AXCP ilə “Müsavat” arasında gərginlik səngimək bilmir
23.07.2013 [10:21]
Nardar Bayramlı
Qoca kinodramaturq bu partiyalar üçün ciddi başağrısına çevrilib
Rüstəm İbrahimbəyovun “Milli şura”sı radikal müxalifət üçün ciddi problemə çevrilməkdədir. Belə ki, hansısa qaranlıq maraqlar naminə bu qondarma qurumda birləşməyə məcbur olan partiyalar artıq süni birliklərini sona vermək üzrədirlər. Çünki saxta səmimiyyətlə çox da uzağa getmək mümkün deyil. “Milli şura”da ciddi problem isə daha çox AXCP ilə “Müsavat” arasında yaranıb. “Müsavat” başqanı İsa Qəmbərin prezidentliyə namizədlikdən imtina etməməsini AXCP həzm edə bilmir. Doğrudur, İ.Qəmbər “Milli şura” çərçivəsində qoca kinodramaturq Rüstəm İbrahimbəyovu bu təşkilatın “vahid namizəd”i olaraq tanıyır. Amma iş burasındadır ki, bu ilin əvvəlində Müsavat Partiyası tərəfindən İ.Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb və o, rəsmi şəkildə bu namizədliyindən imtina etmir. İ.Qəmbərin bu ikibaşlı oyunu “Milli şura”da, o cümlədən, AXCP-də kəskin narazalıqla qarşılanır.
Bu məqamda xatırladaq ki, bir müddət öncə, Arif Hacılı “İsa Qəmbərin namizədliyi ilə bağlı qərar qüvvədə qalacaq” şəklində açıqlama vermişdi. Bundan cəmi bir neçə saat sonra AXCP funksioneri Asəf Quliyev özünün “facebook” səhifəsində məsələyə sərt əks-reaksiya göstərmişdi: “AXCP-nin başqa namizədi qəbul edəcəyini deyə bilmərik. Çünki artıq rayon şöbələri kəskin etiraz edir ki, niyə Əli Kərimli namizədliyini irəli sürmədi?! İbrahimbəyovdan başqa namizədin irəli sürülməsi AXCP-də müsbət qarşılanmayacaq. Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, AXCP yalnız Əli Kərimlinin prezident seçkilərinə qatılmasının tərəfdarı olacaq”.
Bunun ardınca isə İsa Qəmbər bildirmişdi ki, seçki ilə bağlı bütün riskləri gözə alan “Müsavat” hələlik öz taktikasını dəyişmək fikrində deyil: “Milli şura”nın ikinci sessiyasında “vahid namizəd” məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqenin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə, “Milli şura”nın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq bu riski də hər kəs nəzərə almalıdır”.
Tərəflərin söz savaşının davam etdiyi ərəfədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son dövrlər AXP sədri Pənah Hüseynin səsləndirdiyi bir neçə bəyanata münasibət bildirib. O həmçinin, sosial şəbəkələrdə AXCP-“Müsavat” qarşıdurması məsələsinə də toxunub və konkret olaraq AXCP-nin “Müsavat”la probleminin olmadığını iddia edib.
Lakin reallıq bundan ibarətdir ki, radikal müxalifət düşərgəsində vəziyyət gərgindir. AXCP və “Müsavat” funksionerləri artıq doktor Gebbelsin atasına rəhmət oxudurlar. Hamı bilir ki, Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olması Rusiyadan asılıdır, onlar isə bunu inkar edirlər. Əslində, AXCP ilə “Müsavat”ın münasibətləri belə demək mümkünsə, “Tom və Cerri”nin qarşılıqlı sevgisindən uzağa getməyib, lakin onlar bunu da danırlar. Elə F.Qəhrəmanlı da “konkret olaraq AXCP-nin “Müsavat”la problemi yoxdur” deməklə, “Müsavat”a barmaq silkələyir. Yəni, o, bununla göstərmək istəyir ki, problem “Müsavat” tərəfdən yaranır.
Bu arada nə qədər gülünc olsa da, AXCP sədri Əli Kərimli bildirib ki, “biz birliyə nail olmaqla hökuməti çaş-baş salmışıq, onun planlarını pozmuşuq, birliyin alınmayacağına olan ümidlərini boşa çıxarmışıq. Hakimiyyətin “müxalifət birləşə bilmir” kimi ənənəvi təbliğatı alt-üst olub”. Burada ataların “ac toyuq yuxusunda darı görər” məsəli yada düşür. Görəsən, Ə.Kərimli hansı birlikdən danışır. Axı, hər kəsə bəllidir ki, onların birləşdiyi “Milli şura” oyuncaq bir qurumdur. Xüsusilə bu qurumda birləşən AXCP ilə “Müsavat”ın münasibətləri “itlə pişiyin münasibətinə” bənzəyir. Bu necə birlikdir ki, Ə.Kərimlinin partiyası “Müsavat”a satqın deyir. “Milli şura”da ağız deyəni qulaq eşitmir. Hamı özünü “lider” hesab edir. Yəni saxta birlik yaradıb “hakimiyyət çaş-baş qalıb” deməklə heç kimi aldatmaq mümkün deyil.
Yaxşı olardı ki, AXCP sədri əvvəllər də yaratdıqları “birliklərin” taleyini xatırlasın. Və həmin qurumlarda AXCP-nin “Müsavat”a, həmçinin, “Müsavat”ın da “cəbhəçilər”ə vurduğu zərbələri, qurduqları tələləri göz önündən keçirsin. Onda biləcək ki, əsl çaş-baş qalan kimdir. İndi yenə də AXCP ilə “Müsavat” vuruşur. Çox güman ki, hər iki partiyanın savaşı ümumilikdə “Milli şura”ya təsir göstərəcək və onun dağılmasını daha da sürətləndirəcək.
Müəllifin digər məqalələri:
Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər
Vətən müharibəsində qazanılan...
26.05.2021 [09:12]
Radikal düşərgə təmsilçiləri sosial şəbəkələrdə yalan tirajlamaqla məşğuldurlar
Azərbaycanda radikal müxalifətin...
21.05.2021 [08:52]
AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası
Ötən illər ərzində Azərbaycan...
20.05.2021 [09:15]
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
44 günlük Vətən...
18.05.2021 [09:12]
Məlum olduğu kimi, ötən illər...
04.05.2021 [08:55]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39