Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sevinc Osmanqızının antimilli təbliğatı

Sevinc Osmanqızının antimilli təbliğatı

19.05.2021 [08:31]

Pərviz Sadayoğlu

Yaxud xəyanətkar ünsürlərin növbəti qarayaxma kampaniyası
Azərbaycan dövlətinin 44 günlük müharibədəki qalibiyyəti və yaratdığı yeni reallıqlar istər xaricdəki ermənipərəst qüvvələrin, istərsə də onların ölkə daxilindəki əlaltılarının ciddi narahatlığına səbəb olub. Təsadüfi deyil ki, işğaldan azad edildikdən sonra Şuşada aparılan abadlıq-quruculuq işləri, yeni infrastrukturun yaradılması, o cümlədən 29 ildən sonra Azərbaycanın mədəniyyət paytaxtında baş tutan “Xarıbülbül” festivalı dağıdıcı, antimilli ünsürlərin hədəfinə tuş gəlib. Məsələn, ermənipərəst Sevinc Osmanqızının sosial şəbəkədə bununla bağlı hazırladığı “verilişlər” dağıdıcıların xislətini bir daha ortaya qoyur. Görünən odur ki, Azərbaycan xalqının qələbə ruhu, nümayiş etdirilən milli birlik və həmrəylik, şəhərin bərpası erməni dəyirmanına su tökənləri ciddi şəkildə narahat edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa bu gün yenidən qurulur. Millət vəkili deyib ki, ölkə Prezidentinin tapşırığına əsasən, Şuşada tarixi-mədəni və dini abidələrin bərpası olduqca mühüm önəm kəsb edir. Bir neçə gün öncə Şuşada keçirilmiş möhtəşəm “Xarıbülbül” festivalı isə Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. Bu festival bir daha dünyaya Azərbaycanın qazandığı Zəfəri və milli birliyimizi nümayiş etdirdi: “Hər zaman ölkəmizə qarşı düşmən mövqeyində olan radikal müxalifət və onların xaricdəki uzantıları Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaların tərkib hissəsinə çevrilirlər. Şuşanın bərpası, yenidən qurulması, orada mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə bağlı da sosial şəbəkələrdə yalanlar yaymağa çalışırlar. Antimilli ünsürlər Şuşada görülən işləri hədəfə almağa cəhd göstərməklə, uğurlu fəaliyyətə kölgə salmağa çalışmaqla açıq şəkildə düşmənlərimizin maraqlarına xidmət etdiklərini ortaya qoyurlar. Onlar Azərbaycandakı milli birliyi, siyasi həmrəyliyi həzm edə bilmirlər. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın və digər rayonlarımızın azad edilməsi uğrunda birgə mübarizə aparan xalqımız “Xarıbülbül” festivalında da bu birliyi bütün dünyaya nümayiş etdirdi. Ermənilər və onların dəstəkçiləri anlayırlar ki, torpaqlarının azadlığı uğrunda bir yumruq kimi birləşən xalqımızın qarşısında heç bir qüvvə duruş gətirə bilməz”.
Milli Məclisin deputatı Şahin İsmayılov da qısa zaman ərzində Şuşada həyata keçirilən yenidənqurma və abadlıq işlərini, eləcə də “Xarıbülbül” festivalının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, ermənipərəst dairələrin və onlara xidmət göstərənlərin narahatlıqları təsadüfi deyil: “Şuşa Azərbaycanın tarixi torpağıdır və orada baş tutmuş festival da müasir Azərbaycan tarixinin qürur doğuran səhifəsidir. Bu tədbir bir daha Azərbaycanın multikultural dəyərlərə verdiyi qiyməti bütün dünyaya nümayiş etdirdi. Bu səbəbdən də qərəzli iddialarla gündəmə gəlməyə çalışan, ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən radikal müxalifət və onların xaricdəki uzantıları yeni yalanlar tirajlamağa çalışırlar. Erməniləri və onlarla əlbir olanları ciddi narahat edən isə Azərbaycan dövlətinin qısa zamanda Şuşanı dirçəltməsi, tarixi-mədəni abidələri bərpa etməsidir. Bu fakt onların milli maraqlara zidd davrandığını, erməni təbliğatının bir hissəsinə çevrildiyini növbəti dəfə təsdiqləyir”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 571 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31