Xalqın Yeni Azərbaycan Partiyasına sarsılmaz inamı partiyanın növbəti qələbəsini şərtləndirir
12.08.2024 [16:48]
53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əli Hüseynli yap.org.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:
- Əli müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm ümumxalq Zəfərindən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən parlament seçkilərinin önəmi barədə nə deyə bilərsiniz?
- Demokratik inkişafı səciyyələndirən əsas amillər ölkədə sabitliyin mövcudluğu və qanunun aliliyinin təmin edilməsidir. Azərbaycan sabitlik məkanı kimi beynəlxalq səviyyədə nüfuz qazanıb. Bu uğura əsas verən amil, təbii ki, güclü lider və düşünülmüş siyasətdir. Bu reallığı daha dəqiq ifadə etmək üçün müstəqillik tariximizin ayrı-ayrı mərhələlərini müqayisəli təhlil etmək kifayətdir.
Dövlət müstəqilliyimizin bərpasının ilk illərində iqtidarın yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin olmaması, şəxsi ambisiyalarının quluna çevrilərək dövlət maraqlarını arxa planda saxlaması Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Ölkəmizdə ictimai-siyasi gərginlik kulminasiya nöqtəsində idi. Ölkədə separatizmin baş qaldırması, Azərbaycanın hər an müstəqilliyini itirmək təhlükəsini yaşaması həmin dövrü xarakterizə edən faciələr idi. Təbii ki, istər zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də xalqımız çox yaxşı bilirdi ki, hadisələr belə davam edə bilməz. Ona görə də xalq xilaskarını - Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımların uğurlu nəticələri bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, sivil dəyərlərə malik ölkə olaraq milli kimliyini beynəlxalq aləmə təqdim etdi. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına aid idi.
Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə təqdim etdiyi seçki platformasında Azərbaycanın digər sahələr kimi, demokratik inkişaf istiqamətində də qazandığı uğurlar və onların əsasında gələcək üçün müəyyənləşdirilən hədəflər öz əksini tapıb. Seçki platformasında qeyd edildiyi kimi, ölkəmizdə genişmiqyaslı islahatlar nəticəsində vətəndaşların hüquq və azadlıqları təmin olunub, ictimai münasibətlər demokratik normalar əsasında inkişaf edib, siyasi qüvvələrin sivil qaydalar əsasında sağlam rəqabəti üçün əlverişli zəmin yaradılıb.
Demokratik cəmiyyətin atributlardan biri də ölkədə seçkilərin şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsidir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanın son 20 ildən artıq dövrdə davamlı uğurlarını şərtləndirir. Azərbaycan sabitlik məkanı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı imicə yeni müsbət əlavələr edir. Dövrün çağırışlarına uyğun olaraq seçki qanunvericiliyində təkmilləşmələr hər bir seçki prosesində özünü təsdiqləyir. Cənab İlham Əliyevin “Demokratikləşmə sadəcə bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır” çağırışı bütün dövrlər üçün aktuallığını qorumaqla bərabər, atılan addımların bələdçisinə çevrilib. 2003-cü ilin mayında qəbul edilən Seçki Məcəlləsinə mütəmadi olaraq əlavə və dəyişikliklərin edilməsi, yeni təcrübələrin tətbiqi və s. kimi mühüm addımlar Azərbaycan hakimiyyətinin seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsində maraqlı olduğunu təsdiqləyir.
1 sentyabr - parlament seçkilərinin özəlliyi suverenliyimizin tam bərpası fonunda bütün ölkə ərasini əhatə etməsidir. Hər bir seçki prosesinə qələbə əzmi ilə qatılan YAP bu seçkilərdə də yüksək fəallığı, hazırlığı ilə diqqətdədir. Əminik ki, 1 sentyabr - növbədənkənar parlament seçkiləri də Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazacaq, yeni formalaşan parlament qalib, bütövləşən Azərbaycanın yeni dövrünün hədəflərinin reallaşmasına töhfə verəcək. Xalqın yüksək inam və etimadını qazanan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də qələbə qazanacağı şübhəsizdir.
- Yeni Azərbaycan Partiyasına xalqın inamını və etimadını şərtləndirən amillər hansılardır?
- Ümummilli Lider Heydər Əliyev xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında bu mühüm məqamı xüsusi qeyd etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Ulu Öndərin cavabında bu çağırış da öz əksini tapmışdı ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdə doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.
