansı məqsədlərə qulluq göstərdirklərini ortaya çıxarır. Bundan başqa, son günlərdə Prezident İlham Əliyevin Ermənistanla bağlı sərt tənqidlərinə qondarma şuranın təmsilçilərinin ermənilərlə sinxron, demək olar ki, eyni "cavabı" verməsi, belə demək mümkündürsə ictimai fikri, hətta beynəlxalq diqqəti Ermənistanda baş alıb gedən korrupsiyadan, qanunsuzluqlardan yayındırmağa cəhd göstərməsi onların əsl kimliklərinin üzərinə bir daha işıq saldı və növbəti özünüifşasına çevrildi. Yeri gəlmişkən, Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün "facebook" səhifəsində paylaşdığı “Antimilli şura” sərlövhəli məqaləsində bldirib ki, "Milli şura"nın antimilli mahiyyəti onun mayası ilə şərtlənsə də, yalnız yaranması tarixi ilə məhdudlaşmır. Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsidir.

Bir sözlə, ortada olan faktlar bir daha onu təsdiqləyir ki, illərdir özünü "müxalifət" qismində təqdim etməyə çalışan radikal ünsürlərin, qondarma şuranın bütün danışdıqları, irəli sürdükləri ittihamlar yalan, apardıqları təbliğat isə şər-böhtan xarakteri daşıyır. Onların bir məqsədləri var: Azərbaycanın uğurlarına qara yaxmaq, əksinə ölkəmizə, xalqımıza qarşı aparılan kampaniyalara dəstək vermək.

Paylaş:
Baxılıb: 292 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30