Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Cənab Prezidentin bəzi nazirləri vəzifədən çıxarmasından digərləri dərs götürməlidir

Siyavuş Novruzov: Cənab Prezidentin bəzi nazirləri vəzifədən çıxarmasından digərləri dərs götürməlidir

19.11.2015 [10:19]

“Cənab Prezidentin son vaxtlar bəzi nazirləri vəzifədən kənarlaşdırmasından digərləri ibrət dərsi götürməlidirlər”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, işinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb: “Başqaları da bundan dərs çıxarmalıdırlar. Ölkə başçısı dəfələrlə müşavirələrdə də bu barədə bildirib. Vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər”.
Vəzifəsindən kənarlaşdırılan və Prezidentin etimadını doğrultmadığı bildirilən keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun YAP Siyasi Şurası üzvlüyündə qalıb-qalmamasına münasibət bildirən S.Novruzov deyib ki, lazım gəlsə, buna partiyanın İdarə Heyətində qərar veriləcək: “Bu, İdarə Heyətinin səlahiyyətində olan məsələdir”.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31