Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal düşərgədə yenidən “nüfuz savaşı” başlayıb

Radikal düşərgədə yenidən “nüfuz savaşı” başlayıb

20.06.2014 [09:12]

Pərviz Sadayoğlu

İsa Qəmbər Əli Kərimlini küncə sıxmaq üçün “cırtdan partiyalar”ı başına toplayır
2013-cü ilin oktyabrında keçirilən prezident seçkiləri ərəfəsində xarici anti-azərbaycançı dairələrin sifarişi, həmçinin, Müsavat Partiyasının və AXCP-nin iştirakı ilə yaradılan qondarma “Milli şura” rəsmən fiaskoya uğradı. Daha dəqiq desək, qondarma “şura”nın təsisçilərindən biri olan Müsavat Partiyası satqınlar klubundan istefa verib ayrıldı. “Şura”nın bir başqa təsisçisi “El” hərəkatının da oradan ayrılması artıq bu qondarma qurumun da özündən əvvəlki müxalifət “birlik”lərinin taleyini yaşayacağından xəbər verirdi. Düzdür, “şura”da bütünlüklə hegemoniyanı ələ alan AXCP guya qondarma qurumun fəaliyyət göstərdiyini sübut etməyə çalışsa da, buna nail ola bilmir. Digər tərəfdən, bu partiyanın özündə də qondarma qurumla bağlı birmənalı fikrin olmaması, keçirilən iclaslara üzvlərin qatılmaması “Milli şura” adlanan buqələmun “birliyin” sona çatdığını göstərən arqumentlərdəndir.
Müsavat Partiyasının “Milli şura”dan ayrılmasının ardından isə AXCP ilə bu partiya arasında gedən “soyuq müharibə” daha da şiddətlənib. Artıq hər iki partiyanın rəhbərliyi və sıravi üzvləri bir-biriləri ilə bütün körpüləri “yandırıblar”. İstər sosial şəbəkələrdə, istərsə də dövri mətbuatda qarşılıqlı olaraq təhqiramiz fikirlərə yer verən radikal düşərgə təmsilçiləri qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı yenidən “birlik” arzusundadırlar. Görünən budur ki, budəfəki “birlik” planlarında AXCP ilə Müsavat Partiyası eyni tərəfdə səf tutmayacaqlar. Belə ki, iyunun 13-də Müsavat Partiyasının qərargahında radikal düşərgənin bəzi partiyalarının rəhbərlərinin gizli görüşünə AXCP təmsilçiləri çağırılmayıb. Xatırladaq ki, gizli şəkildə keçirilən bu toplantıda radikal düşərgənin adı olub özü olmayan, bir sədrindən, bir də qovluğundan ibarət olan “cırtdan” partiyalar yığışıb. 3 saat davam edən görüşdə “Müsavat”ın kreslosunu təhvil verməyə hazırlaşan başqanı İsa Qəmbər, o cümlədən, bu kreslonu təhvil almağa çox həvəsli partiya funksioneri Arif Hacılı, AXP sədri Pənah Hüseyn, İsgəndər Həmidov, “El” hərəkatının sədri Eldar Namazov iştirak ediblər. AXCP təmsilçilərinin bu toplantıda iştirak etməməsinə gəlincə, artıq özünü “Müsavat”ın başçısı kimi aparan Arif Hacılı mətbuata açıqlamasında bildirib ki, “birlik” planları ilə bağlı müxtəlif təşkilatların nümayəndələri ilə əlaqələr olsa da, AXCP nümayəndələri ilə hər hansı birliyin yaradılması haqda müzakirələr aparılmır. Bu isə o deməkdir ki, iki partiya arasında illərdir davam edən “pünhan düşmənçilik” artıq açıq-aşkar fazaya keçib.
Bu da kimsəyə sirr deyil ki, radikal müxalifət düşərgəsi bir sıra maraqlı xarici dairələr tərəfindən maliyyələşdirilir. Qarşılığında isə lazımi məqamlarda Azərbaycanın milli maraqlarının əksinə hərəkət edilməsi ilə bağlı təlimatlar alan radikallar bu dəfə də aldıqları pulların əvəzində lazımi effektivliyi verən addımlar ata bilmədilər. “Milli şura”nın siyasətdənkənar sədri Cəmil Həsənovun “Qərb turnesi”, orada erməni lobbisinə yaxın şəxslərlə görüşləri belə, nəticəyə hansısa müsbət təsiri göstərə bilmədi. Çünki prezident seçkiləri dövründə radikal düşərgənin adını “birləşmiş müxalifət” qoyduqları yalançı “birlik”lərinin hansı “gücə” malik olması xarici dairələrə də məlum idi. Bu baxımdan, həmin xarici dairələrə bir sıra “ümid”lər verən, bu qurumun hansısa bir aktivlik nümayiş etdirəcəyinə, “genişmiqyaslı” aksiyalar keçirəcəyinə, ölkədə qarşıdurmalar yaradacağına söz verən radikallar bunun heç birinə nail ola bilmədilər.
Məhz bu maliyyəni əldən çıxarmamaq üçün hazırda AXCP-nin də bir sıra partiyalarla danışıqlar aparmaq fikrində olduğu haqda informasiyalar yayılıb. Bu fikir mübadilələri isə mümkün qədər “keçmiş müttəfiq partiyasından” gizli saxlanılır.
Göründüyü kimi, dünənə qədər guya “Milli şura”da birləşdiklərini iddia edən, cəmiyyətin gözünə kül üfürmək istəyən müxalifət rəhbərləri bu gün, sadəcə, yaşam savaşı aparırlar.

Paylaş:
Baxılıb: 1055 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30