Ana səhifə »  Müəlliflər »  Azadlığın mübarək, əziz Şuşa!
A+   Yenilə  A-
Azadlığın mübarək, əziz Şuşa!
Yazdı: Hikmət BABAOĞLU

Bir millət vəkili həmkarım və yaxın dostumdan axşam saatlarında uzun illərdir gözlədiyim bir xəbəri aldım. Sabah Şuşaya gedəcəyik. Nə qədər yatmağa cəhd göstərsəm də, yata bilmədim. Gözlərimi yuman kimi yuxuma Şuşa gəlirdi. Ayılıb yenidən yatmağa çalışanda yenə Şuşanı yuxumda görürdüm. Beləcə, səhəri dirigözlü açdım. Səhər saat 6-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə həyata keçirilən Şuşa səfərimiz Bibiheybət məscidinin qabağından başladı. Əslində, din xadimləri ilə Şuşaya səfər etməyin özünün bir hikməti, bir fəlsəfəsi var idi. Çünki Şuşa bizim təkcə mədəniyyət və musiqi mərkəzimiz deyil, həm də dini mərkəzlərimizdən biridir. Hər bir mömin azərbaycanlının qürurla danışa biləcəyi ən gözəl arxitektura və memarlıq abidələrinə sahib olan məscidlərimizin bir hissəsi qədim Şuşa şəhərimizdədir.
Yolboyu Şuşanın tarixi, arxitekturası haqqında, milli, musiqi və dini mədəniyyətimizdə oynadığı rolu haqqında həmsöhbətlərimlə çox maraqlı dialoqumuz oldu. Nəhayət, vaxtın necə keçdiyini hiss etmədən gəlib Horadiz qəsəbəsinə çatdıq. Horadiz qəsəbəsindən Yuxarı Qarabağa doğru istiqamətlənən zaman önümüzə “İşğaldan azad edilmiş ərazilərə xoş gəldiniz” lövhəsi çıxdı. Bu tablo hər birimizin həyəcanını bir qədər də artırdı. Yolboyunca yolun sağında və solunda vaxtilə yüzlərlə, minlərlə ailənin şirin yuvası olan, bu gün isə erməni barbarları tərəfindən xarabazarlığa çevrilmiş kəndlərimizi gördükcə hər birimizin ürəyi sızıldayırdı və bu, saatlarla davam etdi. Ancaq bu ürək yanğısını təsəlli edəcək bir gerçəklik də vardı. Bu gerçəklik artıq torpaqlarımızın işğaldan azad olunması gerçəkliyi idi. Bu gerçəklik bu dəqiqələrdə bizim Şuşaya səfər etməyimiz idi. Bu, qəlbimizdə böyük coşqu, böyük qürur yaradırdı. Şuşa dəniz səviyyəsindən 1500 metr yüksəklikdədir. Şuşaya doğru atılan hər addımda biz bir qədər daha yüksəldiyimizi hiss edirdik. Ancaq bu, sadəcə, fiziki yüksəkliyə qalxmaq hadisəsi deyildi. Hər santimetr, hər metr yüksəklik bizi həm də mənəvi yüksəkliyə daşıyırdı. Milli qürurumuzun, ləyaqətimizin, sevincimizin yüksəlişinə çevrilirdi. Beləliklə, biz addım-addım, pillə-pillə Şuşa yüksəkliyinə ucalırdıq. Bizi gözləyən Şuşa ucalığı, Şuşa yüksəkliyi isə Azərbaycanın Ali Baş Komandanının və Onun müzəffər Ordusunun sənət əsəri idi. Beləliklə, get-gedə kiçik təpəcikləri dağlar, dağları isə daha yüksək dağlar əvəz edirdi. Bir qədər sonra isə biz artıq Qarabağın dağlıq hissəsi ilə irəliləyirdik. Yolboyu qaynar iş prosesi gedir, yol çəkilişi, tikinti və kommunikasiya layihələri həyata keçirilirdi. Eyni zamanda, bir tərəfdən də vaxtilə əkin sahələri, üzüm plantasiyaları olmuş və xalqımızın sərvəti hesab olunan torpaqlarımızın necə vəhşicəsinə dağıntıya məruz qaldığının şahidi olurduq. Bir qədər sonra biz uzaqdan, yüksək dağ zirvələri silsiləsində qartal yuvası kimi özünə məkan tutmuş Şuşanın sovet dövründən qalan televiziya qülləsini gördük.
