Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ermənistanda siyasi qarşıdurma kəskinləşir

Ermənistanda siyasi qarşıdurma kəskinləşir

25.02.2021 [09:05]

Qaşqay ZİYƏDDİNOĞLU

Məğlub Ermənistanda xaos və böhran vəziyyəti davam edir. 20 fevralda Yerevanda keçirilən ümumrespublika mitinqindən sonra müxalifət partiyalarının birləşdiyi “Vətənin xilası naminə hərəkat” ölkədə fasiləsiz olaraq vətəndaş itaətsizliyi aksiyalarının başlandığını elan edib. Erməni KİV yazır ki, son günlər müxalifət şəhərin müxtəlif yerlərində aksiyalar təşkil edib. Paşinyan hakimiyyəti isə üsyan ehtimalı da daxil olmaqla, özünü təhlükələrdən qorumaq üçün müxtəlif tədbirlər görür. Belə ki, hətta piket və yürüşlərə belə çox sayda polis cəlb edilir, aksiya iştirakçılarına zorakılıq tətbiq edilir.
Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları müxalifətçilərin həbsini də davam etdirir, hətta müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın da həbs ediləcəyi gözlənilir. Ona görə ki, V.Manukyanın Ermənistanı mövcud hakimiyyətdən xilas etmək üçün “A” və “B” planları təklif etməsi hakimiyyəti qəzəbləndirib. Xatırladaq ki, “Vətənin xilası naminə hərəkat”ın “A” planını əhatə edən tələbləri bəllidir: hökuməti istefaya göndərmək, müvəqqəti hökumət qurmaq və sonra növbədənkənar seçki keçirmək. “B” planına gəlincə, həmin plan qısa bir vaxtda üsyanla hakimiyyəti ələ keçirməyə hesablanıb. Bu planların elanından sonra hakim “Mənim addımım” blokunun deputatı Andranik Koçaryan müxalifəti hədələyib.
“Panorama.am” yazır ki, məsələyə münasibət bildirən müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan A.Koçaryanı “quldur” adlandırıb: “Hakimiyyət əvvəlcə 5 mindən çox müharibə itkisi, habelə insanların koronavirusdan ölümünə görə cavab verməlidir. Onların vicdanında 10 mindən çox insanın qanı var. Təbii ki, hakimiyyət itirildikdən sonra bu köhnə quldurun hansı vəziyyətə düşəcəyini yəqin etmək çətin deyil. Onlar hakimiyyətdə qalmaq üçün xalqa atəş açmağa hazırdırlar. Xalqı qorxuda biləcəklərini düşünürlərsə, yanılırlar. Bu mübarizə dayanmayacaq və sona qədər davam edəcək. Onları mütəşəkkil şəkildə hakimiyyətdən uzaqlaşdıracağıq”.
Xatırladaq ki, istefa tələbi ilə müxalifətin itaətsizlik aksiyaları son bir neçə gün ərzində Yerevanda davam edib, hətta bəzi hallarda etirazçılar küçələri bağlayıb, universitet binalarına daxil olublar. Hökumət binası qarşısında vətəndaşlara qarşı polisin davranışı isə həddindən artıq zorakılıqla müşayiət olunub. Belə ki, Paşinyanın binaya girməsinin qarşısını almaq istəyən fəallardan 51 nəfər saxlanılıb, onlardan biri yaralanıb. Hərəkatın koordinatoru İ.Saqatelyan da zorakılığa məruz qalıb.
“Sputnik-Ermənistan” yazır ki, V.Manukyan vətəndaşları polis zorakılığı faktlarını qeydə almağa, güc tətbiq edən bütün polislərin şəkillərini çəkməyə və polis xidmətinin rəisini isə açıqlama verməyə çağırıb.
Yeri gəlmişkən, Ermənistan polis xidmətinin keçmiş rəis müavini Qaqik Hambartsumyan “News.am” saytına verdiyi açıqlamada deyib ki, bu gün polis xidmətinin rəisinin vəzifəsi öz işinin səmərəliliyini artırmaq deyil, sinif yoldaşının (Paşinyanın) hakimiyyətini uzatmaqdır: “40 illik fəaliyyətimdə polisin belə səriştəsizliyini xatırlamıram. Bu, yalnız ölkəmizdə baş verir. Bu gün Paşinyan hakimiyyətinin yeganə dəstəyi polis xidmətidir”.
Göründüyü kimi, Ermənistanda siyasi qarşıdurma daha da kəskinləşir. Əhalini küçələrə çıxaran müxalifət Paşinyan istefa verənə qədər vətəndaş itaətsizliyi aksiyalarını davam etdirmək niyyətindədir.

Paylaş:
Baxılıb: 507 dəfə

Müəllifin digər məqalələri:

Ermənistanda seçki düyünü

Məlum olduğu kimi, baş nazir Nikol...

31.03.2021 [08:47]

Qənimət Zahidin məyusluqdan doğan hikkəsi...

44 günlük Vətən...

04.03.2021 [08:41]

Ermənistanda xaos: ziddiyyətlər dərinləşir, etiraz aksiyaları genişlənir

Məlum olduğu kimi, məğlub Ermənistanda...

15.02.2021 [08:44]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30