Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Bir almanın iki üzü: radikal müxalifət və Yunusovlar ailəsi

Bir almanın iki üzü: radikal müxalifət və Yunusovlar ailəsi

10.06.2014 [09:01]

Mübariz Abdullayev

Ermənipərəst Leyla Yunusovanın və onun həyat yoldaşı Arif Yunusovun müdafiəsinə qalxan radikal müxalifət düşərgəsinin təmsilçiləri bu hərəkətləri ilə xaricdəki antimilli dairələrə “biz eyni klubun üzvləriyik” mesajını verirlər
Azərbaycanın milli maraqlarına qarşı çıxmaq, ölkədəki ictimai fikri nəzərə almamaq, məqsədli şəkildə düşmən dəyirmanına su tökmək radikal müxalifət düşərgəsinin təmsilçilərinin, o cümlədən də, özlərini bu düşərgənin əsas siması sayan AXCP-nin və “Müsavat”ın “fəaliyyət”indən qırmızı xətlə keçir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Radikallar sinələrini Sülh və Demokratiya İnstitutunun rəhbəri ermənipərəst Leyla Yunusovanın və onun həyat yoldaşı Arif Yunusovun “müdafiəsi” məqsədilə qabağa verməklə öz ənənələrinə sadiq qaldıqlarını bir daha nümayiş etdirirlər. Bəli, sözügedən cütlük bu günlərdə radikalların nəzarətində olan mətbuat orqanlarının bir növ ulduzuna çevrilib. Radikallar ailə cütlüyünün ətrafında, necə deyərlər, “müdafiə çəpəri” qurublar. Ayrı-ayrı yazılarda gah Leyla Yunusova vətəndaş cəmiyyətinin fəal təmsilçisi kimi təqdim olunur, gah da onun özünün və həyat yoldaşının təqiblərə məruz qalan “yazıq” obrazı canlandırılır...
Bəs, əsl həqiqətdə Leyla və Arif Yunusovlar kimdir?
Xatırladaq ki, radikalların dəsmal götürüb halına ağladıqları Leyla Yunusova və onun həyat yoldaşı Arif Yunusov elə də yaxud “köməyə möhtac qalanın birisi” deyillər. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova və onun ailə çevrəsi daim düşmən tərəfin təbliğat maşınının tezisləri ilə üst-üstə düşən fikirlər səsləndirməklə Azərbaycan cəmiyyətində “ermənipərəst” imicini təsadüfən qazanmadıqlarını hər addımda təsdiqləyirlər. Ailənin ermənilərə “ayı xidməti” göstərməsinə dair çoxlu faktlar sadalamaq mümkündür. Bu barədə bir qədər sonra söhbət açacağıq.
Əvvəlcə Yunusovlar ailəsinin milli kimliyinə, genetik bağlılığına nəzər salaq. Bu gün özünü “hüquq müdafiəçisi”, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi kimi qələmə verən Leyla Yunusova erməni ailəsinin gəlinidir. Onun həyat yoldaşı Arif Yunusov Arşalyus Barseqyan adlı erməninin övladıdır. Təbii ki, Yunusovlar ailəsinin çoxlu sayda erməni qohumları var. Onlar tez-tez Ermənistanda, Dağlıq Qarabağda, eləcə də, Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan qohumları ilə təmaslar yaradırlar, görüşürlər.
Beləliklə, Yunusovlar ailəsinin ermənilərə olan böyük sevgisinin motivləri bəlli olur. Nə qədər qəribə görünsə də, ermənilərlə sıx genetik bağlılığı olan Yunusovlar ailəsinin təmsilçiləri ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-”Müsavat” iqtidarı dövründə hakimiyyət nərdivanının yuxarı pillələrinə dırmaşmağa müvəffəq olmuşdular. Leyla Yunusova Müdafiə Nazirliyinin analitik-informasiya xidmətinə rəhbərlik edirdi. Onun əri Arif Yunusov eyni yüksək statusu Prezident Aparatında daşıyırdı. Qaynı Ramiz Yunusov isə Nazirlər Kabinetində vəzifə tuturdu.
Yunusovlar ailəsi həmişə erməni milli kimliklərinin diqtəsi ilə hərəkət ediblər
