Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin yalançı bahar arzuları

Radikal müxalifətin yalançı bahar arzuları

04.03.2014 [09:28]

Mübariz Abdullayev

Yaxud, daxili güc, sosial dayaq amilindən məhrum qalan dağıdıcılar ümidlərini bu və ya digər xarici ölkədə baş verən rəngli inqilablara bağlayıblar
Azərbaycandakı radikal müxalifət düşərgəsinin təmsilçilərinin sanki gözləri yolda, qulaqları səsdədir. Onlar dünyanın yaxın-uzaq ölkələrində sosial-siyasi zəmində baş verən hansısa bir hadisədən özlərisayağı nəticə çıxarır və dərhal da xəyal etdikləri bəd niyyətlərini dilə gətirərək, bu kimi olayların Azərbaycanda da baş verəcəyini iddia edirlər. Radikal düşərgə təmsilçilərinin ərəb ölkələrində, Gürcüstanda, Qırğızıstanda baş verən məlum hadisələr zamanı necə “fəallıq” nümayiş etdirdiklərini yada salaq. Elə bil ki, “çiçəkləri çırtlamışdı”, dil-ağıza qoymurdular. Müsahibələr verir, bəyanatlar səsləndirir, müxtəlif rənglərə bürünürdülər...
Budur, radikallar yenə yalançı bahar xülyalarına qapılıblar. Bu dəfə isə onların damarlarında qanlarını oynadan olaylar Ukraynada baş verən son proseslərdir. Açıqlamalarından belə məlum olur ki, radikallar “Maydan”da baş verənlərdən əməlli-başlı təsirləniblər. “Maydan” olaylarından lap çox xoşhal olanlardan biri də “Müsavat”ın mərkəzi icra aparatının rəhbəri Arif Hacılıdır. O, xülyalarında bir az da qabağa gedərək belə bir fikir ifadə edib ki, Ukrayna hadisələri hamıdan çox Azərbaycandakı müxalifətin maraqlarına uyğun gəlir.
Qeyd edək ki, oxşar fikirlər AXCP sədri Əli Kərimlinin, eləcə də, radikal düşərgənin digər təmsilçilərinin dillərindən də səslənib. Radikallar eyni xorun üzvləri kimi, ağız-ağıza verərək Ukrayna hadisələrinin radikal düşərgənin işinə yarayacağı qənaətlərini izhar edirlər.
Dağıdıcı düşərgə təmsilçilərinin “radikal müxalifətin maraqları” deyəndə nəyi nəzərdə tutduqları məlumdur. Heç kəsə sirr deyil ki, radikallar xaricdəki antimilli mərkəzlərdən aldıqları ianələrin, qrantların qarşılığında ölkəmizdə iğtişaşlar baş verməsində, daxili sabitliyin, Azərbaycan cəmiyyətinin ən üstün keyfiyyətlərindən olan vətəndaş həmrəyliyinin pozulmasında maraqlıdırlar. Radikallar bununla bağlı xaricdəki məlum dairələrdən mütəmadi qaydada sifarişlər alırlar.
O başqa məsələ ki, hazırda Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına, beləliklə də, radikalyönümlü partiyaların təmsilçilərinin “maraqlarının” təmin olunmasına zəmin yoxdur. Ölkəmiz davamlı olaraq həyata keçirilən məqsədyönlü siyasət nəticəsində tarixinin sürətli inkişaf mərhələsini yaşayır. Bu inkişaf ölkə həyatının bütün sahələrində təzahür edir, o cümlədən respublikamızda həyat səviyyəsi getdikcə yüksəlir, ölkəmizin beynəlxalq nüfuzu durmadan artır. Belə olan halda Azərbaycanda sosial-siyasi zəmində hansısa kataklizmlərin baş verməsi, həmçinin, Ukrayna hadisələrinin təkrarlanması istisnadır.
Azərbaycan cəmiyyətinin ən üstün keyfiyyətlərindən biri də müxtəlif təbəqələrdən olan insanların ölkə rəhbərliyi ilə sıx həmrəylik nümayiş etdirmələridir. Biz bu həmrəyliyin növbəti parlaq təzahürünü respublikamızda ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində gördük. Seçkilərdə Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin sabitlik, davamlı sosial-iqtisadi inkişaf siyasətinə dəstək nümayiş etdirməklə, o cümlədən də birləşmiş radikal müxalifətin “vahid namizəd”inə etimadsızlıq göstərməklə öz seçimini ortaya qoydular.
Beləliklə, radikal müxalifət düşərgəsinin təmsilçilərinin hər dəfə hansısa xarici ölkədə bu və ya digər zəmində iğtişaşlar, başqa belə kütləvi hadisələr baş verdikdə “fəallaşmalarının” sadə bir səbəbi var: Onlar zaman-zaman Azərbaycanın milli maraqlarına zidd əməllər sərgilədiklərinə, öz fəaliyyətlərini bir qayda olaraq xaricdəki məlum dairələrdən gələn sifarişlər əsasında qurduqlarına görə daxili güc, sosial dayaq amilindən məhrum qalıblar və ümidlərini bu və ya digər ölkədə baş verən rəngli inqilablara bağlayıblar.
Radikalların dünyanın bu və ya digər ölkəsində baş verən müəyyən hadisələr zamanı yuyulmamış çömçə kimi özlərini ortaya atıb “mən də, mən də” demələri heç bir nəticə verməyəcək. Hər ölkə öz daxili qayda-qanunları, reallıqları ilə yaşayır. Azərbaycan tarixinin iğtişaşlar, vətəndaş qarşıdurması mərhələsini ötən əsrin 90-cı illərinin əvvəllərində yaşayıb. Ölkəmizi belə arzuolunmaz təhlükəli həddə indi radikal düşərgədə “meydan sulayan” müxtəlif əlbuyruğu partiyaların rəhbərlərinin səriştəsiz, korafəhim siyasəti çatdırmışdı. İndi həmin “siyasilər” bütün hədləri aşaraq “rəngli” inqilabların, o cümlədən də Ukrayna hadisələrinin Azərbaycana idxal olunmasının “zəruriliyini” əsaslandırmağa çalışırlar. Ancaq bu kimi cəhdlər əbəsdir və özünü yormaqdan başqa bir şey deyil. Ən azından ona görə ki, tarixin dərslərini, həmçinin də, AXC-“Müsavat” iqtidarının iğtişaşlarla zəngin hakimiyyəti dövrünün dərslərini belə tez yaddan çıxartmaq mümkün deyil...

Paylaş:
Baxılıb: 1131 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30