Bugünkü reallıqlarımız Ulu Öndər Heydər Əliyevin partiyaya inamının təsdiqidir. 32 ilə yaxın dövr YAP-ın Azərbaycanın uğurlarında müstəsna roluna işıq salır. Yarandığı gündən yüksək nüfuz qazanması və xalqın partiyası kimi tanınması YAP-ın ən böyük uğurlarından biridir.
Partiya hər bir dövrün çağırışlarına uyğun olaraq yeniləşmədə, təkmilləşmədə maraqlıdır və bunu atdığı addımları ilə nümayiş etdirir. Azərbaycanın hərərəfli inkişafı, xalqın həyata keçirilən siyasətə dəstəyi, Yeni Azərbaycan Partiyasına inamı ölkədə keçirilən bütün seçkilərdə partiyanın qələbəsini şərtləndirir. Sözlə əməl birliyi, tutduğu yola sadiqlik bu inama böyük əsas verir. Dövlətin, dövlətçiliyin inkişafı YAP-ın əsas prinsiplərindəndir. YAP ənənələri olan partiyadır, zəngin seçki təcrübəsinə malikdir. Bu təcrübə seçkidən-seçkiyə daha da təkmilləşir. Yeni Azərbaycan Partiyası, eyni zamanda, demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir.
Qeyd etdiyim kimi, partiyanın Proqramında, “Yeni dövrə yeni Azərbaycanla” seçki platformasında təsbit olunan prinsiplərdən biri demokratik ənənələrin inkişafıdır. YAP siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. Partiyanın seçki platformasında yer alan hədəflər sırasında demokratik inkişafa xüsusi diqqət yönəldilib. Qeyd edilir ki, YAP bundan sonra da öz imkanlarından və demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə məqsədyönlü fəaliyyətini inamla davam etdirəcək, qarşıda duran milli məqsədləri reallaşdıraraq Azərbaycanın inkişafına layiqli töhfələr verəcək. YAP-ın demokratik inkişaf istiqamətində əsas hədəfləri qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquqlarının, söz, fikir və ifadə azadlığının qorunması, demokratik təsisatların güclənməsinə və vətəndaş cəmiyyətinin inkişafına xidmət edən tədbirlərin davam etdirilməsi, dövlət orqan və qurumlarında, özəl sektorda şəffaflığın daha da artırılması üçün ictimai institutlara dəstəyin gücləndirilməsi, demokratik dəyərlərə zidd olan neqativ hallara qarşı mübarizənin sistemli şəkildə davam etdirilməsi, demokratik inkişaf naminə digər siyasi partiyalarla fəal dialoq və konstruktiv əməkdaşlığın davam və inkişaf etdirilməsidir.
Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşır. Bundan sonra da lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.
- Əli müəllim, seçicilərlə görüşləriniz hansı qənaətləri ifadə etməyinizə əsas verir?
- Azərbaycan vətəndaşları dövlətin həyata keçirdiyi siyasətdən, qazandığımız möhtəşəm uğurlardan və zəfərlərdən, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafına töhfələrindən məmnunluqlarını bildirirlər. Son 20 ildən artıq dövrdə Azərbaycanın əsrə bərabər yol keçdiyi vurğulanır. Azərbaycanı zirvələrə yüksəldən siyasətə xalqımızın dəstəyi şəksizdir.
Partiyanın seçki platformasında da qeyd edildiyi kimi, hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması, tarixi Zəfərimizin beynəlxalq müstəvidə tam və qəti şəkildə təsbit olunması, dövlətimizin hərbi qüdrətinin daha da artırılması, Böyük Qayıdış Proqramının ardıcıl olaraq və zamanında həyata keçirilməsi, regionda dayanıqlı sülhə, etibarlı təhlükəsizliyə, çoxşaxəli əməkdaşlığa nail olunması və digər hədəflər xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün 1 sentyabr - parlament seçkilərində fəal iştirak edək, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək!
Xəbər lenti
Hamısına baxSiyasət
14 Sentyabr 21:15
Siyasət
14 Sentyabr 21:00
Xəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24
Formula 1
13 Sentyabr 18:22
Hadisə
13 Sentyabr 18:15
Sosial
13 Sentyabr 18:11
Elm
13 Sentyabr 18:10
YAP xəbərləri
13 Sentyabr 17:45