Şuşaya bir nəfəs qədər yaxın olmaq hissi...
Artıq Şuşaya bir nəfəs qədər yaxın idik. Əziz Şuşa bizi sevinclə qarşıladı. Ancaq bizim sevincimizin alt qatlarında həm də dərin bir kədər vardı. Bu, Şuşanı 28 il işğal altında qoymağımızın kədəri idi. 28 il ərzində Şuşanı azad edə bilməməyimizin sızıltısı idi. Ancaq əlbəttə ki, bu kədər nə qədər dərin olsa da, ötəri idi. Artıq biz Şuşamıza qovuşurduq. Şəhərə qədəm qoyar-qoymaz “Azadlığın mübarək, əziz Şuşa!” dedim. Sanki Şuşa ilə aramızda səssiz bir dialoq başladı. Təqribən bir sutka Şuşada qaldığım müddətdə yaşadığım səssiz dialoqumuzu qələmə alsam, yəqin ki, bir kitab olar. Bəlkə, heç bunları yazmağa qələmin qüdrəti çatmaz. Beləcə, Ruhu olan, canlı Şuşa ilə möhtəşəm bir dialoqumuz bu şəhərə qədəm qoyduğum andan şəhəri tərk edənədək hər dəqiqə davam etdi. Hətta gecə qalacağımız “Xarıbülbül” hotelinin qabağında bir neçə saat sağa-sola yürüş edərkən də bu dialoq bir an da olsun ara vermədi. Ara-sıra bu dialoqu yalnız Dövlət Himnimizin sözləri poza bilirdi. “Səndən ötrü can verməyə cümlə hazırız. Səndən ötrü qan tökməyə cümlə qadiriz” bu misralar tez-tez beynimdən ləngidilmiş film lenti kimi keçir və gözümün önünə elə bir qədər əvvəl keçib gəldiyimiz Şuşanın sıldırım sərt qayalarından dişləri ilə, dırnaqları ilə dırmaşaraq özlərini Şuşaya çatdıran əsgərlərimizin qəhrəmanlığı gəlirdi. Qəhrəman əsgərlərimiz sanki birinci misrada deyilənləri Vətən uğrunda, Şuşa uğrunda canlarını fədaetmə cəsarəti ilə əyani şəkildə təsdiq edir, qəddar düşməni qanına qəltan edərək Şuşamızdan çıxarmaları ilə də qan tökməyə necə qadir olduqlarını göstərirdilər. Bu məqamda, Əhməd Cavadın ruhunun necə şad olduğunu hiss etməmək mümkün deyildi. Bir daha “Səndən ötrü can verməyə cümlə hazırız. Səndən ötrü qan tökməyə cümlə qadiriz” misralarındakı mənanı dərk edərək, hüququndan, yəni Vətən üçün özünün yaşamaq hüququndan vaz keçən əsgərlərimizi rəhmət və şükranla andım. Düşmən əsla Şuşanın qürurunu sındıra bilməyib! Düşmən Şuşada heç bir iş görməyib, ya da görə bilməyib, desək, daha doğru olar. Sadəcə, nəyi dağıtmaq mümkün olubsa, onu dağıdıbdır. Ancaq buna baxmayaraq, Şuşa elə əvvəlki möhtəşəmliyi ilə yerindədir. Düşmən Şuşanı sındıra bilməyibdir. Sanki Şuşa 28 il erməni mühasirəsində qalaraq, təkbaşına savaşaraq qələbə çalıbdır. Ona görə də mən Şuşaya baxanda onun gözlərində bir qürur, qəhrəmanlıq, cəsarət gördüm. Uzun illər qəddar düşmənə qarşı təkbaşına savaşda ümidlə dəstək gözləyən Şuşanın, nəhayət, arzuladığı dəstəyi aldığını gördüm. Bəlkə, bu qəribə səslənəcək ki, Şuşanın gözlərini necə gördünüz? Amma Azərbaycan Prezidenti Şuşanı işğaldan azad edərkən necə ki, ona müraciətən, onu şəxs yerinə qoyaraq “Əziz Şuşa, sən azadsan!” dedisə, eyni şəkildə mən də Şuşanı şəxs kimi görərək onun bu baxışlarını ürəyimdə hiss etdim. Bizim Şuşa ilə ruhi dialoqumuz da elə bu cür başladı. Şuşa etnik və dini ayrılıq tanımayan uca bir millətin möhtəşəm şəhəridir. Səfər proqramımız çox zəngin idi. Biz, ilk növbədə, milli mənəviyyatımızın formalaşmasında çox mühüm rol oynayan dini mənəviyyatımızla bağlı olan abidələri ziyarət etdik. Eyni zamanda, milli mədəniyyətimizin formalaşmasında rol oynayan dini mədəniyyət abidələrimizi, mədəni irsimizin dinlə bağlı olan abidələrini ziyarət etdik.
