Seçkilər YAP-ın zəngin və şərəfli tarixinə növbəti qələbə səhifəsi kimi yazılacaq
13.08.2024 [11:20]
11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Səbinə Xasayeva yap.org.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik:
- Səbinə xanım, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcəkdir. Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır. Bu barədə nə deyə bilərsiniz?
- Müasir müstəqillik tariximizə nəzər saldıqda əminliklə söyləyə bilərik ki, hər bir uğurumuzun təməlində Ümummilli Lider Heydər Əliyevin bugünümüzə və gələcəyimizə hesablanmış, düşünülmüş və məqsədyönlü siyasəti dayanır.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi mövcud idi. Dahi şəxsiyyət Heydər Əliyev qayıdışı ilə Azərbaycanı yenidən qurdu, xalqın sabaha olan ümidlərini bərpa etdi. Bu, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması və beynəlxalq aləmdə layiqli yerini tutması ilə əlamətdardır.
Dövlət başçısı İlham Əliyev İkinci Şuşa Qlobal Media Forumunda diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirdi ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Azərbaycan fərqli yol seçdi. Ölkədə sabitliyi pozmaq səyləri, 2000-ci illərin əvvəllərində rəngli inqilablar cəhdləri olurdu. Azərbaycanın seçimi onun satellit ölkəyə çevrilməsinin qarşısını aldı. Yəni ölkəmiz de-fakto və de-yure müstəqilliyi seçdi. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarla səmərəli əməkdaşlıq uğurlara yol açdı.
Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi üçün geniş imkanlar yarandı. Praqmatik enerji siyasəti ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın bugününə və sabahına inam artdı. Regional çərçivədə qurulan əməkdaşlıq miqyasını genişləndirərək beynəlxalq səviyyəyə yüksəldi.
Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini təmin etməklə ölkəmizin dayanıqlı inkişafı üçün mövcud imkanları daha da artırdı. İqtisadi qüdrətimizin artması bütün sahələrdə, xüsusilə müstəqilliyimiz və suverenliyimizin qarantı olan ordu quruculuğu sahəsində mühüm addımların atılmasını təmin etdi.
Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha güclü, qüdrətli ölkəyə çevirən Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində diplomatik uğurlarımızın miqyası daha da genişləndi, yeni dostlar və tərəfdaşlar qazandıq. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi daha da möhkəmləndi.
Azərbaycanın bu uğurları Qarabağ münaqişəsinin həllini addım-addım yaxınlaşdırdı. Xalqımız tam əmin idi ki, Prezident İlham Əliyevin qətiyyətli, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu strateji hədəfə nail olduq. Bu gün qüurur və iftixarla qeyd edirik ki, artıq dörd ildir tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.
Yeni Azərbaycan Partiyasının seçki platformasında ölkəmizin hər bir sahədə qazandığı uğurlar və qarşıda duran hədəflər öz əksini tapıb. Partiyanın seçki platformasında qeyd edildiyi kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını və üçrəngli Bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etdi. Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoydu. Hazırda qarşıda dayanan başlıca məqsəd növbəti milli hədəflərin gerçəkləşdirilməsidir.
- Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində və bir çox mühüm nailiyyətlərin əldə edilməsində müstəsna rol oynayıb. Qazanılan uğurların fonunda qarşıda duran hədəflərin reallaşdırılması ölkəmizə nə vəd edir?
- Yeni Azərbaycan Partiyası ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi və digər istiqamətlərdə mühüm işlər görüb və tarixi nailiyyətlərə imza atıb. Eyni zamanda, ölkədə keçirilən seçki proseslərinə diqqət yetirsək, ümumxalq və qələbələr partiyası olan YAP-ın zəngin seçki təcrübəsinə malik olduğunu qeyd edə bilərik.
Partiyanın təqdim etdiyi seçki platformasında Azərbaycanın möhtəşəm uğurları və qarşıda duran hədəflər əks olunub. YAP-ın hədəflərində yeniləşmə daha aydın şəkildə büruzə verir. Bu da, qeyd etdiyimiz kimi, Azərbaycanın tarixi Zəfərə imza atması, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi, Böyük Qayıdış Proqramının uğurla icra edilməsi və yeni reallıqlardan irəli gələn digər mühüm amillərlə bağlıdır.
Təbii ki, hər bir uğurumuz Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə nüfuzunu, xalqın ona etimadını daha da artırır. Bu isə öz növbəsində partiyanın hər seçki prosesinə qələbə əzmi ilə qatılmasını və uğurlu nəticələr qazanmasını şərtləndirir. Heç şübhəsiz ki, 1 sentyabr - növbədənkənar parlament seçkiləri də YAP-ın cəmiyyətdə möhkəmlənən mövqeyinin daha bir təqdimatı olacaq.
