Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin “fəaliyyətinin” əsasını maddi maraqlar təşkil edir

Əli Kərimlinin “fəaliyyətinin” əsasını maddi maraqlar təşkil edir

29.01.2014 [08:50]

Nardar Bayramlı

AXCP sədri “Milli şura”ya gələn pulları təkbaşına mənimsəmək istəyir?
Radikal müxalifət düşərgəsindəki növbəti gərginlik qondarma “Milli şura”nın iflası ilə müşayiət olunur. Belə ki, bu qondarma qurumun yaradılmasında “fəal” iştirak edənlər artıq “Milli şura”dan uzaqlaşmağa üstünlük verirlər. Məlum olduğu kimi, “Milli şura”nın ideya müəllifi qoca kinodramaturq Rüstəm İbrahimbəyov idi və o, bir neçə ay qondarma quruma sədrlik də etdi. Amma yol verdiyi iqtisadi cinayətlər ucbatından Bakıya gəlmək istəməyən qoca kinodramaturq qondarma qurumun işindən ayrıldı. Prezident seçkilərindən sonra Müsavat Partiyasının və digərlərinin də “Milli şura”nı tərk etməsi isə radikalların nə qədər aciz durumda olduğunu bir daha göstərdi.
Amma “Milli şura”nın hətta bu cür acınacaqlı vəziyyətindən də öz məqsədləri üçün istifadə edənlər var. Bunların başında isə AXCP sədri Əli Kərimli dayanır. Belə ki, Ə.Kərimli mövcud qarşıdurmalardan, istefalardan yararlanaraq, özünü bütövlükdə radikal müxalifətin “lideri” kimi təqdim etmək istəyir. Ümumiyyətlə, radikal düşərgədəki “mehriban düşmənlər” zaman-zaman fürsət düşdükcə bir-birlərinə açıq və gizli zərbələr vurublar. Öz növbəsində AXCP sədri də hər zaman belə fürsətləri qaçırmamağa çalışıb və vaxtilə, AXCP-dən qovduğu Cəmil Həsənovun “Milli şura”ya sədr seçilməsinə nail olub. Qeyd edək ki, C.Həsənov qondarma qurumun formal sədridir və radikal müxalifət daxilindəki proseslərə təsir etmək imkanında deyil. Ə.Kərimli isə “Milli şura”dakı əsas rəqiblərini zərərsizləşdirməklə, bu qondarma qurumun faktiki idarəçiliyini öz üzərinə götürmək məqsədi güdür. Əslində, “Milli şura”ın ciddi bir təşkilat olmadığını nəzərə alsaq, Ə.Kərimlinin onu tam ələ keçirmək cəhdləri siyasi baxımdan heç bir məna daşımır. Amma AXCP sədrinin əsas məqsədi müəyyən xarici anti-azərbaycançı dairələr tərəfindən qondarma quruma yönəldilən maliyyə vəsaitlərinə sahib olmaqdır. Doğrudur, indiyə qədər də Ə.Kərimli müəyyən qədər maliyyə ələ keçirib, amma onun bu işdə şərikləri də olub. Buna görə də, AXCP sədri maliyyə məsələlərində şərikinin olmamasına çalışır.
Yeri gəlmişkən, sözügedən məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, radikallar həmin qondarma qurumda maliyyə maraqlarını güdürlər: “Rüstəm İbrahimbəyov da özünə çatanı alıb, indi də çəkilib dayanıb kənarda. İndi də Eldar Namazov kənara çəkilmək üçün istefa verdi. “Milli şura”da Müsavat partiyasına pul çatmasa da, ancaq bu partiyanın rəhbərinə haqq-hesab ödənilib. Digər nümayəndələrinə pul çatmadığı üçün Müsavat “Milli şura”dan uzaqlaşdı. Əli Kərimli də 8,5 milyon pul alıb. Yoxsa, Əli Kərimlinin qara qaşına, qara gözünə görə o pul verilməyib ki? Əli Kərimli heç yerdə işləməyə-işləməyə bahalı maşında gəzir, mühafizəçisi var. Hələ arada “Azadlıq” qəzetinə pul yardımı da edir. Sual olunur ki, hardan alırsan bu pulları?”.
YAP İcra katibinin müavini qeyd edib ki, əgər həmin pullar üzvlük haqqından toplanırsa, o zaman bu bank vasitəsilə olmalıdır və bunun hesabatı ictimaiyyətə təqdim edilməlidir. Amma Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP bir dəfə də olsun, cəmiyyətə maliyyə hesabatı təqdim etməyib. Əksinə, o hər zaman israrla bu məsələləri gizli saxlamağa üstünlük verib. Daim demokratiyadan, şəffaflıqdan ağızdolusu danışan Ə.Kərimli nədənsə, maliyyə hesabatı verməkdən həmişə yayınır.
Digər tərəfdən, onu da xüsusi olaraq, vurğulamaq yerinə düşər ki, Ə.Kərimli AXCP-də də fərqli fikirləri qəbul etmir, belələrini partiyadan uzaqlaşdırır. Məhz bunun nəticəsidir ki, mərhum Əbülfəz Elçibəyin vaxtındakı partiyadan heç bir əlamət qalmayıb və Ə.Kərimlinin idarəçilik prinsiplərinə etiraz əlaməti olaraq, bir çox partiya funksionerləri AXCP-nin sıralarını tərk ediblər.
Yeri gəlmişkən, bir müddət “Azadlıq” qəzetinin yazarı olmuş Mirzə Sakit də sonralar KİV-ə verdiyi müsahibədə AXCP-dəki durumu dözülməz adlandırmışdı. O, bu partiyada diktaturanın hökm sürdüyünü demişdi. M.Sakitin fikirlərindən belə anlaşılır ki, AXCP-də xalqın marağı arxa plandadır, ön yerdə isə sədrin maraqları dayanır. Sonda onu da vurğulayaq ki, Ə.Kərimlinin partiya daxilindəki repressiv siyasəti, üzvlərin rəylərinin heç bir halda nəzərə alınmaması AXCP daxilindəki kəskin ziddiyyətlər, həmçinin, qarşıdurma meyillərini daha da şiddətləndirib. Hətta bu gün partiya daxilində ciddi qütbləşmə və qruplaşma tendensiyası hökm sürməkdədir. Bütün bunlara rəğmən, Ə.Kərimli öz şəxsi maraqlarını bütün partiya üzvlərinin maraqlarından üsün tutur. Onun antimilli mövqedə olması bütün ictimaiyyətə məlumdur, bir çox məsələlərdə Ə.Kərimli hətta partiya üzvlərinin rəyi ilə də hesablaşmır. Çünki orada onun şəxsi maraqları mövcuddur. Təbii ki, bu kimi hallar da zaman-zaman AXCP-də istefalarla, üzvlərin partiya sıralarını tərk etməsi ilə nəticələnir.

Paylaş:
Baxılıb: 1225 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31