Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət düşərgəsi xarici təşkilatların sifarişi ilə ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışır

Radikal müxalifət düşərgəsi xarici təşkilatların sifarişi ilə ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışır

18.04.2014 [10:17]

Pərviz Sadayoğlu

“QHT” adı altında gizlənən antimilli qurumlar Azərbaycan dövlətinin maraqlarını satmaqla məşğuldur
Məlum olduğu kimi, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda yeni inkişaf mərhələsinin əsasını qoydu. Hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində görülən işlər, atılan addımlar qısa zaman kəsiyində Azərbaycanda bütün sahələrin paralel inkişafına, o cümlədən, siyasi sabitliyin bərqərar olmasına şərait yaratdı, Azərbaycanın beynəlxalq aləmdə mühüm aktorlardan birinə çevrilməsində böyük rol oynadı.
Azərbaycanın əldə etdiyi bu uğurlar isə dostları sevindirdiyi qədər anti-azərbaycançı mərkəzlərin böyük narahatlığına səbəb olur. Bunun nəticəsidir ki, Azərbaycanda öz maraqlarını təmin edə bilməyən həmin ermənipərəst dairələr min bir yolla dövlətimizdə hökm sürən sabitliyə xələl gətirməyə çalışırlar. Bu mərkəzlərin əsas istinad nöqtələri isə radikal müxalifət düşərgəsidir. Xarici pul mənbələrinin əlində alətə çevrilən radikal müxalifət dairələri dəfələrlə onların təhrikləri ilə ölkəmizdəki daxili sabitliyin pozulmasına yönəlik addımları ilə seçiliblər. Hətta bir sıra partiyaların nümayəndələri düşmən erməni xüsusi xidmət orqanlarının işçiləri ilə sövdələşməyə belə girməyi özlərinə rəva biliblər. Əlbəttə ki, belələri aşkarlanaraq Azərbaycanın müvafiq qanunları ilə cəzalandırılıblar. Yəni, bu insanlar üçün pulun kimdən və hansı səbəbə alınacağının fərqi yoxdur; istər dövləti, istərsə də milləti satmaq onlar üçün problem deyil...
Bir müddət öncə “virtualaz.org” saytında Eynulla Fətullayevin “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...” adlı araşdırma-məqaləsində radikal müxalifətin anti-azərbaycançı dairələrdən aldığı pullardan bəhs açılır. Məqalədə göstərilir ki, dövlətlərin daxilində xaos yaratmaqla məşğul olan bir sıra xarici fondlar Azərbaycanın radikal müxalifət düşərgəsində məskən salan siyasi partiyaların və QHT pərdəsi altında gizlənən bəzi “qurumların” əsas maliyyə mənbəyinə çevriliblər. Xarici ölkələrdə ara qarışdırmaqla məşğul olan həmin fondlar verdikləri pulun müqabilində isə ölkəmizdə hökm sürən demokratik inkişafa, siyasi sabitliyə zərbə vurmaq arzusunda olublar. Təbii ki, hər zaman xəyanəti və satqınlığı özünün həyat amalına çevirən radikal müxalifət düşərgəsi isə maddi təminat qarşılığında həmin dairələrin “sifarişlərini” yerinə yetirmək üçün bütün “gücünü” ortaya qoyub.
Məqalədə vurğulanır ki, bir sıra xarici ölkələrdə daxili sabitliyin pozulmasına yönələn “layihələrə” pul ayıran fondlar radikal müxalifət düşərgəsində təmsil olunan partiyalara və QHT-lərə milyonlarla dollar pul veriblər. 2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb: “Yəni, müxalifətə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Qərbin yüzlərlə fondu tərəfindən ayrılan qrantları da bunun üstünə gəlsək, hansı şişman məbləğin yarandığını təsəvvür edirsinizmi?!”
Bildirilir ki, postsovet ölkələri inqilablarının əsas pul mənbəyi-Soros Fondu göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə, 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləyib: “Soros Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğludur. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alır: iqtisadçı-ekspertlər Azər Mehtiyev və “cəbhəçi” Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s”.
Böyük Britaniyanın “Oxfam” təşkilatı da radikal müxalifət düşərgəsinin əsas pul mənbəyi kimi çıxış edib. Belə ki, əsl fəaliyyət istiqaməti və o cümlədən, adı Aclıq Çəkənlərə Yardım Komitəsi olan “Oxfam”ın da səxavətlə pul verdiyi “sevimliləri” arasında Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. Müxalifətçi Zöhrab İsmayıl da “Oxfam” favoritlərindəndir. Z.İsmayıl “cəbhəçi” Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə “Oxfam”dan 47 min 760 avro məbləğində 3 qrant, “Müsavat”çı Q.İbadoğlu isə 534 min 254 avro məbləğində 17 qrant alıb. Düz yarım milyon!”
“Oxfam”ın Azərbaycan nümayəndəliyinin əməkdaşları Rauf Əliyev, Elşad Fərzəliyev və Vaqif İsmayılov “Aran” Regional Humanitar İnkişaf İctimai Birliyi təsis ediblər. “Oxfam”ın nümayəndəliyinin əməkdaşları tərəfindən yaradılmış bu ictimai birlik elə “Oxfam”ın öz nümayəndəliyindən (!) 1 milyon avro, 43911 dollar və 39698 funt-sterlinq məbləğində 32 qrant alıb.
Radikal müxalifətin əsas sifarişçilərindən biri də faktiki olaraq Avropa İttifaqının hökumət fondu olan EED-dir (European Endowment for Democracy). Ekstremist ruhlu KİV olan “Meydan” TV məhz EED tərəfindən maliyyələşir. EED ekstremist “Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib. Bundan başqa, adıçəkilən təşkilat AXCP sədri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürüb ki, qəzet məhkəmə cərimələri ilə bağlı yaranan borcunu ödəyə bilsin. Aİ-nin fondu bununla da kifayətlənmir. EED 2014-cü ildə “Azərbaycan gəncliyinin sosial fəallığının artırılması treyninqləri”nə 13 min manat ayırır. Açıq-aşkar müxalifətçi mövqeyində dayanan bir təşkilat “Gənclərin vətəndaş fəallığının gücləndirilməsi” adlı layihəyə görə EED-dən 50 min avro alıb. Dövlət Neft Şirkətinin əsas tənqidçisi Mirvari Qəhrəmanlı da bu təşkilatdan 50 minə yaxın pul alıb.
Təbii ki, həmin “milyonları” verən dairələrin bu pulların qarşılığında yalnız “demokratiya” tələb etmədiyini həm radikal müxalifət, həm də onların mətbu ruporları bilir. Onlar da bunu ən azından sükutla, içlərində təsdiqləyə bilərlər ki, bu pulları verənlər havayı yerə qəpiyindən keçən deyillər. Onlar radikal müxalifətdən həmin pulların qarşılığında öz maraqlarının bu ölkədə təminatını tələb edirlər. Həmin xarici qüvvələrin maraqlarının və mənafelərinin təminatı isə dolayısı ilə xalqımızın maraqlarının tapdanması deməkdir. Göründüyü kimi, müxalifət öz maddi marağına görə xalqının və dövlətinin marağını bu cür alver predmetinə çevirib.

Paylaş:
Baxılıb: 1106 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30