Ermənistan KTMT-yə müraciət etmişdi...
11.01.2022 [10:12]
Ekspertlər erməni tərəfinin Kəlbəcərdə atəşkəsi pozmasını təsadüfi hesab etmirlər
Nardar BAYRAMLI
Ermənistan yenə də Azərbaycanla sərhəddə təxribatlar törətməyə cəhd edir. Belə ki, yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Buna qədər sərhəddə son toqquşma ötən ilin noyabrında baş vermişdi. Həmin vaxtdan etibarən sərhəddə sabitlik yaransa da, erməni tərəfi Qazaxıstanda məlum hadisələrın yaranmasından sonra yenidən təxribatlara əl atdı. Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin göndərilməsindən sonra Ermənistanın sərhəddə törətdiyi təxribatı təsadüfi hesab etmək olarmı? Nəzərə alsaq ki, yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə üzv ölkələrin başçılarının onlayn formatda keçirilən görüşündə Azərbaycana qarşı əsassız iddialar səsləndirib, sərhəddə atəşkəsin pozulması müəyyən məqsədlərə xidmət edə bilər.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan həmişə KTMT-dan öz maraqları üçün istifadə etməyə çalışıb. Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu təşkilatı özü üçün “qalxan” hesab edirdi: “Biz dəfələrlə erməni tərəfindən fikirlər eşidirdik ki, Azərbaycana qarşı bu təşkilatın imkanlarından istifadə edə bilər. 44 günlük Vətən müharibəsində də Ermənistan bu məqsədlə KTMT-yə müraciət etmişdi. Amma bu müraciət əsassız olduğu üçün təşkilata üzv ölkələr tərəfindən qəbul olunmamışdı. Eyni zamanda, Azərbaycan diplomatiyası erməni tərəfinin bu kimi cəhdlərinin qarşısını aldı. Həmçinin, Azərbaycanın KTMT-ya üzv olan digər ölkələrlə çox yaxşı münasibətləri var”.
Ekspert qeyd edib ki, Qazaxıstana KTMT-nin qüvvələri göndərildiyi üçün Ermənistan bu amildən gələcəkdə öz məqsədləri üçün istifadə etmək üçün cəhd edə bilər. Kəlbəcər istiqamətində atəşkəsin pozulmasının bu məqsədə xidmət etməsi istisna deyil. Amma Ermənistan bu məqsədinə nail olmayacaq.
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, KTMT qüvvələrinin Qazaxıstanda ilk missiyasını yerinə yetirdiyi vaxt Ermənistanın Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması təsadüfi sayılmamalıdır. Onun sözlərinə görə, Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan Qazaxıstan hadisələri haqda danışarkən bildirdi ki, “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı. Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür köməyi ala biləcək”. Bu açıqlamadan iki gün sonra isə Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozur və bunun İrəvanın KTMT-ni - Rusiyanı Azərbaycanla sərhədə cəlb etmək cəhdi olduğu aydın görünür”.
Həmsöhbətimiz qeyd edib ki, Ermənistan sərhədlə bağlı razılaşmanı qəbul etmək istəmirdi, yalnız 16 noyabr döyüşlərindən sonra Soçidə bunu qəbul etməyə məcbur oldu: “Qazaxıstandakı hadisələr və KTMT-nin ilk dəfə üzv ölkələrində prosesə müdaxiləsini Ermənistan “yeni fürsət” kimi dəyərləndirir və sərhəddə yeni toqquşmalarla “Ermənistan ərazisinə müdaxilə” görüntüsü yaratmaq və KTMT-nin bölgəyə gəlişinə zəmin hazırlamaq istəyir. Paşinyan Ermənistanın KTMT-yə rəhbərliyindən və təşkilatın “ilk müdaxilə” presedentindən istifadə edərək, ən azı sərhəd razılaşmasında Rusiyanın dəstəyini əldə etmək və qazanclı çıxmaq istəyir. Ermənistanın bu məqsədlə sərhəddə hücumları intensivləşdirə bilər. Amma bütün hallarda, Azərbaycanın gücü qarşısında bu ölkə özünün bu niyyətinə çatmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

