Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xədicə İsmayılova “cəsus qalmaqalı” ilə bağlı faktlara cavab verə bilmir

Xədicə İsmayılova “cəsus qalmaqalı” ilə bağlı faktlara cavab verə bilmir

21.02.2014 [09:04]

Pərviz Sadayoğlu

Eynulla Fətullayev X.İsmayılovanın sosial şəbəkələrdə paylaşdığı “cəsus sənədi”nin avantüraya hesablandığını və AXCP ilə işbirliyinin ifşasından qorunmaq xarakteri daşıdığını deyir
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “cəsus siyahısı” qalmaqalı hələ də radikal düşərgənin əsas müzakirə predmetlərindən biridir. Belə ki, bir müddət öncə jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Virtualaz.org saytında yayılan “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın cəsus hesabatı...” adlı yazıda əks olunan faktlar X.İsmayılovanın xarici kəşfiyyat orqanlarına yaxın şəxslərlə əlaqələrini ortaya çıxarmışdı. Bu yazıda qeyd edilirdi ki, X.İsmayılova görüşdüyü ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçılarına (əslində isə, onların kəşfiyyat orqanlarının əməkdaşları olduqları bildirilir) radikal müxalifət düşərgəsi ilə bağlı siyahı verib. Həmin siyahıda isə radikal düşərgədən olan və hakimiyyətlə “işbirliyi” həyata keçirən 100-ə yaxın şəxsin adı qeyd olunub.
Vurğulayaq ki, bu faktların açıqlanmasının ardından məsələ ilə bağlı heç bir izahat verməyən X.İsmayılova nəinki bu faktları ictimaiyyətə açıqlayan insanları, o cümlədən, “cəsus siyahısı” ilə bağlı ona sual ünvanlayan KİV nümayəndələrini də təhqir etdi. Ona yönəlik sualları cavablandırmaq yerinə aqressivliyə əl atan X.İsmayılova görünür etdiklərinin üstünün açılmasından çox qəzəblənibmiş...
Adıçəkilən “cəsus siyahısı” qalmaqalı səngiməmiş X.İsmayılova yeni bir “sənəd”lə gündəmə gəldi. Belə ki, o, sosial şəbəkələrdə “Tam məxfi” qrifli sənədi yayaraq iddia edirdi ki, bu sənədi ona 2011-ci ildə MTN-nin hansısa keçmiş işçisi ötürüb. Lakin X.İsmayılova guya həmin vaxt əlində bu sənəddə yazılanların düzgün olduğunu təsdiqləyən dəlil-sübut olmaması üzündən məktubu ictimailəşdirmək istəməyibmiş.
Maraqlıdır ki, bundan əvvəlki “cəsus siyahısında” yüzlərlə düşərgədaşını ABŞ xüsusi xidmət orqanlarına “təqdim edən” X.İsmayılova ikinci “sənəddə” adı çəkilən adamın adını flomasterlə pozub. Ən maraqlısı isə, həmin “Tam məxfi” qrifli “məktubda” söhbət AXCP-dən olan hansısa müxalifətçinin “verbovka” olunmasından gedir. Artıq bu məsələ ilə bağlı araşdırmalar aparılır və məsələyə hüquqi müstəvidə qiymət veriləcək.
Məsələ ilə bağlı KİV-ə açıqlamasında jurnalist Eynulla Fətullayev bildirib ki, onun yazısında qeyd etdiyi faktların düz olmasını Xədicə İsmayılova yaydığı ikinci “cəsus sənədi” ilə təsdiqləyib: “Ekspertiza təyin olunmalıdır və həmin sənədin həqiqətə uyğun olub-olmadığı müəyyənləşdirilməlidir. Yəni, ona qədər hansısa konkret iddia irəli sürmək olmaz. Biz hələ bilmirik ki, Xədicə İsmayılova hansı sənədləri ortaya qoyacaq”.
