Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin ermənipərəst xisləti yenidən baş qaldırıb

Radikal müxalifətin ermənipərəst xisləti yenidən baş qaldırıb

15.04.2014 [09:07]

Pərviz Sadayoğlu

“Milli şura” üzvləri Mehman Əliyev və Gültəkin Hacıyeva anti-azərbaycançı dairələrin sifarişi ilə ölkəmizə qarşı böhtan kampaniyası aparır, yalan danışırlar
Azərbaycanın radikal müxalifət düşərgəsinin fəaliyyətinin “konturlarının” xaricdəki anti-azərbaycançı dairələr, o cümlədən, erməni lobbisi tərəfindən müəyyənləşdirilməsi heç kəsə sirr deyil. Dövlət və xalq maraqlarından uzaq, şəxsi korporativ maraqlarının təminatı üçün ermənipərəstlərin sifarişləri əsasında “fəaliyyət” göstərən bu zümrənin ən əsas məqsədi düşmənlərin “dəyirmanına su tökmək”dir. Bu baxımdan zaman-zaman radikal düşərgənin ermənipərəst mövqedən çıxışlar etməsi, dövlət maraqlarımıza qarşı olması Azərbaycan cəmiyyətində heç də təəccüblə qarşılanmır.
Azərbaycanda bir el məsəli var, ayıbına kor olmaq. Amma bu düşərgənin “özəlliyi” ondadır ki, ayıbına belə utanmır. Ermənilərin maraqlarını qorumaq üçün dəridən-qabıqdan çıxan bu xəyanətkarların tutduqları yol ortadadır. Onların məqsədlərinin, məramlarının, arzularının nə olması elə dediklərindən də bəlli olur. Yəni, “ağ yalanı” danışa bilən radikal düşərgə təmsilçilərinə, deyəsən, həqiqətən də utanmaq hissi yaddır...
Qırx günün yalanı və ya Mehman Əliyevin “demokratik Ermənistanı”...
Azərbaycan dövlətinə qara yaxmaq, şər atmaq üçün növbəyə duran radikal düşərgə təmsilçilərindən sayılan, qondarma “Milli şura”nın üzvü Mehman Əliyevin son açıqlaması da “ermənilərə yarınmaq” baxımından olduqca “təsiredicidir”. Belə ki, “Turan” agentliyinin rəhbəri Ermənistan prezidenti Serj Sarkisyanın növbəti seçkilərdə iştirak etməyəcəyi ilə bağlı bəyanatını “bəh-bəhlə” “təhlil” edib: “Ermənistanda kifayət qədər problemlər var və ölkənin vəziyyəti ağırdır. Ancaq fakt ondan ibarətdir ki, Ermənistan demokratiya sahəsində Azərbaycanı üstələyir”.
Əslində, Mehman Əliyevin bu qədər ifrata vararaq yalan danışması təəccüblü deyil. O baxımdan ki, for-post bir vassalı-Ermənistanı “demokratik dövlət” adlandıran M.Əliyev bununla sözün əsl mənasında özünün “demokratiya” anlayışını büruzə vermiş olur. Bu bir reallıqdır ki, Ermənistanda dövlət başçıları başqa maraqlı güclərin təyinatı əsasında rəhbər olurlar. Digər tərəfdən, bu gün Ermənistanın düşdüyü durum, işğalçı ölkədə dövlət rəhbərliyinin öz xalqına qarşı apardığı terror siyasəti “demokratiya” adlandırılırsa, radikal müxalifətin arzuları və məqsədləri bəlli olur. Ölkəmizdə olan demokratik dövlətçiliyə qarşı anti-azərbaycançı dairələrin sifarişi ilə zidd mövqedə duran bu kəsimin təmsilçiləri belə açıqlamaları ilə düşmənlərin yanında dayandıqlarını növbəti dəfə isbat etmiş olurlar.
