Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
02.06.2021 [08:56]
Pərviz Sadayoğlu
Məlum olduğu kimi, bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, onun rifahı və mənafeyi dayanır. İstər xüsusi imtiyaza malik həssas qrupların, istərsə də digər vətəndaşlarımızın sosial rifahının təminatı istiqamətində isə mütəmadi addımlar atılır, tədbirlər həyata keçirilir. Vurğulamaq yerinə düşər ki, hətta COVID -19 pandemiyasının ən qızğın dövrlərində belə Azərbaycan dövləti qəbul etdiyi Tədbirlər Planı əsasında vətəndaşların sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atmışdı. Bütün bu amillər isə kompleks halda ölkəmizdə milli birliyin daha da güclənməsinə xidmət göstərir. Daha doğrusu, ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi bütün sahələrdə inkişafın ən mühüm sütunlarından sayılır.
Lakin təəssüfləndirici haldır ki, radikal müxalifət və düşərgənin xaricdəki uzantıları xalq-dövlət birliyini hədəfə alır, dövlətin vətəndaşlara münasibətinə kölgə salmaq üçün müxtəlif yollara baş vururlar. Azərbaycan dövlətinin bütün situasiyalarda öz vətəndaşının yanında yer almasını, onun problemlərinin həllində birbaşa iştirak etməsini həzm etmək iqtidarında olmayan dağıdıcı, ermənipərəst ünsürlər mütəmadi olaraq sosial şəbəkələr vasitəsilə öz yalanlarını yaymağa çalışırlar. Dağıdıcı düşərgənin xaricdəki təmsilçilərindən olan Sevinc Osmanqızı da bu kontekstdə xüsusi canfəşanlıq göstərir. Daha doğrusu, o, xaricdəki ermənipərəst mərkəzlərin təhriki və sifarişi ilə bu kampaniyalarda daha çox fəallıq göstərənlərdəndir. Əslində, ermənipərəst Osmanqızının məqsədi bəllidir. Yəni Azərbaycanın əldə etdiyi uğurlardan, aparılan sosial-iqtisadi islahatlardan bir kəlmə belə danışmayan S.Osmanqızı və onun qonaq etdiyi “ekspertlər” sadəcə süni gündəm axtarışındadırlar.
İlk baxışdan da bəllidir ki, S.Osmanqızının və “ekspertləri”nin danışdığı yalanlar həm qərəzli, həm də əsassızdır. Bu gün Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı qətiyyətli qələbə sayəsində regionda həm də yeni reallıq yaradıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdışın reallaşması və vətəndaşların rahat, təhlükəsiz yaşayışının təmini istiqamətində addımlar atılır. Maraqlıdır ki, həmin ərazilərdə yeni sənaye komplekslərinin, müasir innovativ infrastrukturların qurulması yönündə görülən işlər nə ermənipərəst Osmanqızı, nə də onun “ekspertləri” tərəfindən vurğulanmır. Bu isə onların bir daha qərəzli olduqlarını ortaya qoyur. Təbii ki, istər S.Osmanqızı, istərsə də digərləri anlayırlar ki, Azərbaycanda xalq-iqtidar birliyi, milli həmrəylik mövcuddur, sosial ədalət təmin edilib. Azərbaycan vətəndaşları dövlətin həyata keçirdiyi siyasəti tam dəstəkləyir və yüksək qiymətləndirirlər. Rəy sorğuları da bunu deməyə əsas verir. Bütün bunların fonunda dağıdıcı düşərgənin əsassız iddiaları isə sabun köpüyü effektindən uzağa gedə bilmir...
Müəllifin digər məqalələri:
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Antimilli şura ölkəmizdəki siyasi sabitliyə xələl gətirməyə çalışır
Özünün hüquqi dövlət...
09.05.2021 [00:34]
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27