Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar

02.10.2026 [18:04]

Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Xankəndi şəhərinə gəliblər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Xankəndidə yerləşən Qarabağ Universitetini ziyarət edib. Qonaqlara universitetin fəaliyyəti, burada yaradılan müasir təhsil infrastrukturu və tələbələr üçün formalaşdırılan imkanlar barədə məlumat verilib.

Qarabağ Universitetində keçirilən görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov da iştirak edib. O, Xankəndidə aparılan tikinti-quruculuq işləri, məcburi köçkünlərin öz doğma yurdlarında yenidən məskunlaşması barədə məlumat verib.

Nümayəndə heyəti Zəfər Parkına və Zəfər meydanına baş çəkib. Qonaqlar parkın ərazisi ilə tanış olub, burada Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfəri əks etdirən məkanlar və layihələr barədə məlumatlandırılıblar.

Qonaqlar Xankəndidən Ağdam rayonunun Sarıcalı kəndinə baş çəkmək üçün yola düşüb.

Paylaş:
Baxılıb: 341 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31