Sülh üçün üçüncü tərəfə ehtiyac yoxdur
15.03.2022 [10:24]
Mövld Çavuşoğlunun mesajı kimə ünvanlanıb?
Nardar BAYRAMLI
Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin normallaşması və regional məsələlər müzakirə edilib. “Biz Cənubi Qafqazda sülh üçün çalışırıq. Bu səylərimizə dəstək görürük. Azərbaycan da bundan məmnundur. Sülh hamı üçün faydalıdır”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. M.Çavuşoğlu qeyd edib ki, İkinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra iki ölkə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirdik. Nazirin sözlərinə görə, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir: “Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla üç və dördlü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar. Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”.
Türkiyə xarici işlər nazirinin sülh sazişi ilə bağlı çağırışları, bunun üçün üçüncü tərəfə ehtiyacın olmaması barədə fikirləri nədən xəbər verir? Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramin Məmmədov bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və bütün dünya bu reallıqları qəbul edir. Onun sözlərinə görə, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar: “İrəvanın açıqlamaları, bəyanatları, yanaşması və mövqeyi də bu baxımdan istisna deyil. Ermənistan da bu reallığı qəbul edir. Bu səbəbdən, Ermənistan hakimiyyətinin nümayəndələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin gündəmdə olduğunu deyirlər. Amma bu fikir imitasiya məqsədilə səsləndirilməməlidir, erməni tərəfi bunu əməldə göstərməlidir. Bilirsiniz ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bölgədə inteqrasiya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də, Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, yaxşı perspektivlər vəd edir. Şübhəsiz ki, postmünaqişə mərhələsində Zəngəzur dəhlizinin yaradılması Avrasiya məkanı üçün böyük əhəmiyyət kəsb edir. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. Bu fakt İrəvanı razılığa gəlməyə məcbur edir. Bu gün Paşinyanın müxtəlif toplantılar, görüşlər zamanı səsləndirdiyi fikirlər də bu reallığı ifadə edir”.
Millət vəkili qeyd edib ki, Ermənistan hakimiyyət nümayəndələri arasında sülh müqaviləsi ilə bağlı danışıqların ATƏT-in Minsk qrupunun vasitəçiliyi əsasında aparılması təklifini verənlər də var: “Amma Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Minsk qrupunun, onun həmsədrlərinin 30 ilə yaxın müddətdə vasitəçiliyi heç bir səmərə verməyib. Əslində, həmsədrlər münaqişənin həll olunmasına maraqlı görünmürdülər. Ona görə də, Azərbaycan öz gücünə problemi həll etdi. Belə olan halda, həmsədrlərin sülh müqaviləsinin imzalanmasına vasitəçilik etməsi məsələsi də real görünmür. Yəqin ki, M.Çavuşoğlu üçüncü tərəf deyərkən əsasən bu məsələni nəzərdə tutur. Hazırda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı aktiv danışıqlar gedir. Təbii ki, Türkiyə bu prosesi Azərbaycanla koordinasiya edir. Ermənistana lazımdır ki, mövcud problemlərdən xilas olmaq üçün Azərbaycan və Türkiyə ilə normal əlaqələr yaratsın. Ona görə də, burada kənar vasitəçilərə ehtiyac yoxdur. Bilirsiniz ki, Azərbaycan sülh sazişi imzalamaq üçün öz təkliflərini Ermənistana göndərib. İndi iki ölkə bu müstəvidə birbaşa danışıqlar aparıb razılığa gəlməlidir. Ən səmərəli yol məhz tərəflərin vasitəçilər olmadan birbaşa danışıqlar aparmasıdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

