Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qarşıdan gələn qurultay Müsavat Partiyasının sonuncu qurultayı ola bilər

Qarşıdan gələn qurultay Müsavat Partiyasının sonuncu qurultayı ola bilər

14.08.2014 [09:29]

Pərviz Sadayoğlu

Sədrlik uğrunda savaşa qalxan partiyadaxili qruplaşmalar heç bir halda razılığa gəlmək niyyətində deyillər
Müsavat Partiyasında uzun müddətdir ki, davam edən sədrlik qovğası kuliminasiya nöqtəsinə çatmaqdadır. Artıq partiyada açıq qarşıdurmanın yaranması, hətta qurultaya qədərki dövrdə “Müsavat”ın parçalanmasının reallaşa biləcəyini göstərir. İsa Qəmbərin öz kürsününü əldən vermək istəməməsi, partiya daxilindəki qrupların isə bu məsələdə dirəniş göstərərək onu sədrlikdən uzaqlaşdırmaq istəyi “Müsavat”da əməlli-başlı qalmaqal yaradıb. Sirr deyil ki, bu partiyanın daxilində olan qruplaşmalar birmənalı şəkildə bir-birlərini qəbul etmirlər. Son baş verənlər, ard-arda istefalar isə bir daha təsdiq edir ki, partiya qüvvələr balansının dəyişməsi nəticəsində parçalanmanın bir addımlığındadır. Və bunu hiss edən bəzi funksionerlər batan gəmini indidən tərk edirlər.
Digər tərəfdən, yenidən sədr seçilməsi üçün min bir oyundan çıxsa da buna nail ola bilməyən, partiyadaxili qruplaşmaların təzyiqi ilə üzləşən və hər dəfə qurultayı “təxirə salan” İsa Qəmbər proseslərə tam nəzarət edə bilmədiyini etiraf etməkdədir. Belə ki, partiyadaxili müzakirələrin mətbuat səhifələrinə çıxmasına “şərait” yaradan “Müsavat” funksionerləri bununla da İ.Qəmbəri sıxışdıraraq onun yenidən öz namizədliyi “ətrafında” düşünməsinə imkan vermək istəmirlər.
Onu da qeyd edək ki, istər qurultay, istərsə də sədr seçimi məsələsi ilə illərdir spekulyasiya edən İ.Qəmbərin limiti tükənib və artıq onun postuna iddialı şəxslər açıq şəkildə öz fikirlərini səsləndirirlər. Digər tərəfdən, bu posta aşkar şəkildə iddia edən partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı ona rəqib ola biləcək namizədləri “sıradan çıxarmaq” üçün müəyyən addımlar da atmaqdadır. Amma istər “Müsavat” daxilindən, istərsə də partiyadan getmiş bir sıra keçmiş üzvlər tərəfindən anti-Hacılı kampaniyası günü-gündən güclənməkdədir. Məsələn, Müsavat Partiyasını 2005-ci ildə tərk edən sabiq Divan üzvü Əhməd Əsgər bildirib ki, bu partiyada qalmaq mümkün deyil. Onun sözlərinə görə, İ.Qəmbərin öz müşavirini partiyadan qovması qurultayqabağı partiyadaxili gərginliyin əlamətləridir: “Gözlənilən odur ki, partiyanın yeni başqanı Arif Hacılı olacaq. Hesab edirəm ki, o, “Müsavat”ı idarə edə bilməyəcək. Artıq buna etiraz olaraq partiyada qopmaları müşahidə edirik və o, başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq”.
Göründüyü kimi, sözügedən partiyada proseslər gözlənilən axarda inkişaf edir. Belə ki, günü-gündən qızışan regionçuluq savaşı, kreslo mübarizəsi “Müsavat”ın sonunu yaxınlaşdırıb. Bu partiyada təmsil olunan bir sıra şəxslərin şəxsi maraqlar baxımından kimsəyə güzəştə getməməsi, o cümlədən, bəzi qrupların bir-birinə açıq meydan oxuması, hətta sosial şəbəkələrdə təhqirlərə yol verilməsi bir daha göstərir ki, hansısa mərhələdə gözlənilən konsensusa gəlmək arzusu qeyri-realdır.
Bununla yanaşı, partiyanın parçalanmasının qarşısını almaq üçün qurultayın sentyabr ayından o tərəfə gecikdirilməsinin mümkünsüzlüyünü də dərk edən İ.Qəmbər artıq öz kürsüsünü tərk etməmək üçün yeni manevrlərə əl atmaq niyyətindədir. Belə ki, o, min bir yolla qurultayın keçirilməsini əngəlləmək istəyir. Bunu, guya “siyasi situasiya” ilə əlaqələndirməyə çalışan İ.Qəmbər, əslində qurultayın baş tutacağı təqdirdə nələrin itiriləcəyini gözəl bilir.
Birincisi, partiyada hansı tərəfin qələbə çalmasından asılı olmayaraq digər qruplaşma “Müsavat” sıralarını tərk edəcək. Və bu radikal düşərgədə monopolist iddialar ortaya qoyan Müsavat Partiyasının düşərgədaxili mübarizədə məğlubiyyətini şərtləndirəcək. Həmin məğlubiyyət isə maraqlı xarici qüvvələrin verəcəyi pulların əldən çıxması deməkdir. İ.Qəmbər indiki halda bu maliyyənin əldən çıxmaması üçün hətta kimi desən güdaza verməyə hazırdır. Çünki 2015-ci ildə keçiriləcək parlament seçkiləri qabağı kampaniyada xarici maraqlı qüvvələrin pullarını almaq üçün son şansından istifadə etməyə çalışan İ.Qəmbər əmin deyil ki, sədrlikdən getdikdən sonra onu, hətta deputatlığa namizəd formasında düşərgədən və ya partiyasından dəstəkləyən tapılsın.
Bütün bunlar radikal düşərgənin yalnız şəxsi maraqlara hədəflənən bir yolda olduğunu növbəti dəfə təsdiqləyir. Yəni, Azərbaycanın milli maraqlarını nəzərə almayan, əksinə bu maraqlara zərbə vurmaq üçün növbə gözləyən düşərgə təmsilçiləri yalandan adlarını “demokrat” qoysalar da, bu gün yalnız korporativ maraqlara xidmət göstərirlər. Öz maraqlarının təmini üçün isə bütün növ yalanları danışmağa hazırdırlar. Necə ki, qurultayın yeri və günü ilə bağlı planlı yalanlar danışırlar...

Paylaş:
Baxılıb: 1052 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30