Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Keçmiş müttəfiqi Rüstəm İbrahimbəyovu yenidən hədəfə aldı

Keçmiş müttəfiqi Rüstəm İbrahimbəyovu yenidən hədəfə aldı

10.12.2013 [09:08]

Pərviz Sadayoğlu

Yaxud, Əli Kərimli-İsa Qəmbər “dueli”ndə qarşılıqlı hədə-qorxular səsləndirilir
Radikal müxalifət düşərgəsində yaşanan ziddiyyətlərin son günlər daha qabarıq şəkildə ortaya çıxması “Mili şura” adlanan satqınlar klubundakı mövcud durumdan və orada təmsil olunan partiyaların bir-birlərinə necə münasibət göstərmələrindən xəbər verir. Belə ki, bu il keçirilən prezident seçkilərindən öncə zorən, xarici anti-azərbaycançı qüvvələrin maliyyə dəstəyi ilə “müttəfiqliyə” cəlb edilmiş, amma bununla belə bir-birlərinə qarşı patoloji nifrətlərini kənara qoymayan həmin partiyalar, xüsusən də AXCP ilə “Müsavat” arasındakı qarşıdurma günü-gündən daha da şiddətlənməkdədir. Artıq, nəinki partiya funksionerləri və ya üzvləri, o cümlədən, partiya sədrləri də imkan düşdükcə bir-birlərinə söz atır, qarşı tərəfi “günah keçisi”nə çevirmək istəyirlər. 
Əlbəttə ki, bu qarşılıqlı ittihamların, gizli mübarizənin də kökündə yalnız və yalnız antimilli qüvvələrə xidmət qarşılığında əldə olunan maliyyə məsələsi dayanır. Nəzərə alsaq ki, bu gün xəyanət yuvası olan “Milli şura”da Rüstəm İbrahimbəyovun təsir imkanları sıfıra endirilib, onun komandasına daxil olan şəxslər və partiyalar bir-bir qondarma qurumu tərk etməkdədir, “şura”nı öz monopoliyasında görmək istəyən İsa Qəmbər və Əli Kərimli bu uğurda “əllərindən gələni əsirgəmirlər”. Elə bu səbəbdəndir ki, hər 2 partiya sədri istər sosial şəbəkələrdə, istərsə də, mətbuata açıqlamalarında bir-birlərinə ittihamlar irəli sürür, qarşı tərəfin fəaliyyətini “məğlubiyyətlərinin əsas səbəbi” qismində dəyərləndirirlər.
Məsələn, bir müddət öncə “Azadlıq radiosu”na müsahibə verən “Müsavat” sədri İsa Qəmbər həm “Milli şura”nı, həm də orada təmsil olunan AXCP-ni hədəfə alıb. Təbii ki, bunun bir səbəbi də AXCP-yə yaxın olan mətbu orqanlarında artıq bir müddətdir davam edən “Müsavat Partiyası “Milli şura”nı tərk edir” təbliğatıdır. Bilindiyi kimi, qurumun son toplantısında şillə-təpik “müzakirəsinə” start verən “şura” üzvləri öz “monolitliklərini” hər kəsə göstərmişdilər. Bununla yanaşı, son toplantıda məhz AXCP sədri Əli Kərimlinin təkidi ilə Rüstəm İbrahimbəyov “şura”nın “fəxri sədri” seçildi. Beləliklə, “bir daşla iki quş” vurmaq istəyən Ə.Kərimli “şura”da öz sözünün ötgəmliyini nümayiş etdirməklə yanaşı, İbrahimbəyovun təəssübünü çəkənlərin rəğbətini qazanmağa çalışdı. Müsavat Partiyasının bu məsələyə reaksiyasındakı barışmazlıq isə elə İ.Qəmbərin adıçəkilən müsahibəsində də özünü göstərib. “Müsavat” sədri bildirib ki, onun rəhbərlik etdiyi partiyanın “Milli şura”dan getməsini istəyənlər var: “Bilmirəm kim maraqlıdır ki, Müsavat Partiyası “Milli şura”dan getsin, belə bir əhval rühiyyə hiss olunur. “Milli şura” bizim üçün müqəddəs bir birlik deyil. Bu düşərgənin istifadə etdiyi formatlardan biridir. İndi elə bir kövrək bir duyğu seli yaranıb ki, ay haray “Milil şura” dağılır, günahkar “Müsavat”dır, “Milli şura”nı dağıdır. İndi hamı günahkar axtarır. Günahkar axtarmaq lazım deyil. Axtarsaq çox dərinə gedərik. Yəqin ki, yaxın günlərdə partiya rəhbərliyi ilə müzakirə edib son qərarımızı verəcəyik”.
