Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Parçalanma növbəsi “Müsavat”a çatdı

Parçalanma növbəsi “Müsavat”a çatdı

24.12.2013 [08:46]

Mübariz Abdullayev

Radikal düşərgədə ambisiyalar, mənafe savaşı təkcə partiyaları, siyasi qrupları deyil, hətta eyni bir partiyanın təmsilçilərini də üz-üzə qoyur
Ayrı-ayrı partiyalar və yaxud siyasi qruplar “radikal müxalifət” adını sırf konyuktur maraqlara görə öz üzərlərinə götürdükləri kimi, bu və ya digər partiyanın guya eyni dam altında birləşən üzvləri də zaman-zaman bir-birlərinə qarşı ambisiyalar, qarşılıqlı hikkələr nümayiş etdirirlər. Son günlərdə özünü radikal düşərgədə əsas güc mərkəzlərindən biri sayan “Müsavat” daxilində baş verən proseslərdə bunu bir daha izləmək mümkündür. Belə ki, son bir neçə ayda bütövlükdə radikal düşərgənin üz qarasına çevrilən “Milli şura”da qalıb-qalmamaq məsələsi “Müsavat”çılar arasında ixtilaflara səbəb olub. Hazırda partiyada bununla bağlı kəskin fikir ayrılığı yaşanır.
“Müsavat” daxilində məlum narazılıq dalğası “Milli şura”nın dekabrın əvvəlində keçirilən son sessiyasından sonra üzə çıxıb. Məlumdur ki, həmin sessiyada “Müsavat”ın başqanı İsa Qəmbər partiyasının başqa bir ölkənin vətəndaşının fəxri sədr olduğu qurumda təmsilçiliyi məsələsinə yenidən baxıla biləcəyini dilə gətirmişdi. “Müsavat”çıların israrlarına rəğmən, onların istəmədikləri baş verdi: İkili vətəndaşlıq daşıyan Rüstəm İbrahimbəyov AXCP-nin və bir sıra başqa partiyaların dəstəyi ilə “Milli şura”nın fəxri sədri statusunu qazandı. Bundan sonra “Müsavat”çılar nəzarətlərində olan mətbuat orqanlarına verdikləri açıqlamalarda bildirirlər ki, partiyanın sözü sayılmayan qondarma qurumda qalmasına heç bir əsas yoxdur.
Artıq “Müsavat”ın “Milli şura” ilə yollarını ayırmaq istəyən üzvləri partiyanın qondarma qurumdan getməsinin prosedurunu tapmaq üçün baş sındırırlar. “Müsavat” divanının son iclasında radikal düşərgədəki digər partiyalarla görüşlər keçirib əməkdaşlıq imkanlarını və perspektivlərini müzakirə etməklə bağlı qərar çıxarılıb. “Müsavat” radikalların “birləşdiyi” iki qurumun-”İctimai palata”nın və “Milli şura”nın üzvüdürsə, onda partiyalarla və siyasi qruplarla ayrılıqda ikitərəfli görüşlər keçirib hansısa müzakirələr aparmağa nə hacət var? Məgər nəzərdə tutulan “müzakirələri” elə “İctimai palata” və yaxud “Milli şura” çərçivəsində aparmaq daha məqsədəmüvafiq olmazdımı? Siyasi müşahidəçilər belə “ikitərəfli danışıqlar aparmaq” siyasətinin “Müsavat”ın “Milli şura”dan ayrılmasını partiya üçün ağrısız bir prosesə çevirmək planına xidmət etdiyi qənaətindədirlər. Partiyanın qondarma qurumdan ayrılmaq istəyən qanadı (“Müsavat”ın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bu istiqamətdə daha artıq canfəşanlıq göstərir-M.A.) bu kimi manevrlərlə bir növ radikal düşərgə təmsilçilərinin nəbzini yoxlamaq, qınaqlardan sığortalanmaq və özlərinə tərəfdarlar toplamaq məqsədi güdürlər.
Bununla belə, bir qrup “Müsavat”çının “Milli şura” ilə bütün körpüləri yandırmaq cəhdləri partiyanın digər təmsilçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Partiya daxilində bir çoxları qəti şəkildə “Müsavat”ın “Milli şura”dan getməsinə qarşı çıxırlar. Müxalifət daxilindən sızdırılan məlumatlara görə, başqanın müşaviri Yeganə Hacıyevanın istefasının əsas səbəblərindən biri də partiyada məlum məsələ ətrafında yaranan ciddi fikir ayrılığı ilə bağlıdır. Bildirilir ki, Yeganə Hacıyevanın timsalında “Milli şura”da qalmaq istəyən partiya üzvləri “ikitərəfli müttəfiqlik sazişlərinin” imzalanması ilə “Müsavat”ın qondarma qurumdan getməsi prosesinə start verildiyini düşünürlər. Buna görə də, onlar başlanan prosesə əngəl olmaq üçün müxtəlif vasitələrə əl atırlar. Yeri gəlmişkən, Y.Hacıyeva radikalların nəzarətində olan qəzetlərdən birinə açıqlamasında “Milli şura”da qalıb-qalmama məsələsinin həqiqətən də “Müsavat”da ikifikirlilik yaratdığını etiraf edərək belə deyib: “Dünənə qədər partiya daxilində olan biri kimi deyirəm - sıravi üzvlərin əksəriyyəti “Müsavat”ın “Milli şura”dan çıxmasının əleyhinədirlər. Həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı da “Milli şura”dan getməyin əleyhinədirlər. Əgər bu baş verəcəksə, partiya daxilində xəyal qırıqlığı yaşanacaq. Partiyaya qarşı güvən krizi yaşanacaq”.
Göründüyü ki, “Müsavat”ın öz üzvlərinin yekdil mövqeyi ilə qürur duyduğu vaxtlar artıq illərin o tayında qalıb. Partiyada yeni ziddiyyətlər baş qaldırıb. Məlumdur ki, son illərdə “Müsavat”da həm də partiyanın qurultayının keçirilməsini istəyənlərlə bunu əngəlləyənlər arasında da kəskin ixtilaflar yaşanır. Əslində, bu ixtilaflar elə partiyanın rəhbərliyindən getmək istəməyən İsa Qəmbərlə başqan olmaq təşnəsi ilə yaşayan Arif Hacılı qarşıdurması kimi səciyyələndirilir. İsa Qəmbər yaxşı bilir ki, növbəti qurultayın baş tutması onun partiyanın rəhbərliyində qalmasının sonu olacaq. Buna görə də o, müxtəlif bəhanələr gətirərək qurultay məsələsini, necə deyərlər, acı bağırsaq kimi uzadır. Eyni statusda qocaldığının fərqində olan mərkəzi icra aparatının rəhbəri Arif Hacılının isə sadəcə daha səbr etməyə gücü çatmır və o, aranı qarışdıraraq “İsa Qəmbər partiyaya nəzarəti həyata keçirə, konsensusa nail ola bilmir” görüntüsü yaratmaq üçün dəridən-qabıqdan çıxır.
Beləliklə, özünü radikal düşərgə daxilində “real güc” sayaraq “müttəfiqlərinə” tez-tez əzələ nümayiş etdirən “Müsavat”da da ciddi xəyal qırıqlığı yaşandığı göz önündədir. Burada qruplar və üzvlər arasında ixtilaflar partiyanı parçalayacaq həddədək kəskin xarakter alıb. Bu isə bütövlükdə radikal düşərgənin mahiyyətindən xəbər verir.

Paylaş:
Baxılıb: 1219 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30