Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rasional gənclər siyasəti Azərbaycanın dinamik inkişafına mühüm töhfələr verir

Rasional gənclər siyasəti Azərbaycanın dinamik inkişafına mühüm töhfələr verir

11.09.2013 [09:03]

Nurlan Qələndərli

Hazırda Azərbaycan dünya miqyasında ən sürətli inkişaf tempinə malik olan və möhkəm ictimai-siyasi sabitliyin təşəkkül tapdığı ölkələrdən biri kimi tanınır. Ölkəmizdə səmərəli daxili siyasət kursunun uğurlu xarici siyasət strategiyası ilə uzlaşdırılması milli inkişafın əsasını təşkil edir. Bu da bir həqiqətdir ki, həyata keçirilən rasional daxili və xarici siyasət Azərbaycanın perspektivə doğru inamla irəliləməsinə real zəmin hazırlayır. Eyni zamanda, bu kontekstdə cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərə xüsusi diqqət və qayğı göstərilir. Bir sözlə, rasional gənclər siyasətinin həyata keçirilməsi ölkəmizin inkişafına mühüm töhfələr qazandırır.
Bütün bunların qanunauyğun nəticəsidir ki, ölkəmizdə dövlətin gənclər siyasəti, eyni zamanda, gənclərin ictimai-siyasi münasibətlər sistemində rasional təmsilçiliyini təmin edən fundamental mexanizm qismində çıxış edir. Ümumiyyətlə, bu, gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri mənimsəməsinə, eyni zamanda, onların dövlət idarəçiliyində səmərəli təmsil olunmasına, ümumilikdə, rasional münasibətlər sisteminin formalaşmasına strateji töhfələr bəxş edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir.
Öz növbəsində, gənclər də ölkəmizin sürətli inkişafını, onların bu prosesdə aktiv iştirak etməsini, bütövlükdə, həyata keçirilən səmərəli gənclər siyasətini yüksək qiymətləndirirlər.
Məsələyə münasibət bildirən Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova deyib ki, bu gün ölkədə aparılan çoxşaxəli siyasət bütün sahələri əhatə edir. Onun sözlərinə görə, gənc dövlət olaraq ölkəmizin qarşısına qoyduğu hədəflər uzunmüddətli və stratejidir: “Artıq neçə illərdir, ölkəmizdə aparılan quruculuq işləri, demokratik islahatlar, sosial-iqtisadi layihələr bu gün öz bəhrəsini verməkdədir. Daha konkret olsaq, bu, özünü gənclər sahəsində daha qabarıq şəkildə göstərir. Gənclər mərkəzlərinin inşası, xaricdə təhsil proqramları, gənclər təşkilatlarının işinə hərtərəfli dəstək, gənclərin elmi bacarıqlarına yardım və ümumilikdə vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsi bunu sübut edir. Demək olar ki, son 10 ildə Azərbaycanda gənclər üzrə 3 Dövlət Proqramı həyata keçirilib və indi də keçirilməkdir. Bu proqramlar həm də dövlət və gənclər arasında dayanıqlı körpü rolunu oynayır. Eyni zamanda, Gənclər Fondu, QHT-lərə Dovlət Dəstəyi Şurası, İKT Fondu gənclərin bacarıqlarının artırılması, ideyalarının həyata keçirilməsi və ölkəmizin beynəlxalq arenada daha çox tanıdılması istiqamətində atılmış əhəmiyyətli addımlardır. Onu da deyək ki, ölkədə həyata keçirilən dövlət gənclər siyasəti bir sıra Avropa dövlətlərinə nümunə ola biləcək bir model rolunu oynayır. Bu baxımdan, biz gənclər ölkə hüdudlarından kənarda bu reallıqları çatdırmalı, ölkəmizin nailiyyətlərindən danışmalıyıq”.
G.Səfərova qeyd edib ki, dünyanın bir çox ökələrində yaşayan azərbaycanlı gənclər diaspor və lobbiçilik işində fəallıqlarını artırırlar. “Humanitar forumların, Mədəniyyətlərarası dialoqların məkanı olan Azərbaycan dünya birliyinə inteqrasiya nümunəsidir. Məsələn, ötən il keçirilən Dünya İnternet İdarəçiliyi Forumu ölkədə həyata keçirilən uğurlu İKT siyasəti barədə təəssürat yaradan tədbir oldu. Qeyd etməliyəm ki, bu tədbirlərə gənc könüllülər və gənc liderlər cəlb olunurlar. Bununla da, gənclər ölkənin mühüm dövlət tədbirlərinin birbaşa iştirakçısı və icraçısına çevrilirlər”, - deyə, G.Səfərova vurğulayıb.
Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli isə bildirib ki, ölkəmizdə gənclər təşkilatları dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə öz töhfələrini verə bilirlər. Onun sözlərinə görə, Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti 2 istiqamətdə aparılır: “Birinci istiqamət hökumət strukturları, buraya Gənclər və İdman Nazirliyi, onun yerli idarələri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” vasitəsilə həyata keçirilən işlərdi ki, bu sahədə çox böyük uğurlar və tərəqqi açıq hiss edilməkdədir. Təkcə onu demək kifayətdir ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” bənd-bənd ardıcıllıqla və real nəticələrlə icra olunur. Proqrama uyğun olaraq, Gənclər Fondunun yaradılması və mobil fəaliyyəti, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də Azərbaycan gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumaq imkanı və şəraitin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır. İkinci istiqamət Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər siyasətidir ki, bu sahədə də 100-dən artıq qurum aktiv şəkildə öz fəaliyyətlərini davam etdirir. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə tanıdır və Bakını dünya miqyaslı gənclər platformalarının ev sahibliyinə çevirirlər”.
Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Rəşxan Qaraşlı isə belə qənaətdədir ki, dövlət tərəfindən gənclərə xüsusi diqqət və qayğının göstərilməsi bu təbəqənin səmərəli fəaliyyətini stimullaşdırır: “Bu gün dövlət səviyyəsində gənclərə xüsusi qayğı göstərilir. Müxtəlif proqramların qəbul edilməsi, gənclər təşkilatlarının fəaliyyətinə sərbəst şəraitin yaradılması gənclərin ayrı-ayrı sahələrdə uğurla təmsil olunmasını təmin edir”.
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin fəaliyyəti və inkişafında əhəmiyyətli rol oynayacaq bütün məsələlərin nəzərdə tutulduğunu deyən Rəşxan Qaraşlı əlavə edib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir.

Paylaş:
Baxılıb: 1331 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31