İlk ziyarətimiz Şuşada hazırda təmir edilən Qazançı kilsəsinə oldu. Mənə elə gəldi ki, səfər proqramı hazırlanarkən bu nüanslara xüsusi diqqət yetirilmişdi. QMİ-in təşkilatçılığı ilə həyata keçirilən bu səfərə Azərbaycanda yaşayan bütün dini icmaların və konfensiyaların rəhbərləri və nümayəndə heyətləri daxil idi. Ona görə də Azərbaycan dövlətinin mədəni irsimizin digər nümunələri kimi, xristianlıq abidələrini də, ilk növbədə, təmir və bərpa etdirməsi onlara olan diqqətin ayrıca bir nümunəsi idi. Qazançı monastrı xristian-qıpçaq abidəsidir və səlcuqlu memarlığı üslubunda inşa edilib. Qazançı kilsəsi uzaqdan-uzağa özü deyirdi ki, mən erməni kilsəsi deyiləm. Çünki hər şeydən öncə Şuşada heç vaxt kütləvi ayinlər icra edəcək sayda erməni nüfusu olmayıb. Ona görə də biz bu dini abidəni monastr adlandırsaq, daha doğru olar. Monastrın memarlıq üslubu, dizaynı, üzərində olan əlamətlər onun məhz xristian-qıpçaq abidəsi olmasını göstərir. Xüsusi bir əlamət gördüm ki, bu barədə ayrıca danışmaq lazımdır. Məsələ ondadır ki monastrın damı qübbəvarı örtüklə örtülmüşdü. Qriqoryanlıqda isə heç vaxt monastrın damı qübbəvarı üslubda örtülmür. Bu, IX-XI əsrlərdə Anadoluda və o cümlədən Qafqazda hakim olan Səlcuqlu memarlıq nümunəsi idi. Qübbəvarı dam örtüyü çadır arxitekturasının daş arxitekturasına çevrilməsi hadisəsidir və Səlcuqlular dövründə geniş yayılmağa başladı və öz dövrünün bütün tikililərinə möhür vurmağı bacardı. Qısa müddət ərzində xristian qıpçaqlar da onlara doğma olan bu üslubu mənimsəyərək öz xristian abidələrinin tikintisində istifadə etdilər. Təkcə bu fakt Qazançı kilsəsinin xristian-qıpçaq kilsəsi olmağını sübut etmək üçün kifayət edir.
Qədim saatlı etnotoponimi və Saatlı məscidi
Ondan sonra biz Saatlı məscidini ziyarət etdik. Saatlı məscidi dağıdılıb, amma yer ilə tarimar edilməyibdir. Hələ də ayaqdadır. Bu məscidin cəmisi 300 ilə yaxın yaşı olsa da, məscidin içərisində olan təmiz hava insanı dərhal özünə cəlb edir. Saatlı məscidini Saatlı rayonundan gedən icmanın inşa etdirməsi ilə bağlı bələdçinin məlumatını doğru hesab etmədim. Çünki Saatlı tayfaları bugünkü Saatlı rayonu və yaxud Saatlı inzibati vahidi ilə lokalizə ediləcək bir hadisə deyil. Azərbaycanın, Gürcüstanın, Ermənistanın müxtəlif ərazilərində çoxsaylı Saatlı kəndləri var. Bunlar qədim Saatlı tayfalarının adı ilə bağlıdır. Saatlı rayonu isə sadəcə, bu toponimlərdən biridir. Ona görə də gəldiyim qənaət budur ki, Saatlı məscidi Qarabağ xanlığının formalaşmasında iştirak edən Mamayi, Şahsevən, Qırxlar və s. kimi Azərbaycan tarixində mühüm rol oynamış tayfa ittifaqlarından birinin adı ilə bağlıdır. Yuxarı Gövhərağa məscidində dini icma nümayəndələrinin iştirakı ilə keçirilən kütləvi ibadət bütün dünyaya verilən tolerantlıq mesajı idi. Sonra biz Aşağı Gövhərağa məscidini və Yuxarı Gövhərağa məscidini ziyarət etdik. Memarlıq üslubu baxımından bir-birinə bənzər olsalar da, onların hər biri Şuşanın ayrı məhəllələrini təmsilən tikilib. Hazırda burda da bərpa-mühafizə