Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Güzgüyə baxıb adını özgəyə qoyan Əli Kərimli...

Güzgüyə baxıb adını özgəyə qoyan Əli Kərimli...

26.08.2014 [09:27]

Pərviz Sadayoğlu

Özünə “lider” saydığı Elçibəyə qarşı xəyanət edən, onun haqqında min bir kompromat yayan AXCP sədri özünüreklamla məşğuldur
Uzun illərdir ki, özünün düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən, hər zaman antidövlət, antimillət mövqeyi ilə yadda qalan radikal düşərgə, sözün əsl mənasında, deqradasiya vəziyyətindədir. Yalnız antidemokratik, spekulyativ fikirləri və layihələri ilə gündəmə gəlməyə çalışan bu kəsim birmənalı şəkildə Azərbaycanın dövlət maraqlarına xəyanət etməklə, xarici anti-azərbaycançı mərkəzlərin təsiri altında öz korporativ maraqlarının müdafiəsi ilə məşğuldur.
Digər tərəfdən, sanki milli-mənəvi dəyərlərə qarşı “savaş” açmış radikal düşərgə anlayır ki, Azərbaycan xalqının bu kəsimə qarşı inamı birmənalı şəkildə itib. Buna görə də dağıdıcılar fərqli spekulyativ yollarla özlərini gözə soxmaq, varlıqlarını sübut etmək üçün nəzarətlərində olan KİV-lərdən “səmərəli” istifadə etməyə çalışırlar. Amma bu kampaniya da onların əsl simalarını açır, cəmiyyətə nümayiş etdirir.
Belə ki, təmsil olunduqları radikal düşərgəni monolit bir düşərgə kimi qələmə verənlər, sadəcə, özləri özlərini ifşa edirlər. O mənada ki, bir neçə gün öncə hətta keçmiş AXCP sədri Əbülfəz Elçibəyin qəbrini ziyarət etməyə birlikdə getməyənlər hansı birlikdən və ya birləşməkdən danışırlar?
Və ya boğazdan yuxarı sözlərə güc verən AXCP-nin hazırkı sədri Əli Kərimlinin davranışına yalnız bir ad vermək olar: Güzgüyə baxıb adını özgəyə qoymaq. Bunun da səbəbi var. Çünki o birmənalı şəkildə Əbülfəz Elçibəyin ayağının altını qazan, ona xəyanət edən, hətta onun haqqında bir sıra radikal düşərgə qəzetlərində təhqiredici materiallar yaydıran şəxs kimi tanınıb. Hətta vaxtilə onunla çiyin-çiyinə eyni partiyada təmsil olunanlar belə, Əli Kərimlinin hər zaman Əbülfəz Elçibəyə qarşı olduğunu söyləyiblər. Belə demək mümkündürsə, Ə.Elçibəyi öz yaratdığı partiyasından didərgin salmaq üçün dəridən-qabıqdan çıxan, onun haqqında kompromatlar yayan Ə.Kərimli və onun başının dəstəsi bu gün Ə.Elçibəyin məzarı başında siyasi dividend əldə etmək arzusundadır. Daha doğrusu, görünən odur ki, radikal düşərgənin bir sıra partiyaları özünü “əsl müxalifət” kimi qələmə vermək üçün “dəridən-qabıqdan” çıxırlar. Təbii ki, Ə.Kərimli də belələrindəndir və öz siyasi məqsədləri üçün bu cür ucuz reklamdan istifadə etməyə çalışır.
Amma bunun mümkün olmadığını Ə.Kərimli hər kəsdən yaxşı bilir. Bir sözlə, hər zaman milli maraqlara zidd, demokratik dəyərlərə və normalara müvafiq olmayan çağırışlar edən, bununla da hakimiyyət hərisliyində olduğunu ortaya qoyan radikal düşərgə təmsilçisi özü-özünü ifşa edir. Radikal müxalifət düşərgəsindən olan bir sıra şəxslər kimi, gələn il keçiriləcək parlament seçkilərində namizəd olmaq, xarici mənbələrdən pul qazanmaq üçün partiyasını, təmsil olunduğu qondarma “Milli şura”nı xarici antimilli dairələrə “mühüm siyasi qurum” kimi təqdim etməyə çalışan Ə.Kərimli özü üçün “siyasi qalxan” düzəltməyə cəhd göstərir. Lakin bir daha vurğulayaq ki, Azərbaycan xalqı Ə.Kərimlinin siyasi kimliyinə bələddir və bu mənada, AXCP sədrinin bu cür spekulyativ oyunları ictimaiyyətdə heç bir effektə nail ola bilmir.
Çünki vaxtilə xalqına, dövlətinə dönük çıxan, “siyasi ustalıqları” sayəsində ölkəni min bir yerə parçalayan Əli Kərimlinin də təmsil olunduğu AXC-”Müsavat” hakimiyyətinin təmsilçiləri son anda uçurumun kənarına gətirdikləri Azərbaycanı başsız qoyub hərəsi bir tərəfə dağılmışdı. Bu faktlar Ə.Kərimlinin, o cümlədən, İsa Qəmbərin siyasi kimliyinin aşkara çıxması üçün kifayət edən faktlardır. Məhz bu siyasi kimlik onların yeni məzmunda, yeni çalarda, hətta “siyasi ziyarət tragikomediyası” ilə gündəmə gəlmək arzusunda olmasının təəccüblü qarşılanmamasına dəlalət edir...
P.S. Belə bir deyim də var ki, çoxları atasının gözünü çıxardı ki, ona “Koroğlu” desinlər, amma “kor kişinin oğlu” dedilər...

Paylaş:
Baxılıb: 1111 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31