Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli Dağlıq Qarabağ münaqişəsini yenidən özünün siyasi alver predmetinə çevirir

Əli Kərimli Dağlıq Qarabağ münaqişəsini yenidən özünün siyasi alver predmetinə çevirir

03.04.2014 [09:37]

Pərviz Sadayoğlu

Dünənə qədər Rüstəm İbrahimbəyovun “Milli şura” layihəsindən pul qazanan AXCP sədri indi də “Qərbə inteqrasiya” yolunu seçir
Bu bir həqiqətdir ki, “siyasi karyeraları” birmənalı şəkildə Azərbaycan dövlətinin və xalqının mənafeyinə zidd mövqe tutmaqla “zəngin” olan radikal müxalifət düşərgəsi üçün yalnız şəxsi korporativ maraqlar mövcuddur. Onlar öz şəxsi mənafeləri naminə hətta ölkəmizə qarşı düşmən münasibəti sərgiləyən antimilli dairələrlə də işbirliyinə girməkdən çəkinmirlər. Radikal müxalifət üçün pulun və sifarişin hansı istiqamətdən verilməsinin heç bir fərqi yoxdur. Yəni, onlar üçün sadəcə şəxsi maraqlar mövcuddur.
Amma öz nəzarətlərindəki KİV-lərdə cəmiyyətə özlərini “ağıllı”, “vətənpərvər” qiyafəsində təqdim etməyə çalışan bu zümrə ölkəmizin əldə etdiyi uğurlara belə kölgə salmaqdan çəkinmirlər. Öz ayıblarına utanmaları gərəkirkən, Azərbaycan dövlətinin, hakimiyyətinin apardığı siyasətə qarşı şər-böhtan atmaqda davam edirlər. Məsələn, AXCP sədri Əli Kərimli öz nəzarətində olan mətbu orqana müsahibəsində Azərbaycanın xarici siyasətini “təhlil” etməyə girişib. BMT Baş Məclisində Ukrayna ilə bağlı məlum səsvermədə Azərbaycanın tutduğu mövqeyi utanmadan qınamağa çalışan Ə.Kərimli bununla da özü-özünü çıxılmaz vəziyyətə salıb. Təbii ki, Ə.Kərimlinin bu yanaşması anlaşılandır. O mənada ki, heç vaxt həqiqəti danışmayan, yalnız şər-böhtan üzərində siyasi karyera quran birisi üçün Azərbaycan hakimiyyətinin apardığı düzgün xarici siyasət kursunu təqdir etmək “çox çətindir”.
Ən maraqlısı isə, Ə.Kərimlinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi “proqnozlar”dır. Məsələn, o, deyib ki, “Qarabağ probleminin həll olunmasının yolu, ilk növbədə, Qərbə inteqrasiyadan keçir”.
Həqiqətən də utanmasan oynamağa nə var ki? Əgər doğrudan da Əli Kərimli düşünürsə ki, Dağlıq Qarabağ probleminin həlli Qərbə inteqrasiyadan, Qərblə sıx əlaqələrdən keçir, görəsən ötən il keçirilən prezident seçkilərində o, nə üçün Rusiyapərəst antimilli qüvvələrin çətiri altına girmişdi? Məlum olduğu kimi, hətta qondarma “Mili şura”nın təsisçiləri belə bu qurumun Rusiyadakı anti-azərbaycançı dairələrdən qidalandığını etiraf ediblər. Bəs, görəsən, Ə.Kərimlidə birdən-birə “Qərb sevgisi” haradan yaranıb? Axı, o dünənə qədər Rüstəm İbrahimbəyovun kölgəsinə sığınaraq şimaldan gələn maliyyə ianələrinə göz dikmişdi...
Digər tərəfdən, görəsən, Ə.Kərimli hansı mənəvi haqla Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlər yürüdür? Onun təmsil olunduğu “Milli şura” adlanan satqınlar klubunun Dağlıq Qarabağla bağlı mövqeyi bəlli deyilmi? Ötən il keçirilən prezident seçkiləri dövründə bu qurumun nümayəndələrinin, daha doğrusu rəhbərlərinin Dağlıq Qarabağa “münasibəti” hər şeyi ortaya qoymurmu? Axı, bir müddət öncəyə qədər həmin satqın şuranın “gözbəbəyi” sayılan, amma sonradan elə “şura”dakı müttəfiqlərinə fırıldaq gələn, Rusiya vətəndaşlığından imtina etməyən Rüstəm İbrahimbəyovun ermənilərlə və Dağlıq Qarabağla bağlı “mühüm siyasi fikirləri” heç kimin yadından çıxmayıb. İstər düşüncə, istərsə də milli bağlılıq etibarı ilə Azərbaycan dövlətindən və xalqından həddindən artıq uzaqda olan Rüstəm İbrahimbəyov dediyi fikirlərlə özü öz maskasını yırtdı və gerçək kimliyini cəmiyyətimizə nümayiş etdirdi. Yeri gəlmişkən, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli ilə bağlı hələ danışmaq istəmədiyini söyləməklə yanaşı, məkrli erməni planlarının ön cərgəsində yer alan Rüstəm İbrahimbəyov iddia edirdi ki, Qarabağ probleminin həllinə əsas maneə Azərbaycandır. Küt məntiqə söykənərək çıxış edən Rüstəm İbrahimbəyov ermənilərə haqq qazandırmaq, bəraət əldə etdirmək niyyəti güdürdü. İbrahimbəyov müsahibəsində bildirirdi ki, biz “bacarıqlı və anlayan” xalq olan erməniləri nədəsə əmin etməliyik. Əslində, bu fikirlər Dağlıq Qarabağla bağlı “Milli şura”nın seçki platforması kimi səslənirdi.
Sonradan satqın “Milli şura”da “vahid namizəd”lik “taxtına otuzdurulan” Cəmil Həsənov da eyni yolu tutdu və Dağlıq Qarabağ məsələsini özünün siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışdı. Belə ki, qondarma qurumun “vahid namizədi” Cəmil Həsənov Britaniyada nəşr olunan “Guardian” qəzetində dərc etdirdiyi məqaləsində özünəməxsus, daha doğrusu aldığı siyasi sifarişlərin təsiri altında “hazırladığı siyasi tezislərini” əxz etdi. Bu isə “Milli şura” adlanan saxta radikal düşərgə birliyinin, ümumilikdə orada təmsil olunan partiyaların iflası demək idi. “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənov “Guardian”dakı məqaləsində Qarabağı “mübahisəli ərazi” kimi təqdim etdi və beləliklə də, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almış oldu: “Ermənistanda hesab edirlər ki, Qarabağ onların torpağıdır, bizsə hesab edirik ki, bizim. Bu məsələ müzakirələrin, danışıqların, elmi araşdırmaların predmetidir”.
Görəsən, Dağlıq Qarabağ münaqişəsinə münasibəti bəlli olan qondarma “Milli şura”nın üzvü Ə.Kərimli hansı haqla bu mövzuya müraciət etmək “fikrinə” düşüb? Yəqin ki, artıq Rusiyapərəst antimilli qüvvələrdən pul ala bilməyən AXCP sədri indi də Qərbdəki bəzi anti-azərbaycançı dairələrə mesaj verməkdədir. Əslində burada təəccüblü heç nə yoxdur. Axı, Dağlıq Qarabağ münaqişəsini özünün siyasi alver predmetinə çevirən Əli Kərimli kimilər üçün pulun gəldiyi ünvan və ya məqsəd heç bir önəm daşımır, onlar üçün əsas olan pulun miqdarıdır...

Paylaş:
Baxılıb: 1086 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30