Hazırda sıralarında 700 mindən artıq vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyasına inamın və etimadın göstəricilərindən biri gənclərin partiyaya üz tutmasıdır. YAP gənclərə diqqət və qayğını, onların potensial imkanlarından maksimum səmərəli istifadə etməyi xüsusi diqqətdə saxlayır. Partiyanın deputatlığa namizədləri sırasında gənclərin də sayı kifayət qədərdir.
Atılan hər bir addım Azərbaycanın müasir dövrün çağırışlarını adekvat cavablandırmasına, bunların fonunda daha da qüdrətlənməsinə, mövqeyini möhkəmləndirməsinə xidmət edir. Şübhə yoxdur ki, partiyamız bu seçkiləri də şərəfli tarixinə növbəti qələbə səhifəsi kimi yazacaq. Hədəflərimiz çoxşaxəlidir və hər biri reallığa çevriləcək.
- Səbinə xanım, seçicilərə çağırışlarınız nədən ibarətdir?
- Azərbaycan demokratik dəyərlərə böyük hörmətlə yanaşan və bunu atdığı addımları ilə təsdiqləyən ölkədir. Hər kəs öz fikrində, seçimində azad və sərbəstdir. Seçicilərimizi öz seçki hüquqlarından istifadə edərək layiqli namizədlərə səs verməyə çağırıram. Yeni dövrə yeni Azərbaycanla addımlamaq istəyiriksə, səsvermə prosesində fəal olmalı, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək verməliyik. İnanırıq ki, 1 sentyabr - növbədənkənar parlament seçkiləri Yeni Azərbaycan Partiyasına sonsuz inamın növbəti əyani ifadəsi olacaqdır.
Xəbər lenti
Hamısına baxİdman
14 Sentyabr 22:15
Dünya
14 Sentyabr 22:01
Dünya
14 Sentyabr 21:57
Dünya
14 Sentyabr 21:52
Hadisə
14 Sentyabr 21:50
Siyasət
14 Sentyabr 21:15
Siyasət
14 Sentyabr 21:00
Xəbər lenti
14 Sentyabr 20:45
İdman
14 Sentyabr 20:30
Formula 1
14 Sentyabr 20:15
Hadisə
14 Sentyabr 20:05
Xəbər lenti
14 Sentyabr 20:00
Xəbər lenti
14 Sentyabr 19:45
Sosial
14 Sentyabr 19:20
Xəbər lenti
14 Sentyabr 19:00
Xəbər lenti
14 Sentyabr 18:48
Hadisə
14 Sentyabr 18:30
Siyasət
14 Sentyabr 18:05
Xəbər lenti
14 Sentyabr 17:49
İqtisadiyyat
14 Sentyabr 17:26
Dünya
14 Sentyabr 16:14
Dünya
14 Sentyabr 15:41
Sosial
14 Sentyabr 15:16
Formula 1
14 Sentyabr 15:13
Siyasət
14 Sentyabr 15:09
Turizm
14 Sentyabr 14:29
Siyasət
14 Sentyabr 13:55
Sosial
14 Sentyabr 13:44
Gündəm
14 Sentyabr 13:22
Hərbi
14 Sentyabr 13:17
Formula 1
14 Sentyabr 13:11
Hadisə
14 Sentyabr 12:23
Hadisə
14 Sentyabr 12:08
İqtisadiyyat
14 Sentyabr 11:59
İqtisadiyyat
14 Sentyabr 11:09
Sosial
14 Sentyabr 11:06
Daxili siyasət
14 Sentyabr 10:39
Formula 1
14 Sentyabr 10:22
İqtisadiyyat
14 Sentyabr 10:16
Siyasət
14 Sentyabr 10:15
Sosial
14 Sentyabr 10:10
Gündəm
14 Sentyabr 09:43
Mədəniyyət
14 Sentyabr 09:37
Dünya
14 Sentyabr 09:17
Gündəm
14 Sentyabr 09:13
Dünya
14 Sentyabr 08:45
Dünya
14 Sentyabr 08:42
Siyasət
14 Sentyabr 08:22
MEDİA
14 Sentyabr 08:20
Siyasət
14 Sentyabr 08:15
Turizm
14 Sentyabr 07:52
Ədəbiyyat
14 Sentyabr 07:48
İqtisadiyyat
13 Sentyabr 23:55
Sosial
13 Sentyabr 23:45
İqtisadiyyat
13 Sentyabr 23:27
Mədəniyyət
13 Sentyabr 23:15
Sosial
13 Sentyabr 22:40
Siyasət
13 Sentyabr 22:20
Hadisə
13 Sentyabr 21:45
Xəbər lenti
13 Sentyabr 21:28
Siyasət
13 Sentyabr 21:15
Xəbər lenti
13 Sentyabr 21:00
Dünya
13 Sentyabr 20:38
İqtisadiyyat
13 Sentyabr 20:26
Elm
13 Sentyabr 19:45
Turizm
13 Sentyabr 19:17
İdman
13 Sentyabr 18:38
YAP xəbərləri
13 Sentyabr 18:31
YAP xəbərləri
13 Sentyabr 18:30
İqtisadiyyat
13 Sentyabr 18:24