Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Eldar Namazov etiraf etdi

Eldar Namazov etiraf etdi

24.07.2013 [09:38]

Nardar Bayramlı

Reneqat ABŞ-da görüşdüyü anti-Azərbaycan dairələrin təmsilçilərindən radikalların tutduqları dağıdıcı yolda davam etmələri yönündə təlimatlar aldığını bildirib
Məlum olduğu kimi, bu günlərdə ABŞ-ın Helsinki Komissiyasında Azərbaycanla bağlı brifinq təşkil olunub. Həmin tədbirdə ölkəmizin ABŞ-dakı səfiri, Milli Məclisin deputatları iştirak ediblər. Bu tədbirdə nümayəndələrimiz Azərbaycanda həyata keçirilən siyasətin uğurlu nəticələri, ölkəmizin inkişafı və s. haqda çıxışlar ediblər. Amma həmin tədbirdə iştirak etmiş Rüstəm İbrahimbəyovun “Milli şura”sının nümayəndəsi Eldar Namazov ölkəmizdə həyata keçirilən siyasət haqqında qeyri-obyektiv və qərəzli fikirlər səsləndirib. Təəssüflər olsun ki, hələ də, E.Namazovun timsalında sapı özümüzdən olan baltalar mövcuddur. Təəccüblü budur ki, müxalifət düşərgəsi bu tədbiri konqres dinləmələri kimi təqdim etməyə çalışır və bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd göstərir. Eyni zamanda, ABŞ səfərindən qayıdan E.Namazov müxalifət mətbuatına verdiyi müsahibəsində ona “doğru yolda olduqlarının” söylənildiyini bildirib. Maraqlıdır, doğru yol deyərkən E.Namazov nəyi nəzərdə tutur? Yəqin ki, bu fikri ifadə edərkən, o, xaricdəki antimilli qüvvələrə, ermənipərəst dairələrə xidməti nəzərdə tutur. Bunu əsaslandırmaq üçün kifayət qədər faktlar var. Xatırladaq ki, E.Namazovun daxil olduğu düşərgə sözügedən brifinqə Amerikanın ermənipərəst konqresmen və senatorlarının qatılmalarına nail olmağa çalışıblar. Yəni onlar burada erməni lobbisinin imkanlarından da yararlanmaq istəyib. Məsələn, belə şəxslərin sırasında Kristofer Smitin adını çəkmək yerinə düşər. Bu konqresmen ermənilərin fəal dəstəkçilərindən biridir. “Milli şura” onu həmin tədbirdə görmək istəsə də, müəyyən səbəblərdən baş tutmayıb. Çox güman ki, bu ermənipərəst həmin tədbirdə iştirak edib Azərbaycan haqqında növbəti dəfə hədyanlar yağdırsaydı, “Milli şura”nın üzvləri tərəfindən alqışlarla qarşılanardılar.
Milli vətənpərvərlik hissləri olan hər bir azərbaycanlı bütün imkanlardan istifadə edərək Ermənistanın və erməni lobbisinin anti-Azərbaycan fəaliyyətinin ifşa olunmasına, işğalçı dövlətə qarşı sanksiyaların tətbiq edilməsinə çalışır. Bu məqsədlə müasir informasiya texnologiyalarından istifadə olunur və bu yöndə dövlətimizin apardığı siyasətə dəstək verilir. Amma E.Namazov isə ABŞ-da olarkən nəinki 907-ci düzəlişin ləğvinin zəruriliyini bildirməyib, əksinə, xahiş edib ki, Azərbaycana qarşı yeni sanksiyalar tətbiq olunsun. Belə yanaşma da, E.Namazovun timsalında “Milli şura”da cəmləşmiş insanların anti-Azərbaycan mahiyyətinin ifadəsidir.
Təsadüfi deyil ki, brifinqdə Azərbaycan ilə bağlı tənqidi çıxış edənlər cəmi iki nəfər olub. Onlardan biri “Milli şura”nın nümayəndəsi E.Namazov, digəri isə ABŞ-ın Erməni Milli Assambleyasının təmsilçisidir. Eyni zamanda, hər ikisi ölkəmiz barədə tənqidi arayış yayıblar. Buradan da aydın şəkildə görünür ki, “Milli şura” xaricdəki ermənipərəst dairələrlə əməkdaşlıq şəraitində fəaliyyət göstərir və Azərbaycanın beynəlxalq miqyasdakı nüfuzuna zərbə vurmaq üçün cəhd göstərir. Bu səbəbdəndir ki, həm E.Namazov, həm də onun lideri Rüstəm İbrahimbəyov müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarırlar. Yəni bu faktlar “Milli şura”da birləşən şəxslərin antimilli qüvvələrə, o cümlədən, erməni lobbisinə xidmət etdiyini sübut edir. Əgər belə olmasaydı, ABŞ-da E.Namazovla Erməni Milli Assambleyasının təmsilçilərinin Azərbaycanla bağlı tənqidləri üst-üstə düşməzdi. Məsələnin digər tərəfi budur ki, həm “Milli şura”dakıları, həm də erməni lobbisini eyni mənafelər birləşdirir. E.Namazov kimilər Azərbaycanda hakimiyyətə gəlmək üçün xalqımıza, dövlətimizə düşmən olan qüvvələrin bütün göstərişlərini yerinə yetirməyə hazırdırlar.
Ona görə də, Vaşinqtonda reneqata tutduqları “düzgün” yolda davam etməsini məsləhət görürlər.

Paylaş:
Baxılıb: 1358 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30