Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Növbəti qərəz nümunəsi

Növbəti qərəz nümunəsi

30.03.2021 [09:02]

Pərviz Sadayoğlu

Bəlli olduğu kimi, martın 18-də Azərbaycan Prezidenti cənab İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Bu, heç şübhəsiz, yüzlərlə ailəyə böyük sevinc bəxş etdi. Əlbəttə, əfv Sərəncamı, ilk növbədə, dövlətin vətəndaşlara verdiyi dəyərin göstəricisi və humanizm nümunəsidir. Təbii ki, hər bir şəxs etdiyi cinayətin, törətdiyi qanunsuz hərəkətin məsuliyyətini daşımalıdır. Amma müəyyən bir müddətdən sonra öz səhvini anlayan, etdiyi səhv əməldən peşman olan və ya ailəsində, səhhətində yaranan problemlə bağlı cəzasının qalan müddətini çəkməkdən azad edilməsi mümkün olan şəxslərin azadlığa qovuşması böyük əhəmiyətə malikdir.
Təəssüf ki, cəmiyyət tərəfindən təqdirlə qarşılanan bu cür humanist addımın üzərinə radikal müxalifət düşərgəsinin nümayəndələri kölgə salmağa çalışır. Öz xislətlərinə uyğun davranışlarından əl çəkməyən, hətta siyasi dividend qazanmaq üçün dövlətin, xalqın mənafeyini satmağa belə hazır olan radikal ünsürlərin əfv Sərəncamına qarşı qərəzli münasibətləri, sadəcə olaraq, ikrah doğurur. Əli Kərimli, Qənimət Zahid, Gültəkin Hacıyeva və digərləri sosial şəbəkələrdə bu humanizm nümunəsini öz korşalmış və xəyanətkar məntiqləri ilə “izah etməyə” çalışır, ictimaiyyətin təqdir etdiyi addımı qaralamağa cəhd edirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin uğurlarına sevinməyi bacarmayan, hətta torpaqlarımızın işğaldan azad olunmasını belə həzm edə bilməyən radikal ünsürlər üçün ülvi hislər, xalqın sevinci heç bir önəm daşımır. Bütün məsələlərə yalnız maddi gəlir prizmasından və şəxsi ambisiyaları əsasında yanaşan belələrini, heç şübhəsiz, ölkəmizdəki milli həmrəylik ciddi narahat edir. Çünki bu kimi humanist addımlar dövlət-vətəndaş birliyini daha da möhkəmləndirir. Vətəndaşlarımız anlayır ki, hətta etdiyi səhv addımı belə bir müddətdən sonra bağışlayan dövlətimiz hər zaman onun arxasındadır. Amma xaricdəki ermənipərəst mərkəzlərin buyruq qulu olan dağıdıcı ünsürlərin davranışı xainlikdən başqa bir şey deyil.

Paylaş:
Baxılıb: 319 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30