Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Kim qanunu pozub, ədalət mühakiməsi qarşısında cavab verməlidir

Kim qanunu pozub, ədalət mühakiməsi qarşısında cavab verməlidir

26.08.2011 [09:52]

“Məhkəmənin hökmünü xüsusiləşdirmək, siyasiləşdirmək lazım deyil. Buna göstərilən cəhdlər əbəsdir”. Hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına belə deyib. Səbail Rayon Məhkəməsinin İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan 6 müxalifətçi haqda çıxardığı hökmə münasibət bildirən Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycan demokratik dövlətdir və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs qanun qarşısında cavabdehlik daşıyır: “Qanuna hörmət, riayət etmək hamımızın borcudur. Qanunun aliliyini təmin etmək isə dövlətin vəzifəsidir. Azərbaycanda qanun pozuntusu ilə bağlı məhkəmələrin çıxardığı qərarlar cəmiyyətin, ictimaiyyətin xeyrinədir, ictimai asayişin, vətəndaşların şəxsi mülkiyyətinin qorunması baxımından əhəmiyyətlidir. Azərbaycanda qanunsuz mitinqlərə cəhdlər olub, o cümlədən aprelin 2-də bəzi siyasi dairələr qanunsuz mitinqlər keçirməyə cəhd edərək ictimai asayişi pozublar, vətəndaşların mülkiyyətinə zərər vurublar. Bu da hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, məhkəmə istintaqı aparılıb. Sonda isə məhkəmə hökmü verilib. Məhkəmənin hökmünü şərh etmək niyyətində deyiləm. çünki məhkəmənin hökmü qanuna istinad edir. Qərardan yalnız yuxarı instansiya məhkəməsinə şikayət vermək olar”.
YAP İcra katibinin müavini hesab edir ki, məsələyə siyasi cəhətdən yanaşmağa ehtiyac yoxdur, çünki bu, siyasi deyil, mülki məsələdir: “Müxalifət partiyalarının və bəzi şəxslərin iddialarına rəğmən hesab edirəm ki, məhkəmə qanuna əməl edib. Məhkəmə qərar çıxaranda kimin hansı partiyanın üzvü olduğunu nəzərə almayıb və almamalıdır. İstər YAP, istər ADP, istər AXCP, istərsə də Müsavat Partiyasının üzvü olsun - kim qanunu pozub, ədalət mühakiməsi qarşısında cavab verməlidir”.

Paylaş:
Baxılıb: 849 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30