Mehman Əliyev iddia edir ki, guya Ermənistanda insan hüquqları qorunur. Amma, deyəsən, elə təriflədiyi Sarkisyanın hakimiyyəti qəsb etdiyi zaman xalqına qarşı silah işlətməsi M.Əliyevin korşalmış yaddaşından çıxıb. Radikal müxalifət düşərgəsinin təmsilçiləri öz yalanlarının içində əriyirlər. Ölkəmizdə məhz radikal müxalifətin nəzarətində olan KİV-lərin azad şəkildə fəaliyyət göstərməsinin, bu kəsimin azad şəkildə etiraz aksiyaları keçirməsinin özü Azərbaycandakı demokratik ab-havanın göstəricisidir.
Gültəkin Hacıyeva ermənipərəstlərin sifarişi ilə Dağlıq Qarabağ münaqişəsini siyasi alver predmetinə çevirməyə çalışır
Qondarma “Milli şura”nın başqa bir üzvü Gültəkin Hacıyeva da “həmkarı” Mehman Əliyevdən dala qalmaq istəməyib. Belə ki, o, AŞPA-da Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı keçirilən səsvermənin nəticələrini özüsayağı “şərh” edib. Daha doğrusu, Azərbaycan nümayəndə heyətinin mövqeyini “bəyənməyən” G.Hacıyeva özünün “diplomatik dühasını” nümayiş etdirib.
Amma həqiqəti danan, Azərbaycanın hər zaman bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllini əsas götürən mövqeyini “unudan” G.Hacıyeva mənsub olduğu qondarma “şura”nın maraqları üçün “çarpışdığını” aşkar şəkildə büruzə verir. G.Hacıyeva da öz “şuradaşları” kimi Dağlıq Qarabağ kartını siyasi alver predmetinə çevirməyə çalışır. Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı aşkar üstünlüyə malik olduğu zamanda qondarma “şura” üzvünün dövlətimizi “ikili standartda” ittiham etməyə çalışması “anlaşılandır”. Görünür, Azərbaycan dövlətinin apardığı müstəqil xarici siyasətin uğurlarını həzm edə bilməyən antimilli dairələr bu dəfə “şura”nın danışan “dillərinə” məhz bu yöndə hücumlar etməyi tapşırıb.
Amma hər bir halda onların uğursuzluqları göz önündədir. Yəni, antimilli dairələrin maşasına çevrilən “şura”çıların bu açıqlamaları onların əsl simasını, kimlərə xidmət göstərdiyini növbəti dəfə cəmiyyətə nümayiş etdirir.
Daha dəqiq desək, Azərbaycandakı demokratik şəraitə, ölkənin inkişafına kölgə salmaq üçün hər yola baş vuranların bu dəfə də “demokratiya” məfhumundan, Dağlıq Qarabağ kartından istifadə etmələri onların yenidən çirkin niyyətlərini həyata keçirmək üçün fürsət axtarmalarından xəbər verir. Özlərinə “demokrat” adını qoymuş həmin kəslər üçün demokratiya anlayışı Azərbaycanın uğurlarını pisləyib xalqına, dövlətinə düşmən olan kəslərlə bir masa arxasında oturmaq, satqınçılıqla məşğul olanları müdafiə etməkdir. Bu, bir daha Azərbaycanın radikal müxalifətinin siyasi müxalif olmaq fikrindən və gücündən çox uzaq olduğunu deməyə əsas verir. Onların mübarizəsi sivil siyasi çərçivədə deyil. Hədəfləri isə bəllidir: yalnız dövlət və millət maraqlarına qarşı çıxmaq, dövlətin imicinə zərbə vurmaq. Budur, Azərbaycanın radikal müxalifətinin əsl üzü. Göründüyü kimi, onlar Azərbaycan dövlətinin nailiyyətlərinə kölgə salmaq üçün ermənilərlə də dost olur, onlarla eyni zindana çəkic vururlar.

Paylaş:
Baxılıb: 1136 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30