Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsavat Partiyası ilə “El” hərəkatı nəyi bölə bilmirlər?

Müsavat Partiyası ilə “El” hərəkatı nəyi bölə bilmirlər?

18.12.2013 [09:03]

Mübariz Abdullayev

“Milli şura”nın iki təmsilçisi arasında yaşanan gərginlik bütövlükdə radikal düşərgənin mahiyyətindən xəbər verir
Radikal müxalifət düşərgəsində cəmləşən partiyalar və siyasi qruplar arasındakı münasibətləri birmənalı şəkildə “mehriban düşmənlər”in münasibətləri kimi xarakterizə etmək mümkündür. AXCP, “Müsavat”, ACP, KXCP, ALP kimi partiyaların, “El” hərəkatının, “Ziyalılar forumu”nun və digər belə qondarma qurumların təmsilçiləri sözdə eyni düşərgəni paylaşdıqlarını bəyan etsələr də, əməldə onların bir-birilərinin “ayaqlarının altını qazdıqları” aydın nəzərə çarpır. Partiyaların və siyasi qrupların təmsilçiləri radikal düşərgədə rəqiblərindən bir baş üstün mövqeyə yüksəlmək üçün açıq və gizli müstəvidə kəskin mənafe savaşı aparırlar.
Dağıdıcı düşərgədə, o cümlədən də radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”da partiyalar və siyasi qruplar arasında getdikcə daha şiddətli hal alan antaqonist münasibətlərdə bir neçə xətti fərqləndirmək mümkündür. AXCP-”Müsavat” qarşıdurması radikal düşərgədə ənənəvi xətt kimi xarakterizə olunur. “Cəbhəçilər” və “Müsavat”çılar arasında illərdir ki, davam edən mənafe çəkişmələri, yəqin ki, bundan sonra da heç vaxt səngiməyəcək. Eyni zamanda, özlərini radikal düşərgənin əsas simaları sayan bu iki partiya “cırtdan” və yaxud “yedək partiyalar” adlandırdıqları KXCP-dən, ACP-dən, ALP-dən, “El” hərəkatından və digərlərindən özlərinə qarşı “böyük-kiçik yeri bilmələrini” istəyirlər. AXCP ilə “Müsavat”ın radikal düşərgədə “böyük-kiçik qardaş” münasibətləri qurmaq və imtiyazlara da bu baxış bucağından sahiblənmək cəhdləri isə, təbii ki, yerdə qalan partiyaların təmsilçiləri tərəfindən təpkilərlə qarşılanır. Onlar AXCP və “Müsavat”ın “közü öz qabaqlarına çəkmək” cəhdlərini qınayaraq münasibətlərin, necə deyərlər, paritet əsaslarla qurulmasının zəruriliyini əsaslandırmağa çalışırlar.
Radikal düşərgədə mütəmadi qaydada bir-birilərinin bostanını daşlayan tərəflərdən həm də Müsavat Partiyası ilə “El” hərəkatını fərqləndirmək mümkündür. Radikalların sırasına gec qoşulan “El” hərəkatının rəhbəri reneqat Eldar Namazov “Müsavat” başqanı İsa Qəmbər üçün, sözün əsl mənasında, başağrısına çevrilib. İsa Qəmbərdən, digər “müsavat”çılardan gələn bütün təkliflərin qarşısına Eldar Namazovdan, onun “sağ əli” sayılan Eldəniz Quliyevdən “bəhanə kötüyü” itələnir. “Müsavat” və “El” funksionerlərinin bütün məsələlərdə sözləri çəp gəlir, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
“Müsavat”la “El” arasında yaşanan gərginlikdən söhbət açarkən sonuncunun qarşı tərəfdə elektorat ovu cəhdlərində bulunmasını xatırlamamaq mümkün deyil. Bəli, reneqat Eldar Namazovun seçkilərə öz “elektoratı” ilə qatılmağı hədəfləyərək bəyan etdiyi qondarma “El” hərəkatı seçkiqabağı mərhələdə regionlara emissarlar göndərərək pul və digər şirnikləndirici vasitələrlə “müsavat”çıları “ovlamağa” başlamışdı. Sonradan bundan duyuq düşən “Müsavat” dərhal əks tədbirlərə əl ataraq “El”in bu fırıldağının qarşısını almağa müvəffəq oldu.