Vurğulandığı kimi, artıq bu məsələ ilə bağlı hüquqi müstəvidə araşdırma başlayıb və cinayət işi açılıb. Məsələ ilə bağlı istintaq həyata keçirilir. Mətbuata açıqlamasında E.Fətullayev deyib ki, Xədicə İsmayılova, o adları çıxmaq şərtilə, onun yazısındakı bütün məlumatları təsdiq edib. O deyib ki, hətta X.İsmayılovanın ABŞ-dan gələn “tədqiqatçılara” həmin sənəddən savayı başqa məlumatlar ötürdüyündən də xəbərdardır. Və ən əsası, X.İsmayılova həmin “cəsus siyahısına” özünün şəxsi münaqişəsi olan adamların adlarını qeyd edib: “Xədicə İsmayılova o adamlarla şəxsi münaqişədədir, münasibəti pisdir, əsasən məhz həmin adamları siyahıya daxil edib. Bu siyahını həqiqətə oxşar qismində təqdim etmək üçün isə oraya bir-iki dostunu da əlavə edib. Məsələn, Erkin Qədirli. Xədicə İsmayılova bir neçə dostunu da oraya əlavə etməsəydi, sabah Qərbdə böyük şübhə yarana bilərdi ki, necə olur, ancaq Xədicə İsmayılovanın şəxsi münasibətləri gərgin olan adamların adları siyahıdadır”.
Bu məsələ ortaya çıxan gündən cəmiyyət bir sualın da cavabını maraqla gözləyir. Əgər, X.İsmayılova iddia edirsə ki, bu siyahı ona aid deyil, nə üçün məhkəməyə üz tutmur? Amma E.Fətullayevin açıqlamalarından belə məlum olur ki, X.İsmayılova daha da dərinə “batmaqdan” qorxur: “Məhkəməyə müraciət etsəydi və etsə, ortaya sübutlar qoyacağam. Yüz faiz sübutlar ortaya qoyacağam və mən sizə deyim ki, o zaman Xədicə İsmayılova çox pis vəziyyətdə qalacaq. Xədicə İsmayılova bunu bilir”.
O ki qaldı X.İsmayılovanın özünün sosial şəbəkələrdə paylaşdığı “cəsus sənədi”nə, E.Fətullayev deyib ki, o addım avantüraya hesablanıb: “Axı kim Xədicə İsmayılovanı məcbur eləmişdi ki, o siyahını dərc etsin, MTN-nin sənədini yaysın? Heç kim. Xədicə İsmayılova könüllü olaraq, sanki mənim siyahı məsələsində mövqelərimi möhkəmləndirmək üçün avantürist addım atdı. Əgər o, bu sənədi üç il idi özün saxlayırdısa, sonradan isə ona “kağız parçası” adını qoymuşdusa, bəs o zaman niyə kağız parçasını çap edir?”.
Qeyd edək ki, hələ birinci “cəsus siyahısı” yayıldığı zaman bir sıra siyasətçilər X.İsmayılovanın bu addımını AXCP sədri Əli Kərimliyə “xidmət” kimi dəyərləndirmişdilər. Hətta həmin siyahıda təmsil olunan radikal düşərgə üzvləri də bu məsələdə Ə.Kərimlinin maraqlarının qorunduğunu açıq şəkildə bəyan etmişdilər. Əslində, AXCP sədri Əli Kərimlinin tələm-tələsik sosial şəbəkələrdə X.İsmayılovanı qorumaq cəhdləri də bu deyilənləri təsdiqləyir. X.İsmayılovanın “yayımladığı” ikinci sənəddə adı qeyd olunan “agentin” AXCP üzvü olması isə deyəsən “daldan atılan daş”dır. E.Fətullayev də X.İsmayılovanın bu addımının “qınaqlardan yayınmaq” xarakteri daşımasına əminliyini ifadə edib: “Birinci siyahıda Xədicə daha çox “Müsavat”çıların üzərinə gedib. Ona görə də, müəyyən qınaqlarla üzləşib, mövqeyi qeyri-obyektiv görünüb. Bu səbəbdən də nümayiş etdirmək istəyib ki, cəmiyyətə “baxın, “cəbhəçi” fəallardan da “verbovka” olunanlar var”, demək istəyib”.

Paylaş:
Baxılıb: 1194 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31