/ / Baş prokuror Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüb
Baş prokuror Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi ilə görüşüb
09.04.2016 [10:27]
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov aprelin 7-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zakir Qaralov Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normalarının pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altındakı ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar, dünya dövlətləri işğal faktını təsdiqləyib, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll edilməsini, qaçqınların doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərarlar qəbul ediblər.
Görüşdə aprelin 2-dən başlayaraq, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı qüvvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində Tərtər, Ağdam və Füzuli rayonları ərazisində yaşayan mülki əhali arasında itkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinə ziyan vurulması barədə məlumat verilib.
AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən baş prokuror Prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verib, əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə böyük önəm verildiyini xüsusi vurğulayıb.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror Zakir Qaralov respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işləri xüsusi qeyd edib.
Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Ştefan Şennak ətraflı məlumata görə təşəkkürünü bildirib, ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib və məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu vurğulayıb.
Görüşdə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20

