Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” İbrahimbəyov üçün daha heç bir önəm kəsb etmir

“Milli şura” İbrahimbəyov üçün daha heç bir önəm kəsb etmir

17.09.2013 [09:10]

Nardar Bayramlı

Onun dublyoru Cəmil Həsənov ilə Londona getməməsi bununla əlaqədardır
Radikal müxalifətin “Milli şura”sı daxilində yeni qalmaqal yaranıb. Səbəb isə təşkilatın sədri, qoca kinodramaturq Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd Cəmil Həsənov ilə birgə Londona getməməsidir. Ümumiyyətlə, düşərgə qoca kinodramaturqun bu hərəkətini çox pis qarşılayıb. Amma R.İbrahimbəyov Londona getməməsini qəribə məntiqlə əsaslandırıb. O bildirib ki, “mən indi çox məşğulam, Moskvada vacib işlərim çoxdur. Ona görə də, Londona gedə bilmədim”. İbrahimbəyovun sözlərinə görə, Cəmil Həsənov və Eldar Namazovun Londonda görüşəcəyi adamlarla onun görüşmək istədiyi başqa-başqa adamlardır: “Ona görə də, mən səfərimi daha sonra edəcəm”.
Göründüyü kimi, artıq “Milli şura” İbrahimbəyov üçün heç bir önəm kəsb etmir. “Vahid namizəd” olmaq istəyi reallaşmadıqdan sonra qoca kinodramaturqun bu quruma heç bir marağı qalmayıb. O, istənilən məsələni “Milli şura”nın işindən üstün tutur. Qoca kinodramaturq üçün “Milli şura”, müxalifət, siyasət, Azərbaycan, Vətən 15-ci dərəcəli məsələdir. Bir də nə fərqi var ki, kim kiminlə görüşəcək. Cəmil Həsənov “Article XlX” təşkilatının nümayəndəsi tərəfindən şərəfləndirilirsə, İbrahimbəyov da başqa bir QHT rəsmisinin qəbuluna düşmək şərəfinə nail olacaq.
Bu arada R.İbrahimbəyova “molodes” də düşür. Çünki onun heç nə vecinə deyil. Keyfi istədiyi zaman Londona gedər, istərsə də getməz. Əslində, bu şəxsləri bir-birilərinə ciddi ideya birliyi bağlamır, sadəcə müəyyən maraqlar birləşdirir. Bu baxımdan, C.Həsənovla birgə görüşə getməməklə R.İbrahimbəyov düz addım atıb. R.İbrahimbəyov məsələyə o məntiqlə yanaşır ki, özünün vacib işləri çoxdur, ona görə də, qarşıdakı işlər barədə də Cəmil Həsənov düşünsün. Amma dublyor da yaxşı-yaxşı düşünməlidir ki, “Milli şura” ideyasının müəllifi hesab elədiyi Rüstəm İbrahimbəyov nəmənə şey imiş. İndi C.Həsənov özünün ideya rəhbərinin kim olduğunu daha yaxşı anlamaqdadır. Burada bir atalar məsəli yada düşür: “Ağası gülüm olanın, başına külüm olar!”
Yeri gəlmişkən, “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənov London səfəri çərçivəsində keçirilən görüşlərdən bəhs edib. Müxalifət mətbuatının yazdığına görə, onun Londonda görüşdüyü ən böyük adam XİN-in hansısa “attaşesi” olub. Əlbəttə ki, bu fakt radikalların nə qədər acınacaqlı durumda olduğunu göstərir. Axı ölkə prezidenti olmaq istəyən şəxs nə üçün dünyanın ikinci-üçüncü dərəcəli bir ölkəsinin 150-ci dərəcəli məmuru ilə görüşdüyü üçün fəxr etməlidir? Təsəvvür edin ki, biri gəlib Britaniya XİN-in attaşesi və ya referenti ilə görüşür. Ona hesabat verir və ondan təlimat istəyir. Sonra da gedib prezident olur. Belə prezidenti olan dövlətin nə nüfuzu olar? Belə prezidentə kim hörmət edər? Guya hansısa xarici hüquq müdafiəçisi ilə görüşmək üçün Londona getmək lazım imiş. Onlar axşama qədər Bakının küçələrində, sonra isə bar və kafelərində küllənirlər. Əgər, xatirinizdədirsə, “Article XlX” təşkilatının əlaqələndiricisi Rebekka Vinsentin Bakıda döymədiyi qapı qalmamışdı. Üstəlik 5-10 təşkilatı da yanına salıb dünyada Azərbaycan haqqında qərəzli, tamamilə qeyri-obyektiv fikirlər səsləndirirdi. İndi C.Həsənov belə bir təşkilatdan hansı öyüd-nəsihət ala bilər? Bu adam hansı ağlın yiyəsi olmalıdır?

Paylaş:
Baxılıb: 1269 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30