İ.Qəmbərin bu açıqlaması çox mətləblərdən xəbər verir. Yəni, sosial şəbəkələrdə AXCP üzvlərinin bütün günahları Müsavat Partiyasında axtarması deyəsən İ.Qəmbəri Ə.Kərimli haqqındakı kompramatları səsləndirməyə vadar etməkdədir. Bunun nəticəsidir ki, İ.Qəmbər üstüörtülü şəkildə Ə.Kərimliyə “dərinə getməməyi” məsləhət görür. Yəqin ki, həmin dərinlikdə Ə.Kərimlinin İ.Qəmbərlə birlikdə etdikləri satqınlıqların faktologiyası yatmaqdadır...
Maraqlıdır ki, hazırkı durumda Ə.Kərimli kimi İ.Qəmbər də R.İbrahimbəyov faktorundan öz xeyrinə istifadə etməyə çalışır, amma başqa formatda. O baxımdan ki, xəyanəti, satqınlığı, ermənipərəstliyi ifşa olunan İbrahimbəyova qarşı çıxmaqla, onu “şura” rəhbərliyindən uzaqlaşdırılmasına nail olmaqla, İsa Qəmbər AXCP daxilində yeni-yeni boy atan antiibrahimbəyovçuların rəğbətini qazanmağa çalışır. Əlbəttə ki, ötən dövrlərdə dəfələrlə bu iki partiyanın bir-birlərindən üzv oğurlaması halları ilə qarşılaşmışıq. Bugünkü durumda da özünün ətrafında “milliyyətçilik pərdəsi” yaratmağa çalışan İ.Qəmbər guya Rusiyadakı antimilli qüvvələrin nökərçiliyini həyata keçirən İbrahimbəyovu inkar edir. İ.Qəmbər bildirir ki, “başqa dövlətin vətəndaşının sədrliyi, həmsədrliyi və fəxri sədrliyi olan “Milli şura”da olmaq Müsavat partiyası üçün məqbul deyil”. 
Amma sual yaranır ki, bəs, vaxtilə İbrahimbəyovun “pulunu yeyəndə”, onun “şura”sında təmsil olunanda onun xəyanətlərindən xəbərdar deyildinmi? Göründüyü kimi, istər Ə.Kərimli, istərsə də İ.Qəmbər İbrahimbəyov məsələsindən öz xeyirləri naminə istifadə etməyə çalışırlar. Onların etdikləri xəyanətin motivi isə birdir. Sadəcə olaraq bu iki şəxsin əlində mətbu resursu var deyə danışıb özlərini “sudan quru çıxara” bilirlər. İbrahimbəyov isə bütün günahların yeganə “ünvanına” çevrilir.
Vəziyyət elə bir həddə çatıb ki, hətta İ.Qəmbər öz müsahibəsində yumşaq dildə desək, R.İbrahimbəyovu və ona qahmar çıxan Ə.Kərimlini təhqir edir. Məsələn, İ.Qəmbər etiraf edir ki, R.İbrahimbəyov ümumiyyətlə siyasətdən bixəbər birisidir: “İctimai-siyasi xadim kimi Rüstəm müəllim bir sıra zəifliklərə yol verdi ki, mən onun üzərinə getmək istəmirəm”.
Bəli, vaxtilə tərifləyib başlarının üstlərində gəzdirdikləri, siyasi düha adlandırdıqları İbrahimbəyovu bu gün artıq yumşaq dillə desək, “heç kim adlandırırlar”. Görünən dağa nə bəldçi... Radikal düşərgədəkilərinin “bağda ərik var idi” prinsipi ilə yaşadığı artıq illərdir ki, hər kəsə bəllidir...

Paylaş:
Baxılıb: 1073 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30