Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur

Gültəkin Hacıbəylinin absurd iddiaları gülüş doğurur

30.04.2021 [08:08]

Nardar Bayramlı

Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən sonra Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. Hazırda dövlətimiz və xalqımız işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə köklənib.
Bütün bunların fonunda “beşinci kolon”un təmsilçiləri yenə də qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirərək süni gündəm yaratmağa çalışırlar. Antimilli şuranın fəallarından olan Gültəkin Hacıbəyli ənənəsinə uyğun olaraq sosial şəbəkələrdə şəhidlərimizin canı-qanı hesabına, ordumuzun şücaəti sayəsində qazanılan parlaq Zəfərin dəyərini kiçiltməyə çalışır. Onun iddiasına görə, guya Azərbaycan elə də ciddi uğur əldə etməyib. Amma nəzərə almaq lazımdır ki, möhtəşəm tarixi qələbə nəticəsində ölkəmiz regionda yeni reallıqlar yaradıb. Bu gün işğaldan azad edilmiş bölgələrimizdə quruculuq işləri sürətlə davam edir. Artıq “Ağıllı kənd” layihəsinə start verilib. Doğma yurdlarına qayıdacaq insanların həyat şəraitinin yüksək səviyyədə təmin edilməsi üçün bütün lazımi addımlar atılır. Xüsusilə 10 noyabr birgə Bəyanatına əsasən, kommunikasiyaların bərpa edilməsi Azərbaycanın maraqlarına tam uyğundur. O cümlədən Zəngəzur dəhlizinin açılması nəinki ölkəmizin, hətta bütün Türk dünyasının strateji mənafeyinə cavab verir.
Göründüyü kimi, müharibənin başa çatmasından sonra atılan bütün addımlar Azərbaycanın maraqlarına tam adekvatdır. Eyni zamanda, bu addımlar regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
“Beşinci kolon”un təmsilçisinin digər iddiasına görə, guya ölkəmizdə şəhid ailələrinə və qazilərə, həm cəmiyyət, həm də dövlət tərəfindən diqqətsizlik göstərilir. Lakin məlumdur ki, dövlətimiz, cəmiyyətimiz tərəfindən bu kateqoriyadan olan insanların qayğıları daim diqqət mərkəzində saxlanılır. Bu məsələdə dövlətin siyasi iradəsi ortadadır. Eyni zamanda, bu gün “YAŞAT” Fondu vasitəsilə cəmiyyət üzvləri, qeyri-hökumət təşkilatları, müxtəlif qurumlar, sadə vətəndaşlar şəhid ailələrinə və qazilərə dəstək göstərirlər.
Belə olan halda, G.Hacıbəyli kimilərinin bu iddiaları riyakarlıqdan başqa bir şey deyil. Onlar ictimai rəyi yanıltmağa çalışsalar da, bu niyyətləri heç vaxt baş tutmayacaq. Çünki Azərbaycan cəmiyyəti antimilli ünsürlərin kimlərə və hansı maraqlara xidmət etdiyini yaxşı bilir.

Paylaş:
Baxılıb: 411 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30