işləri həyata keçirilməkdədir. QMİ Yuxarı Gövhərağa məscidində kütləvi ibadət ritualı təşkil etdi. Bəlkə də, dünyada tək örnəyi ola biləcək bir hadisə baş verdi. Şükr namazı qılınarkən katoliklərin, pravoslavların, yəhudilərin dini icma rəhbərləri məhz müsəlmanların Şükr namazını müşahidə etməklə məscidin içərisində oldular. Necə ki, bir qədər öncə QMİ-in sədri və onu müşayiət edən imamlar, axundlar xristian kilsəsinin içərisində olmuşdular. Dünyanın, bəlkə də, heç bir ölkəsində səmavi dinlərin nümayəndələrinin bu qədər harmonik və sərbəst şəkildə həmrəylik nümayiş etdirməsini görmək mümkün deyil. Biz isə Şuşada bu hadisənin şahidi olduq. Əslində, bu, dünyaya verilən bir mesaj idi. Necə ki, Şuşa festivalında Azərbaycanda yaşayan bütün etnik qrupların, etno mədəniyyətlərin və musiqi nümunələrinin nümayişi oldusa, bu səfər də Azərbaycanda yaşayan bütün dini icmaların bir yerdə Azərbaycansayağı dini tolerantlığı dünyaya nümayiş etdirməsi oldu. Bir daha Azərbaycan dünyaya mesaj vermiş oldu ki, biz heç vaxt Ermənistan-Azərbaycan qarşıdurmasına dini kontekstdən baxmamışıq. Biz heç vaxt başqa xalqların mədəniyyətinə, dininə həqarətlə baxmamışıq. Tam əksinə, biz bütün din və mədəniyyətlərlə yan-yana yaşamaq əzmi və qətiyyəti nümayiş etdirmiş bir xalqıq.
Qarabağ köhlənlərinin cıdır yeri, Cıdır düzü
Cıdır düzünə səfər Şuşa səfərimiz içərisində ayrıca bir hadisə idi. Cıdır düzü hər bir azərbaycanlının mənəvi azadlığının sərhədləri qədər geniş görünür. Baxmayaraq ki, uca dağların arasında öz gözəlliyi ilə seçilən və insanın ürəyini genişləndirən bu ərazi çox da böyük deyil, hər halda zirvələr arasında olan bu düzənlik, bu genişlik insana bir azadlıq verir və bu bizim ruhumuzun azadlığı ilə assosiasiya olunur. Ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, Cıdır düzünün müxtəlif istiqamətlərindən Şuşaya qalxan yolları, sıldırım qayaları görmək olur. Beləcə, Cıdır düzündən baxanda bir daha Azərbaycan əsgərinin Şuşaya necə daxil olduğu aydın təsəvvür edilir. Eyni zamanda, onların rəşadətinə, cəsarətinə, qüdrətinə, qüvvətinə heyran qalınır. Adi insanın aşa bilməyəcəyi sıldırım qayalardan aşan Azərbaycan əsgərinin cəsarəti insanın ürəyini qabardır, milli ruhunu göylərə qaldırır. Cıdır düzünün başqa bir istiqamətindən isə aşağıda, xeyli aşağıda Xankəndi görünür. Cıdır düzündəki yüksəklik əslində, Azərbaycan xalqının mənəvi yüksəkliyi olmaqla bir daha onun nə qədər humanist dəyərlərə sahib olduğunu göstərir. Çünki Şuşanı azad edib Xankəndindən erməniləri çıxartmamaq yalnız və yalnız insanlıqla, humanizmlə, milli mənəviyyatla izah olunacaq bir hadisədir. Hərbi strateji baxımdan isə bu yüksəkliyi əldə edib aşağıda isə dinc əhaliyə toxunmamaq, o məntəqəni azad etməmək, sadəcə humanizmlə izah oluna bilər. Amma hər halda onların içərisində təxribatçılar, terrorçular, diversantlar da qalmaqdadır. Onları cəzalandırmamaq, sadəcə böyük ürəyi olan xalqların işidir ki, biz əslində, bunu edirik. Hər halda düşmən də, dost da bunun fərqindədir.
