Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Leyla Yunusun üzünün qarası...

Leyla Yunusun üzünün qarası...

08.01.2013 [11:28]

Pərviz Sadayoğlu

Ermənilərin pulu bəzilərini “hüquq müdafiəçisini” müdafiə etmək məcburiyyətində qoyur
Özünü Azərbaycan cəmiyyətinə “hüquq müdafiəçisi” kimi tanıdan Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun ermənilərlə şərikli işindən hər kəsin xəbəri var. Əslində, ortaya çıxan yeni “proyekt” Leyla Yunusun ermənilərlə illərdən bəri davam edən dostluq, müttəfiqlik və ortaqlığının növbəti nümunəsidir. Digər tərəfdən, L.Yunusun tərcümeyi-halı cəmiyyətimizə bəlli olduğu üçün onun kimliyi və fəaliyyətinin istiqamətləri barədə çox danışmaq yersizdir. 
Amma ermənilərin ortağı olan L.Yunusun növbəti layihəsinin ifşa olunması, bu barədə cəmiyyətə xəbər verilməsi, onun Xocalı qətliamını törədənlərlə iş birliyində olmasının tirajlanması deyəsən “kimlərinsə” xoşuna gəlmir.
O baxımdan ki, yuxarıda bəhs olunan fəaliyyətlə bağlı yazılardan sonra bəzi mətbu orqanlar-adını “müstəqil” və ya “düşərgə qəzeti” qoyan, amma hər zaman ifşa olunan bəlli maraqlara xidmət göstərən qəzetlər “Yeni Azərbaycan” qəzetini guya Leyla Yunusa “qara yaxmaq”da ittiham etməyə çalışdı. Lakin bizi “qara yaxmaq”da ittiham edənlər deyəsən həyatda bircə dəfə də olsun güzgü önünə keçməyiblər. Elə bu səbəbdəndir ki, “Yeni Azərbaycan” qəzetinin yazdığı, mənbəyi bəlli, aşkar bir informasiyanı “qara yaxmaq” kimi dəyərləndirənlər tapılır...
Birincisi, Leyla Yunusun üzü bu xalqın, dövlətin qarşısında o qədər qaradır ki, hətta “Yeni Azərbaycan” qəzeti ona “qara” yaxsa belə, həmin qara Leyla Yunusun üzünün qarasının yanında sadəcə qar kimi ağappaq görünər. Heç şübhəsiz, L.Yunusun bu barədə təbii ki, cavab verəsi sözü olmayacaq. Nə desin? Desin ki, bəli, Xocalıda uşaq qatili olanlarla iş birliyindəyəm, ortağam. Desin ki, ermənipərəst dairələrin maliyyəsi ilə Azərbaycan xalqına zülm edən, torpaqlarımızı işğal altında saxlayanlarla birgə addımlayıram? Desin ki, illərdir ermənilərin pulu ilə Azərbaycan dövlətinə, xalqına atmadığım şər-şəbədə qalmayıb? Nə desin?
Desin ki, Azərbaycan haqqında yalan məlmatlar yaymaqda əvəzi yoxdur. Desin ki, bəzi xarici təşkilatların pulunun qarşısında Azərbaycan haqqında elə yalanlar deyib ki, bu cürəsi ermənilərin belə ağlına gəlməzdi. Beləliklə, Leyla Yunusa qahmar çıxanlar indi, bütün bu qeyd olunanları bir yerə yığıb bir rənglə adlandırsınlar görək, onun üzü hansı rəngdə olacaq.
Onsuz da dünənə qədər qıraqdan qırağa Arama, Vartana əlindən gələn köməyi edən L.Yunus daha bir də əziyyət çəkməz, elə buradan öz müttəfiqinə “isti xəbərlər” göndərər, Vartan qağası da həmin xəbəri tərcümə edib öz saytına yerləşdirər. Sonra da L.Yunusa xalqını satdığına görə bir medal da verərdirlər.
Burada maraqlı bir məsələ də var. L.Yunus haqqında yazılan həqiqətləri “qara” adlandıranların da “umduğu” yerlər elə L.Yunusun mənbələridir. Bu fakt dəfələrlə sübut olunub. Nəyə görəsə erməni mətbuatı Azərbaycan haqqında bütün yalanlarını məhz bunların “köməyi” ilə mənbələşdirə bilir, yəni, əl əli yuyur, əl də qayıdıb üzü...
Bu hər zaman belə olub. “Eurovision” vaxtı da belə idi. Bu gün də belədir. Elə o vaxtlar da iddia edirdilər ki, guya Leyla Yunusa “qara” yaxılır. Amma proseslər bir daha göstərdi ki, Leyla Yunusun yaxmağa çalışdığı rəngin qaralığı zülmət gecədən betərdir. Onun və onu müdafiə edib vartanlardan maliyyələşənlərin imkanı olsa üzlərinin qarasını gizlətmək üçün səhərin açılmasını istəməzlər.
Təbii ki, Leyla Yunus ermənilərlə dostlaşa, yoldaşlaşa, ortaqlaşa bilər. Bu, L.Yunusun öz işidir. Amma bir şərtlə ki, L.Yunus bu yoldaşlaşmanın, ortaqlaşmanın ardından bir daha “azərbaycanlıyam” deməməlidir. Ən azından heysiyyatı olan bir kəs belə etməlidir...
Bu qədər bəsitdir. Əslində, ermənilərlə dost-qardaş olan, iş birliyi quran, ortaq olan belələri haqqında yazmaq belə utancvericidir. Bir insan ki, öz kimliyini dərk edə-edə, milli heysiyyatına toxunan düşməninin nökərçiliyini edə, beləsinə nə deyəsən, nə ad verəsən... Qara rəng deyəsən artıq burada işə yaramır. Çünki qara bunların rənginin yanında ən şəffaf rəngdir...

Paylaş:
Baxılıb: 1200 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30