Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” növbəti dəfə xəyanətə əl atdı

“Milli şura” növbəti dəfə xəyanətə əl atdı

26.10.2013 [12:02]

Pərviz Sadayoğlu

Cəmil Həsənov ermənipərəst dairələrin dəstəyi müqabilində Dağlıq Qarabağ mövzusunun Azərbaycanın siyasi gündəmindən birdəfəlik çıxarmaq haqqında öhdəlik götürüb
Radikal müxalifət düşərgəsi Azərbaycan xalqının və dövlətinin milli maraqlarını öz şəxsi mənafeyi uğruna tapdamağa hazır olduğunu hər zaman nümayiş etdirib. Ən ağır problemləri, hətta Dağlıq Qarabağ münaqişəsi kimi ümummilli bir məsələni özünün siyasi alver predmetinə çevirən radikal düşərgə bu dəfə də yeni oyuna əl atıb. Daha doğrusu, prezident seçkiləri dövründə ermənipərəst dairələrlə işbirliyində olan, onların maliyyə dəstəyi ilə ölkədəki ictimai-siyasi sabitliyə xələl gətirməyə çalışan, min bir yalanla ölkəmizin müsbət imicinə ləkə vurmaq istəyən radikal düşərgə uğradığı məlum məğlubiyyətin acığını da məhz xalqdan çıxmaq istəyir. Hər zaman anti-Azərbaycan dairələrin sifarişini həyata keçirən radikal düşərgə təmsilçiləri yenidən bu “istiqamətdə” fəaliyyətə başlayıblar.
Təəssüflə qeyd etmək lazımdır ki, satqın “Milli şura”nın yeni planları da məhz Dağlıq Qarabağla bağlıdır. Xəyanətkar klubun ötən prezident seçkilərində “vahid namizədi” Cəmil Həsənovun sonuncu Avropa “turnesinin” arxasında məhz, həmin fakt dayanır. Belə ki, görüşdüyü ermənipərəst dairələrdən yeni əmrlər alan C.Həsənovun yeni öhdəliklər götürməsi ilə bağlı xəbərlər yayılıb. Həmin xəbərlərə görə, radikal müxalifət düşərgəsinin yeni “siması” kimi siyasi səhnəyə qayıdış etməyi planlaşdıran C.Həsənov ona veriləcək dəstək müqabilində Dağlıq Qarabağ mövzusunun Azərbaycanın siyasi gündəmindən birdəfəlik çıxarmağa söz verib. Yəni, o, bu məsələdə anti-Azərbaycan dairələrin maraqlarını qorumaq öhdəliyini öz üzərinə götürüb. Təbii ki, bunun qarşılığında da həmin ermənipərəst dairələr siyasi arenada yeni ampluada zühur edən Cəmil Həsənova maliyyə dəstəyi ayıracaqlar.
Bəlkə də, bu fakt özlüyündə heç də təəccübləndirici deyil. O mənada ki, xəmirləri xəyanətlə yoğrulan satqın “şura” üzvlərinin milli məsələlərdə mövqeləri Azərbaycan xalqının yox, düşmən mövqelər ilə daha çox uzlaşıb. Bu isə onların düşmənlərin sifarişilə işləməsinə dəlalət edir.
Məsələn, bir müddət öncəyə qədər həmin satqın “şura”nın “gözbəbəyi” sayılan, amma sonradan elə “şura”dakı müttəfiqlərinə fırıldaq gələn, Rusiya vətəndaşlığından imtina etməyən Rüstəm İbrahimbəyovun ermənilərlə və Dağlıq Qarabağla bağlı “mühüm siyasi fikirləri” heç kimin yadından çıxmayıb. İstər düşüncə, istərsə də milli bağlılıq etibarı ilə Azərbaycan dövlətindən və xalqından həddindən artıq uzaqlıqda olan Rüstəm İbrahimbəyov dediyi fikirlərlə özü öz maskasını yırtdı və gerçək kimliyini Azərbaycan cəmiyyətinə nümayiş etdirdi. Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmədiyini söyləməklə yanaşı, məkrli erməni planlarının ön cərgəsində yer alan Rüstəm İbrahimbəyov hesab edir ki, Qarabağ probleminin həllinə əsas maneə Azərbaycandır. Küt məntiqə söykənərək çıxış edən Rüstəm İbrahimbəyov ermənilərə haqq qazandırmaq, bəraət əldə etdirmək niyyəti güdürdü. O, müsahibəsində bildirmişdi ki, biz “bacarıqlı və anlayan” xalq olan erməniləri nədəsə əmin etməliyik. Əslində, bu fikirlər Dağlıq Qarabağla bağlı “Milli şura”nın seçki platforması kimi səslənirdi.
Sonradan satqın “Milli şura”da “vahid namizəd”lik “taxtına otuzdurulan” Cəmil Həsənov da eyni yolu tutdu və Dağlıq Qarabağ məsələsini özünün siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışdı. Belə ki, qondarma qurumun “vahid namizədi” Cəmil Həsənov Britaniyada nəşr olunan “Guardian” qəzetində dərc etdirdiyi məqaləsində özünəməxsus, daha doğrusu aldığı siyasi sifarişlərin təsiri altında “hazırladığı siyasi tezislərini” əxz etdi. Bu isə “Milli şura” adlanan saxta radikal düşərgə birliyinin, ümumilikdə orada təmsil olunan partiyaların iflası demək idi. Cəmil Həsənov “Guardian”dakı məqaləsində Qarabağı “mübahisəli ərazi” kimi təqdim etdi və beləliklə də, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almış oldu: “Ermənistanda hesab edirlər ki, Qarabağ onların torpağıdır, bizsə hesb edirik ki, bizim. Bu məsələ müzakirələrin, danışıqların, elmi araşdırmaların predmetidir”.
Bu sitat C.Həsənovun sələfi İbrahimbəyovun analoji fikrinin davamı idi və buradan da sadə məntiq çıxır: demək, kimin “vahid namizəd” və ya “şura” sədri olmasından asılı olmayaraq, sifariş eynidir. Hədəf, Azərbaycan dövlətçiliyi, onun ərazi bütövlüyüdür. Bu sifarişin isə haralardan verildiyi artıq bəlli olur.
Görünən dağa nə bələdçi? “Vahid namizəd” olan kimi Dağlıq Qarabağı “mübahisəli” ərazi qismində qələmə verən Cəmil Həsənov artıq yeni öhdəliyini həyata keçirmək uğrunda “mübarizə” aparacaq. Bu isə qondarma “Milli şura”nın Azərbaycan cəmiyyətinə, ictimai fikrinə yad, xaricdəki antimilli dairələr tərəfindən idarə olunan bir layihə olduğunu növbəti dəfə təsdiqləyir. Azərbaycanın maraqları ilə uzlaşmayan, düşmən dəyirmanına su tökən belə addımlarla radikal düşərgə üzvləri özlərinə xarici dəstəyi təmin etdiklərini düşünürlər. Amma başa düşmürlər ki, onların satqınlığı, xəyanəti xalqın qəzəbini və nifrətini düşərgəyə qarşı günü-gündən artırır.

Paylaş:
Baxılıb: 1176 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31