Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin yalanları sərhəd tanımır

Əli Kərimlinin yalanları sərhəd tanımır

26.02.2021 [08:52]

Nardar Bayramlı

Və ya radikal müxalifət təmsilçiləri əsassız iddialarla xalqı aldatmağa çalışırlar
Məlum olduğu kimi, ötən il 44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi və işğalçı Ermənistanın acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Məğlub Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinə start verilib. Şübhəsiz ki, dövlətimizin həyata keçirdiyi işlər nəticəsində işğaldan azad edilən torpaqlarımız yenidən cənnətə çevriləcək. Lakin təəssüf ki, radikal müxalifət şəhidlərimizin qanı hesabına qazanılmış möhtəşəm qələbəyə kölgə salmaq cəhdlərindən əl çəkmək istəmir. Ötən gün AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə paylaşdığı müsahibədə əsasssız iddialar səsləndirib. Ümumiyyətlə, görünən odur ki, Əli Kərimlinin yalanları sərhəd tanımır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Ramin Məmmədov deyib ki, dağıdıcı ünsürlərin sosial şəbəkələrdəki növbəti “fəallığının” arxasında hansı məqsədin dayandığı hər kəsə bəllidir: “Hər kəsə bəllidir ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar həmin vaxt qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Çünki AXC-nin 1990-cı illərin əvvəlində hakimiyyət uğrunda mübarizəsi nəticəsində yaranmış ölkədaxili xaosdan istifadə edən Ermənistan torpaqlarımızın bir hissəsini işğal etdi. 1992-ci ilin may ayında AXC-”Müsavat” cütlüyü qanunsuz yollarla hakimiyyətə gəldikdən sonra isə 1 il ərzində daha böyük ərazilərimiz işğal olundu. Hazırda o vaxt hakimiyyətdə olan indiki radikal müxalifətin ümummilli məsələlərdə də xalqın mövqeyinə zidd yanaşma sərgiləməsi, həmçinin sosial şəbəkələrdə manipulyasiya cəhdləri qəbulolunmazdır”.
Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində xalqımız möhtəşəm qələbə qazanıb. Müharibənin başa çatmasını rəsmiləşdirən 10 noyabr Bəyanatına əsasən 3 rayonu ermənilər döyüş olmadan bizə qaytarmağa məcbur oldular. Qarşıda duran məsələlər isə mərhələlərlə həyata keçiriləcək. Ona görə də radikalların iddialarının heç bir əsası yoxdur.
Millət vəkili Eldəniz Səlimov da qeyd edib ki, bir zamanlar torpaqlarımızın işğalına şərait yaradanlar bu gün sosial şəbəkələrdə cəfəng fikirlər səsləndirir, Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsinə kölgə salmağa çalışırlar. Amma onların iddiaları və niyyətləri iflasa məhkumdur. Çünki sosial şəbəkələrdə yalan məlumat yayan Ə.Kərimli yaxşı bilir ki, biz böyük qələbə qazanmışıq. Müəyyən mərhələdən sonra azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. 10 noyabr Bəyanatında bu məsələlər əks olunub.
Deputatın sözlərinə görə, dövlətimiz və xalqımız AXC-”Müsavat” cütlüyünün bir illik hakimiyyətinin acı nəticələrini uzun illər yaşamalı oldu: “Yalnız 28 ildən sonra torpaqlarımız işğaldan azad edildi. Lakin bu gün xalqımız qazanılan qələbənin sevincini yaşasa da, o vaxt hakimiyyətdə olan indiki radikal müxalifət ictimai rəyi çaşdırmağa, böyük qələbəmizə kölgə salmağa çalışır. Bunu Ə.Kərimli kimilərinin müharibədən sonra sosial şəbəkələrdə səsləndirdikləri əsassız iddialar da təsdiqləyir. Amma bunlar heç bir nəticə verməyəcək. Çünki xalq onları yaxşı tanıyır”.

Paylaş:
Baxılıb: 368 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31