Bundan sonra “Müsavat”la “El”in qarşı səngərlərdən atışmaları “Milli şura” daxilində davam etdi. Başlanğıcda qondarma qurumun ideya müəllifi və qiyabi sədri Rüstəm İbrahimbəyovla yaxınlığına görə “Milli şura”da söz sahibi sayılan “El”in rəhbəri Eldar Namazov “Müsavat”ın təmsilçiləri, o cümlədən də partiyanın rəhbəri İsa Qəmbərlə kifayət qədər sərt tonda danışmaqdan, hətta onu qapı arxasında gözlətməkdən belə çəkinmirdi. “Müsavat”ın “Milli şura”ya qoşulmaqla bağlı şərtlər irəli sürməsinə ən sərt təpkilər də “El”dən gəlmişdi. E.Namazovun dəstəsi AXCP tərəfindən qızışdırılaraq qurum daxilində “Müsavat”ın gözdən salınması kampaniyasında da xüsusi fəallıq nümayiş etdirirdi. “Milli şura”da məlum səbəblərdən qüvvələr nisbəti dəyişəndən-AXCP ilə “Müsavat” qondarma qurumda faktiki rəhbərliyi ələ keçirəndən sonra isə sonuncunun xüsusi təkidləri ilə “El” hərəkatı küncə sıxışdırıldı, Eldar Namazov proseslərdən təcrid olundu.
Bütün bunların üstünə “Müsavat”ın nəzarətində olan mətbuat orqanlarında mütəmadi qaydada “El”in funksionerlərinin ünvanına aşağılayıcı ittihamlar irəli sürülməsini və qarşı tərəfin bunları eyni tərzdə cavablandırmasını da əlavə etsək, tərəflər arasında münasibətlərin necə kəskin olduğu barədə konkret təsəvvür yaranar. Son günlərdə isə “Müsavat”la “El” arasında münasibətlər, necə deyərlər, pik həddədək gərginləşib. Tərəflər Rüstəm İbrahimbəyovun “Milli şura”da təmsilçiliyi ilə bağlı bir-birilərinə, sözün əsl mənasında, savaş açıblar. Məlumdur ki, “Müsavat” başqanı İsa Qəmbər və partiyanın digər funksionerləri ikili vətəndaşlıq daşıyan Rüstəm İbrahimbəyovun “Milli şura”ya fəxri sədr seçilməsinə kəskin etirazlarını bildirərək partiyanın qondarma qurumda təmsilçiliyinə yenidən baxacaqlarını dilə gətiriblər. “El” hərəkatının təmsilçiləri isə “Rüstəm İbrahimbəyovun “Milli şura”nın fəxri sədri statusunu daşımağa haqqı çatır” deyərək “Müsavat”ı qondarma qurumla yollarını ayırmaq üçün bəhanələr axtarmaqda suçlayırlar. Məsələn, “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyev “Müsavat”ı təmsil etdiyi quruma badalaq gəlməkdə qınayaraq vurğulayıb: “Müsavat” “Milli şura”dan getmək istəyir, bunun üçün öncədən bəhanələrlə buna zəmin yaradır. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Getmək istəyirsə, getsin. Amma niyə kiməsə qara yaxıb getməlidir?”
“Müsavat”çıların partiyanın divanının bu günlərdə keçirilən son toplantısında radikal düşərgənin digər təmsilçiləri ilə görüşlər keçirib əməkdaşlığın imkanlarını və perspektivlərini müzakirə etməklə bağlı çıxardıqları qərar da “El”də top-tüfənglə qarşılanıb. “El” funksioneri Eldəniz Quliyev bu dəfə də sinəsini qabağa verərək Müsavat Partiyasının çıxardığı qərarın və bu istiqamətdə atdığı addımların mahiyyətini anlaya bilmədiklərini” dilə gətirib.
Bütün bunlar ondan xəbər verir ki, “Müsavat”la “El” arasında gərginlik ocağı heç vaxt sönməyəcək. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq...

Paylaş:
Baxılıb: 1147 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30