Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qondarma “Milli şura”nın növbəti uğursuz piar cəhdi

Qondarma “Milli şura”nın növbəti uğursuz piar cəhdi

17.07.2013 [10:56]

Mübariz Abdullayev

Sədri hər müsahibəsində ermənilərə xüsusi sevgisini ifadə edən və ermənipərəst mövqedə dayanan Rüstəm İbrahimbəyov olan qondarma qurum Azərbaycanın milli maraqları çərçivəsində Dağlıq Qarabağ konsepsiyasını necə hazırlaya bilər?
Kosmopolit, daha çox da ermənipərəstliyi ilə tanınan Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gələn və təxminən bir ay bundan qabaq bəyan edilən qondarma “Milli şura” təmsilçiləri tez-tez reallığı əks etdirməyən, populist və piar xarakterli fikirlər səsləndirirlər. Cəmil Həsənlinin qondarma qurumun Qarabağ Komissiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konsepsiya hazırlayacağı barədə mətbuata verdiyi açıqlama da bu qəbildəndir. Onun sözlərinə görə, komissiya problemin yaranması, onun tarixi mərhələləri, indiki durumu və mövcud vəziyyətdən çıxış yolu haqqında müəyyən konseptual baxışlar sistemi hazırlayacaq.
Cəmil Həsənlinin bu açıqlamasından da göründüyü kimi, qondarma “Milli şura” təmsilçiləri yenə öz amplualarındadırlar. Onlar bütün məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ problemi ətrafında da ucuz manipulyasiya cəhdləri edərək özlərinə xal yığmağa çalışırlar. Bəli, Dağlıq Qarabağ problemi Azərbaycanın bir nömrəli problemidir. Ermənilərin başladıqları elan olunmamış müharibə nəticəsində ölkə ərazisinin 20 faizdən çoxu işğala məruz qalıb, təxminən 1 milyon soydaşımız doğma ev-eşiyindən didərgin düşüb, çoxlu sayda maddi-mədəni-tarixi abidələrimiz dağıdılıb. Buna görə də, bütövlükdə Azərbaycan cəmiyyəti Dağlıq Qarabağ probleminə çox həssas münasibət bəsləyir, dövlətin münaqişənin dinc yolla, beynəlxalq normalara və Azərbaycanın maraqlarına uyğun şəkildə nizamlanması istiqamətində göstərdiyi davamlı səylərə daim dəstək verir.
Boğazdan yuxarı danışan Cəmil Həsənliyə sual vermək lazımdır: Mövcud qanunvericiliyə, ölkə Konstitusiyasına zidd yaradılan qondarma “Milli şura” hansı hüquqi əsasla belə həssas bir problemlə bağlı konsepsiya hazırlaya bilər? Siz nə danışdığınızın, nə yazdığınızın fərqindəsinizmi? Bu ki, diletantlıqdır, ölkənin, xalqın milli maraqlarına sayğısız, bivec münasibətdir, insanların vətənpərvərlik hisslərindən sui-istifadə etmək cəhdidir. Cəmiyyətin demirik, müxalifət düşərgəsinin autsayder siyasətçilərinin cəm olduğu, idaya və fəaliyyət prinsiplərinə dair təlimatları xaricdəki anti-Azərbaycan dairələrdən alan, özünə dəstəyi ölkə daxilində deyil, xaricdə axtaran bir qurum hansı potensialla, hansı meyarlarla və hansı təlimatlarla Dağlıq Qarabağa dair “konseptual baxışlar” ortaya qoya bilər? Nəhayət, əgər Cəmil Həsənli belə güclü nəzəriyyəçi idisə, nə üçün təmsil olunduğu komandanın- AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Dağlıq Qarabağda mövqelərimizin zəifləməsinə, orduda separatçılıq hallarının artmasına və beləliklə də, torpaqlarımızın işğalına şərait yaradılmasına seyirçi münasibət bəsləyirdi, öz “nəzəriyyələrini”, “konseptual baxışlarını” ortaya çıxatmırdı?
Qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov bir qədər bundan əvvəl “Kavkazskaya politika” saytına müsahibəsində bildirmişdi ki, o, iki il müddətində prezident olacaq və buna görə də, Dağlıq Qarabağ münaqişəsi ilə qoy, yeni seçilmiş parlament məşğul olsun. Bu halda yenə sual yaranır: Qondarma “Milli şura” Cəmil Həsənlinin haqqında bəhs etdiyi konsepsiyanı kimin üçün hazırlayır?
Qondarma “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov hesab edir ki, Qarabağ probleminin həlli Azərbaycandakı daxili problemlərlə əlaqədar çətinləşir. O vurğulayır ki, ermənilər bacarıqlı və anlayan xalqdır.
Maraqlıdır, “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov belə düşüncələrə malik olduğu halda, C.Həsənlinin komissiyası Azərbaycanın milli maraqları çərçivəsində Dağlıq Qarabağ konsepsiyasını necə hazırlayacaq?
Reallıq ortadadır: Qondarma “Milli şura”da Qarabağ Komissiyasının yaradılması, C.Həsənlinin açıqlamaları ermənipərəst Rüstəm İbrahimbəyovun bu məsələdə tutduğu antimilli mövqeyini ört-basdır etmək və piar məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 1122 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31