Ermənistanın ölkəmizə qarşı elan olunmamış müharibə apardığı bir vaxtda Azərbaycanda yüksək strateji postlara irəli çəkilən Yunusovlar ailəsinin təmsilçiləri ictimai-sosial statuslarından asılı olmayaraq daxillərində, görünür, onların bütün varlıqlarına hakim kəsilən erməni ruhunun təbəəsi olduqlarını hər addımda təsdiqləməyə çalışıblar. Bir baxın, erməni ailəsinin çörəyini yeyən Leyla Yunusova təmsil etdiyi işğala məruz qalan ölkənin mənafeyini unudaraq Azərbaycanın münaqişə bölgəsində ermənilərə qarşı təmizləmə əməliyyatı apardığı barədə bütün dünyaya car çəkirdi. Arif və Ramiz Yunusovlar əmdikləri erməni südünün “halallığını” üçüncü bir ölkənin ərazisində görüşdükləri erməni məmurlarına müəyyən məlumatlar ötürməklə verməyə çalışırdılar.
1994-cü ildən etibarən Leyla Yunusova və ailənin digər üzvləri tutduqları vəzifələrdən kənarlaşdırıldılar. Bundan sonra Leyla Yunusova ənənəvi ermənilərə xidmət missiyasını vətəndaş cəmiyyətinin təmsilçisi qismində davam etdirdi. Hazırda onun rəhbərliyi altında fəaliyyət göstərən Sülh və Demokratiya İnstitutu beynəlxalq erməni lobbi şəbəkəsini, ayrı-ayrı ölkələrin məxfi xidmət təşkilatlarını Azərbaycan haqqında reallıqdan uzaq “hesabatlarla” təchiz edən əsas mərkəzə çevrilib. Xalqımızın, Vətənimizin bədxahları ölkədəki demokratik mühitdən sui-istifadə edərək vaxtaşırı L.Yunusovanın ofisində toplaşır və Azərbaycana qarşı yeni fəaliyyət planları qururlar. Leyla Yunusovanın rəhbərliyi altında fəaliyyət göstərən Sülh və Demokratiya İnstitutu Ermənistanın terrorçuluq və işğalçılıq siyasətini müdafiə edən David Şahnazaryanın, Laura Baqdasaryanın, Janna Krikorovanın və digər belələrinin partnyoruna çevrilib. Leyla Yunusovanın Ermənistandakı “Region” araşdırmalar mərkəzi ilə Azərbaycan həqiqətlərini təhrif etməyə yönələn “əməkdaşlığını” yada salaq. Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi zamanı qonaqların gediş-gəlişinin gur olduğu məkanlarda vay-şivən qoparması da onun qəlbindəki erməni ruhunun təzahürü idi.
Asta qaçan namərddir
Təbii ki, Azərbaycana nankorluq edən Leyla Yunusova daxilində bir qorxu hissi gəzdirirdi. Zaman-zaman qol qoyduğu çirkin əməllər onun kürkünə birə salmışdı. Nəhayət, jurnalist Rauf Mirqədirovun ermənilərin xeyrinə cəsusluq fəaliyyəti göstərməkdə şübhəli şəxs qismində saxlanılması Yunusovlar ailəsi ətrafında həlqəni əməlli-başlı daraltdı. Təsdiqləndi ki, R.Mirqədirovun ermənilərlə əlaqələr qurmasında məhz Leyla Yunusova şəxsən rol oynayıb. Bundan sonra Sülh və Demokratiya İnstitutunun rəhbəri dabanına tüpürüb ölkədən getməyə qərar verdi. Lakin havadarları Leyla və Arif Yunusovlara xarici ölkədə yaşamalarına hüquq verən 5 illik viza rəsmiləşdirməyə nail olsalar da, onların ölkədən çıxarılma planının qarşısı alındı. Bu zaman həm də məlum oldu ki, Bakıda ermənilərə “milli borc”larını verən Yunusovlar ailəsi bunun müqabilində həm də yaxşıca qazanc götürüblər, özlərinə gün-güzaran düzəldiblər.
Taylı tayını tapar
Bütün bunlardan sonra radikal düşərgə təmsilçilərinin nədən Yunusovlar ailəsinin başı üstünə çətir tutduqları bəlli olur. Ermənipərəstlikləri ilə ad çıxaran Yunusovlar ailəsinin müdafiəsinə qalxan radikallar bununla məlum antimilli mərkəzlərə “biz eyni klubun üzvləyirik” mesajını göndərmək istəyirlər. Necə deyərlər, taylı tayını tapar...

Paylaş:
Baxılıb: 1090 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30