Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənlinin “sulu qəsdi”

Cəmil Həsənlinin “sulu qəsdi”

29.08.2013 [09:28]

Pərviz Sadayoğlu

Və ya “ehtiyat vahid namizəd”in “xalxın” balkonunun altında nə işi var???
Artıq bir neçə gündür ki, müxalifətyönlü qəzetlər qondarma “Milli şura”nın gülü burnunda “ehtiyat namizəd”i Cəmil Həsənliyə qarşı guya “sui-qəsd” cəhdi edildiyinə dair növbəti yalançı hay-küy yaratmaqdadırlar. Bəs hali-qəziyə belə olub ki, Cəmil Həsənli yoldaş cangüdənləri ilə hansısa bir balkonun altından keçəndə onun üstünə nəsə atıblar. İddia edilir ki, guya “ehtiyat vahid namizəd”ə dəyə biləcək xəsarətin qarşısı cangüdənlər tərəfindən alınıb. Yayılan informasiyalarda o da xüsusi vurğulanır ki, həmin maye (yalançı görənlər olsun) cangüdənlərin “səyyar laboratoriyalarında”-burunlarında əməlli-başlı test edilib, yoxlanılıb. İybilmə üzrə mühüm mütəxəssis mühafizəçilərin keçirdiyi konsorsiumun qəti qərarı belə olub ki, Cəmil Həsənlinin üzərinə atılan kimyəvi maye olub.
Hə... Yeni teatr mövsümünün başlanması münasibətilə hər kəsi indidən təbrik etmək olar. Nöşün ki, Cəmil Həsənli vay-şüvənlikdə deyəsən İbrahimbəyovun ölənlərinə rəhmət oxutduracaq. Bunların tamaşalarının ssenarisini yazan “rejissorları” isə gör nə gündədirlər ki, “kimyəvi maye” oyununu özünün süjet xəttinə çevirir. Birincisi, bu “kimyəvi maye” məsələsi bir az qəliz məsələdir, o baxımdan ki, su özü də elə kimyəvi mayedir və onun kimyəvi yazılışı belə var-”H2O”. Yəni, “kimyagər şura”nın məntiqinə görə, mağazaya girib su almaq istəyən birisi dükan sahibini şərləmək üçün deməlidir ki, qardaş, mənə yarım litr “kimyəvi maye” ver???
İkinci bir tərəfdən, yazıq Əflan İbrahimov bar-bar bağırır ki, bunlar Azərbaycanı Suriyaya çevirmək istəyirlər, inanmırlar. Baxın, artıq “bu mübarizədə” “Cəmil Həsənli i eqo komanda” kimyəvi məsələləri də söhbətə qatıb. Hələ bir azdan orada iylədikləri kimyəvi mayenin qazan və ya “karşok” vasitəsilə deyil, kimyəvi silah vasitəsilə atıldığı da bildiriləcək. Bəs necə, o cürə iybilən şahidlərə kim inanmaz? Bu isə, “Milli şura”ya qarşı hazırlanan nüvə silahı “təxribatının” da üstünü açacaq... Daha sonra lazer, hələ icad olunmayan texnologiyaların söz-söhbəti başlanacaq. Vallahi, billahi onlar öz bacarıqlarını ədəbiyyat sahəsində sınasaydılar, dünyanın ən tanınmış fantastlarını belə, kölgədə qoyardılar.
Əslində, boş şeydən hay-küy salmaq, şou yaratmaq radikal müxalifətin köhnə peşəsidi. İndi də bu sensasiyanı yaradıb ardınca sürünmək istəyirlər. Ki, guya-Cəmil Həsənlinin üzərinə kimyəvi maddə atılıb. Əgər doğrudan da belə bir şey olubsa aidiyyəti dövlət orqanlarına müraciət edilməlidir ki, ekspertlər səviyyəsində o mayenin nə olduğunu müəyyənləşdirsinlər. Yoxsa, bir-iki burunun iybilmə qabiliyyətinə inanmaq hər halda müasir dünyanın tələblərinə cavab vermir. Digər tərəfdən Bakıda istənilən yaşayış binasının qabağından 10 dəfə keçsən bunların birində yuxarıdan çirkli su, kağız, meyvə qırıntıları, qarpız qabığı, banan, nə bilim digər bu kimi şeylərin atıldığının şahidi olarsan. Düzdür, etikadan kənar olsa da, bəlkə indi bir evdar xanım çaydanı yaxalayıb çölə tökürmüş və ya başqa bir versiya da irəli sürmək mümkündür. Sadəcə, Cəmil Həsənlinin talehsizliyi həmin anda həmin balkonun altında olması imiş. “Kstati” görəsən, “vahid namizəd”in balkonun altında nə işi varmış?.. Düzdür, bir az şəxsi sualdır, amma hər halda yenə də maraqlıdır.
Ucuz məhsuldur, çox ucuz. Heç kimin tanımadığı Cəmil Həsənlini seçkiyə ay yarım qalmış cəmiyyətə “tanıtmaq” üçün olduqca primitiv bir PR gedişdir. Güya, Cəmil müəllimin başına balkondan hansısa kimyəvi maddə töküblər və yalnız cangüdənlərin “fədakarlığı” onu qoruyub. Yəqin, cangüdənlər dərhal zont açıblar, yoxsa göydən yağan suyun qarşısını necə almaq olar? Yaxın günlərdə daha bir “qəribə” sui-qəsd, məsələn, balkondan kiminsə C.Həsənliyə nizə və ya ox atdığını eşitsəniz, təəccüblənməyin.
Məsələ bu “kimyəvi hoqqa” ilə bitmir. Sən demə, “Milli şura”nın ehtiyatda olan “vahid namizəd”i Cəmil Həsənli prezidentliyə namizədliyini irəli sürəndən bəri izlənirmiş. Onun iddiasına görə, yaşadığı evin ətrafı, onun hara gedib-gəldiyi, kimlə görüşdüyü izlənir, hətta bəzi hallarda fotoları da çəkilir.
... Ay Cəmil bəy, əgər düşünürsən ki, səni izləyən xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, yanılırsan. Köhnə günahlarına əlavə olunmuş yeni qəbahətlərinin cismləşmiş obrazıdır səni izləyən. Onların materiallaşmasını da Rüstəm İbrahimbəyov-Eldar Namzov-Eldəniz Quliyev üçlüyü ilə birgə Çukotka şamanları təşkil ediblər. Məqsəd səni R.İbrahimbəyovun yolundan kənarlaşdırmaq və İ.Qəmbər-Ə.Kərimli cütlüyünün burnunu ovmaqdır. Amma sən təslim olma. Yamaykadan Vudu şamanlarını dəvət et. Rus demişkən, “Protiv loma net priyoma, yesli net druqoqo loma”.
Ə sən canın, az baxın bu xaricinin gic-gic filmlərinə... Bekarçılıqdan, hamınız “sulu qəsd” axtarırsınız...

Paylaş:
Baxılıb: 1164 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30