Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat”da başqanlıq mübarizəsi daha da qızışır

“Müsavat”da başqanlıq mübarizəsi daha da qızışır

02.07.2014 [09:50]

Mübariz Abdullayev

Artıq partiyada bütün varlıqları ilə qurultayın keçirilməsini, bununla da İsa Qəmbərin başqanlıqdan getməsini arzulayanlarla mövcud “status-kvo”nun dəyişməsini istəməyənlər arasında savaş açıq müstəviyə keçib
Radikal düşərgədə özünü mahiyyəti bəlli olmayan “ana müxalifət”çiliyə əsas iddialılardan biri kimi aparan “Müsavat”da artıq illərdir ki, acı bağırsaq kimi uzanan qurultay məsələsi partiya daxilində ciddi çatlar yaradıb. “Müsavat”çıların zahirən özlərini təmkinli göstərmələrinə, partiyada guya hər şeyin qaydasında olduğunu demələrinə baxmayaraq, funksionerlərin indidən İsa Qəmbərdən sonrakı dönəmin tədarükünü görməyə başladıqları ortadadır. Əgər bir vaxtlar “Müsavat”ın iddialı funksionerləri səbr kasalarını basaraq partiyanın “ailə söhbətlərini” faş etməkdən hər necə də olsa çəkinirdilərsə, vaxt uzandıqca onlar da “ədəb-ərkan gözləmək bizə qalmayıb” mövqeyindən çıxış edirlər. Artıq partiyada bütün varlıqları ilə qurultayın keçirilməsini və deməli, İsa Qəmbərin başqanlıqdan getməsini arzulayanlar, bu statusa yalnız öz personalarını yaraşdıranlarla mövcud “status-kvo”nun dəyişməsini istəməyənlər və öz istəklərini “İsa Qəmbərdən yoxdur” deməklə əsaslandıranlar arasında savaşın açıq müstəviyə keçdiyini söyləmək mümkündür.
Partiya məclisinin iyunun 28-də növbəti 8-ci qurultayın sentyabrın 27-də keçirilməsi ilə bağlı qərar çıxarması isə, necə deyərlər, yanan odun üstünə yağ töküb. Məclisin son qərarı “Müsavat”da dəyişikliklər istəyənlərə, daha doğrusu, İsa Qəmbəri itələyib onun yerinə keçməklə bağlı illərdir ki, xəyallar və gizli planlar quranlara yeni qanad verib, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Məlumdur ki, “Müsavat”da çoxlu sayda funksioner var ki, onlardan hər biri özünü baş “Müsavat”çı qismində görür. Başqanın müşaviri Səxavət Əlisoy, divan üzvü Qubad İbadoğlu, “gənc qvardiya”nın təmsilçisi Tural Abbaslı və digərləri bu qəbildəndir. “Müsavat”ın digər bir funksioneri-mərkəzi icra aparatının rəhbəri Arif Hacılı isə özünü başqanlığa “hamıdan daha çox haqqı çatan birisi” kimi aparır. Əslində, partiyadan sızdırılan məlumatlarda vurğulandığı kimi, İsa Qəmbərin yerinə keçmək istəyi A.Hacılının təzə sevdası deyil. Diqqət yetirək, A.Hacılı mətbuata verdiyi açıqlamalarda partiyanın qurultayının yubanmasına görə narahatçılığını hamıdan çox dilə gətirir. Mərkəzi icra aparatının rəhbəri başqan İsa Qəmbərin manevr imkanlarının məhdudluğunun “qayğısına” qalaraq dəfələrlə vurğulayıb ki, buna səbəb sonuncunun partiya rəhbərliyində qalmasıdır. Özəl məqsədlərə hesablanan bu kimi təbliğatla yanaşı, A.Hacılı həm də partiyanın rayon şöbələrində öz dayaqlarını möhkəmlətmək istiqamətində iş aparıb. İş o yerə çatıb ki, mərkəzi icra aparatının rəhbərinin səlahiyyətlərindən sui-istifadə edərək başqanlıq iddialarında əndazəni aşması partiyanın digər funksionerlərində etirazlar doğurub. Məsələn, başqanın müşaviri Səxavət Əlisoy A.Hacılının özünü “əlahiddə namizəd” kimi aparmasından şikayətlənib.
Çiyindaşlarının təpkiləri qarşısında bir qədər geri çəkilən kimi görünən A.Hacılı partiya məclisinin yuxarıda xatırlatdığımız 28 iyun qərarından sonra özünün “qurultay təbliğatını” yenidən intensivləşdirib. Siyasi müşahidəçilər A.Hacılının radikalların nəzarətində olan KİV-ə verdiyi son müsahibəsində “Bu bizim son qərarımızdır. Çalışacayıq ki, nəyin bahasına olursa-olsun öz qurultayımızı keçirək”, “İsa Qəmbər “Müsavat” başqanlığına namizədliyini verməyəcək” kimi fikirləri xüsusi vurğulamasını onun başqanlığa gedən yolundan maneələri təmizləmək cəhdləri kimi dəyərləndirirlər. A.Hacılı yuxarıda xatırlatdığımız müsahibəsində İ.Qəmbər ətrafında halqanı bir qədər də daraldaraq vurğuylayıb: “Partiya strukturlarındakı dəyişikliklər, istər yeni partiya başqanının seçilməsi, istər partiya strukturlarına yeni şəxslərin seçilməsi, məclisin yeni tərkibinin müəyyənləşməsi və s. təbii ki, partiyaya yeni bir ab-hava gətirəcək. Bu əhval-ruhiyyənin müsbət olacağına heç bir şübhəm yoxdur”.
A.Hacılının özünə sərf edən açıqlamalarına rəğmən, “Müsavat”dakı İsa Qəmbər tərəfdarları da “öldü var, döndü yoxdur” mövqeyi nümayiş etdirirlər. Partiyadan sızdırılan məlumatlarda bildirilir ki, “Müsavat” məclisinin bir çox üzvləri təşkilati məsələnin həll olunacağı 8-ci qurultayın keçirilməsinə etirazlarını bildiriblər. Belələrindən biri-məclis üzvü Məmməd Zeynalov mətbuata açıqlamasında başqan seçimi olacağı üçün qurultayın əleyhinə çıxdığını açıq mətnlə dilə gətirib: “Qurultayın gündəliyində başqan seçimi durduğundan onun keçirilməsinin əleyhinəyəm. Hazırda başqan İsa Qəmbərin yerinə layiqli namizəd görmürəm. Başqan seçiminin ən azı 2015-ci ildə keçiriləcək parlament seçkisindən sonraya qalmasını istəyirəm... Mənim kimi düşünənlər çoxdur”.
Göründüyü kimi, “Müsavat”da qurultay məsələsi ikitirəlik yaradıb. Bu isə qurultayın sentyabrın 27-də baş tutacağı təqdirdə partiyanın parçalanmasının qaçılmaz olacağından xəbər verir.

Paylaş:
Baxılıb: 1128 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30