Prezidentin Xüsusi nümayəndəlik institutu və Şuşanın bərpası işləri
Bir qədər də Şuşada gedən quruculuq, təmir-bərpa işləri ilə bağlı danışmaq yerinə düşər. Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Bu nümayəndəlik olduqca çətin şərtlər içərisində təmir, bərpa, yolçəkmə enerji-kommunikasiya, sahəsində aparılan işlərin çərçivəsində böyük əmək sərf etməklə bərabər hər bir qonağa da ayrıca diqqət göstərmək mədəniyyətini nümayiş etdirirdi. Təşkilatçılıq və diqqət o dərəcədə yüksək idi ki, bəzən insan bundan utanırdı. Əslində, mən düşünürəm ki, Şuşaya səfər edən hər bir Azərbaycan vətəndaşı onun bərpasına nəsə töhfə verməlidir. Ancaq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, hörmətli Aydın Kərimov və onun komandası qonaqlara o qədər diqqət göstərirdi ki, sanki paytaxt Bakıda çox asan təmin olunan və hər şeyə insanın əlinin çatdığı bir lüks məkanda idik. Əslində, belə olmalı deyil. Çünki Şuşa işğaldan yeni azad olunub və biz bilirdik ki, bu cür təminatın arxasında necə böyük fədakarlıq, nə qədər böyük güc və maliyyə var. Ancaq nümayəndəlik bunu əsla qonaqlara hiss etdirmirdi və bizi öz qayğısı ilə əhatə edirdi.
Suyundan doya-doya içdim, İsa bulağı
İsa bulağı Şuşa səfərimizin ən gözəl səhifələrindən biri oldu. Xanın bədahətən mahnı söylədiyi, Səməd Vurğunun şəninə şeirlər yazdığı, şairlər məclisinin keçirildiyi məkan olan İsa bulağı bu gün də aram-aram, sakit-sakit öz məcrasında axmaqdadır. Düşmən İsa bulağından heç nə qopara bilməyib. Şuşadan heç nə ala bilmədiyi kimi. Bu bulağın suyundan içmək səadəti əslində, 28 illik həsrət yanğımızın üzərinə tökülən su oldu. İsa bulağının suyunu biz doya-doya içdik. Bu səadəti, Şuşanı azad görmək səadətini bizə nəsib edən Ali Baş Komandana, Azərbaycan əsgərinə, Azərbaycan Ordusuna, Azərbaycan qazilərinə minnətdarlıq duyğusu ilə İsa bulağının suyundan içdik. Müqəddəs şəhidlərimizin İsa bulağı qədər, Şuşa qədər saf olan uca olan, müqəddəs olan ruhlarına rəhmət deyə-deyə bu suyu içdik. Təkcə İsa bulağından içilən suyun savabı onsuz da Allah yanında şəhadətə ucalmış və cənnətlə müjdələnmiş şəhidlərimizin ruhunun bir daha şad olması üçün bir savab oldu.
Dünyada bənzəri olmayan şəhər – əbədi Şuşa
Mən Şuşada olanda tez-tez dostlarım zəng edib məndən Şuşanın necə bir yer olduğunu soruşurdular. Doğrusu, mən metaforanı, təsviri çox sevən adamam. Düşünürəm ki, müqayisə üçün çoxsaylı məkanlar, hətta coğrafiyalar görmüşəm. Dünyanın 50-yə qədər ölkəsində səfərdə olmuşam. Azərbaycanı qarış-qarış gəzmişəm. Amma “Şuşa necə yerdir” sualının cavabını mən tapa bilmirdim. Necə izah edim ki, Şuşa necə yerdir? Hara bənzəyir? Digər ərazilərimizlə fərqli və oxşar cəhətləri necədir? Cavab tapa bilmirdim. Çünki Şuşa tamamilə fərqli bir yerdir. Ona görə də dostlarıma Azərbaycan Prezidenti, Şuşa Fatehi İlham Əliyevin sözləri ilə cavab verirdim. “....Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur”. Doğrudan da, Şuşa dünyanın heç bir yerinə bənzəmir. Bənzərsiz Şuşamız, gözəl Şuşamız müqəddəs Şuşamız, azadlığın mübarək! Bu azadlığı bizə bəxş edən Ali Baş Komandanımıza və Onun müzəffər Ordusuna minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qarabağı, Şuşanı azadetmə rəhmətinə onlar qovuşublar. Onlar Azərbaycan xalqının yeni miladına, yeni tarixinə imza atıblar. Bir daha Azadlığın mübarək, əziz Şuşa!
