Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ac toyuq yuxusunda darı görər

Ac toyuq yuxusunda darı görər

19.03.2021 [09:15]

Pərviz Sadayoğlu

Və ya Gültəkin Hacıyevanın gerçəkləşməyən xaos arzusu
Xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə hərəkət edən antimilli ünsürlər indi də ölkəmizdəki həmrəyliyə görə narahatlıqlarını büruzə verirlər. Antimilli şurada cəmləşən həmin ünsürlər milli birliyə zərbə vurmaq, ölkəmizin uğurlarına kölgə salmaq üçün sosial şəbəkələrdə qarayaxma kampaniyası aparırlar. Yeri gəlmişkən, bir neçə gün öncə antimilli şuranın üzvü Gültəkin Hacıyeva xaos arzularını yenidən dilə gətirib. Lakin o və onun xidmət etdiyi dairələr də yaxşı bilirlər ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasəti ölkəmizin sürətli inkişafını, həmçinin milli birliyin və həmrəyliyin güclənməsini təmin edib. Vətən müharibəsi dövründə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin nümayiş etdirdiyi birlik postmüharibə dövründə də davam edir. Bu isə yeni mərhələdə ölkəmizin tərəqqisi naminə qarşıda duran vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə mühüm töhfədir.
Digər tərəfdən, G.Hacıyeva “Qarabağın taleyinin naməlum olması” kimi absurd iddia irəli sürməkdən də çəkinməyib. Radikal müxalifət hələ də anlamır ki, sabitlik adası olan, tərəqqi yolunda addımlayan Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və əldə olunmuş qələbə ölkəmizin qarşısında yeni perspektivlər açıb. Bu gün Azərbaycan dövləti bəhs olunan regionun dirçəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Şübhəsiz ki, antimilli şura üzvünün aparmağa çalışdığı bu qarayaxma kampaniyası birmənalı şəkildə onun və düşərgədaşlarının qaranlıq arzularıdır. Bir dəfə də Azərbaycanın qələbəsi ilə bağlı müsbət fikir səsləndirməyən belələri ölkəmizin uğurlarına qısqanclıqla yanaşırlar. G.Hacıyeva kimiləri ermənipərəst mərkəzlərdən aldıqları sifarişləri ictimai rəyə sırımaq üçün gülüş doğuran yalanlardan istifadə etməyə çalışırlar. Təbii ki, radikal düşərgə təmsilçilərinin yalanları sabun köpüyündən başqa bir şey deyil.

Paylaş:
Baxılıb: 390 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30