Hikmət BABAOĞLU
Bakı-Şuşa-Bakı

 
  • Oxunub:  4020  |  
  • Tarix:  13-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05 Avqust 21:20
Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb
05 Avqust 21:08
Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb
05 Avqust 20:58
Azərbaycanın Baş prokuroru Sədərək rayonunda hərbi hissədə olub
05 Avqust 20:55
Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO
05 Avqust 20:06
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub
05 Avqust 19:54
İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
05 Avqust 19:36
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları ilə görüşüb
05 Avqust 19:31
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
05 Avqust 19:30
Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05 Avqust 19:25
AZAL 20 ölkədən Azərbaycana giriş-çıxış üçün icazə ilə bağlı məlumat yayıb
05 Avqust 19:23
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır
05 Avqust 19:17
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
05 Avqust 19:12
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
05 Avqust 18:25
YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
05 Avqust 17:11
Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur
05 Avqust 16:59
Hikmət Əlizadə: Meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır
05 Avqust 16:54
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb
05 Avqust 16:44
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə növbəti görüş keçirilib
05 Avqust 16:24
Suraxanı rayonunda şəhid Əhməd Kərimovun məzarı ziyarət olunub
05 Avqust 16:07
“YAŞAT” düşərgəsinin üçüncü həftəsində konsert proqramı təşkil olunub
05 Avqust 16:05
XII Qəbələ Musiqi Festivalı başa çatıb
05 Avqust 15:56
Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar
05 Avqust 15:36
Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
05 Avqust 15:19
Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq
05 Avqust 15:16
Türkiyənin Kəmərköy İES-nə yaxın ərazidə baş verən meşə yanğınları söndürülüb
05 Avqust 13:53
YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
05 Avqust 13:31
Milli Məclisin sədri Sahibə Qafarova İranda səfərdədir
05 Avqust 12:59
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər
05 Avqust 12:58
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,2 milyon dollar olub
05 Avqust 12:54
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
05 Avqust 12:52
Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
05 Avqust 12:41
FHN Ağsu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
05 Avqust 12:07
İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
05 Avqust 12:04
Füzuli Əsədov: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
05 Avqust 11:58
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
05 Avqust 11:42
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb
05 Avqust 10:31
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
05 Avqust 10:19
Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir
05 Avqust 09:53
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
05 Avqust 09:30
Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir
05 Avqust 09:15
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir
05 Avqust 09:10
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05 Avqust 09:06
Fəqət Şadlinskaya: Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır
05 Avqust 09:04
YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər
05 Avqust 09:02
Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
05 Avqust 09:00
Şəhid Qara Balakişiyevin məzarı ziyarət olunub
05 Avqust 08:56
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05 Avqust 08:55
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05 Avqust 08:53
Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05 Avqust 08:52
Qabil Hüseynli: Bu iddiaların heç bir əsası yoxdur

05 Avqust 08:49
Radikal müxalifətin süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur

05 Avqust 08:47
Ermənistanda siyasi gərginlik səngimir
05 Avqust 08:43
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05 Avqust 08:38
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05 Avqust 08:36
Uşaqlarda allergiya yaradan qidalar...
04 Avqust 20:10
Azərbaycanda koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb
04 Avqust 19:35
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
04 Avqust 18:48
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
04 Avqust 18:26
Təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə vakansiyalar bu gün açılacaq
04 Avqust 18:15
Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
04 Avqust 17:34
“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb
04 Avqust 17:32
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
04 Avqust 17:28
Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb
04 Avqust 17:17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI
04 Avqust 16:43
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
04 Avqust 16:30
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıb
04 Avqust 16:18
Mədəniyyət Nazirliyinin aparat rəhbəri ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib
04 Avqust 16:14
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
04 Avqust 15:37
Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır
04 Avqust 15:36
V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+23 +26