Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tənqid etmək hüququ, videoçarx və düşünmək problemi

Tənqid etmək hüququ, videoçarx və düşünmək problemi

17.03.2012 [00:53]

Düşünmək unikal keyfiyyət kimi
Düşünmək insana xas olan unikal bir keyfiyyətdir. İnsandan başqa heç bir məxluqat və canlı düşünə bilmir. Məhz düşünmək qabiliyyəti və bacarığına görə, insan müasir svilizasiyaya gəlib çatmağı bacarmışdır. Düşünməyi, müsbət, proqressiv, rasional düşünməyi bacaran və düşündüklərini müvafiq məqsədlərə yönəldən xalqlar və millətlər dünyanın ən böyük xalqları və millətləridir. Demək, bəşəriyyətin inkişafı hər nə qədər digər çoxsaylı faktorlarla bağlıdırsa, hesab edirik ki, bir o qədər də bəlkə daha çox düşünmək və düşüncə ilə bağlıdır. Ona görə də, düşünmək barədə danışarkən həm də belə bir sual ortaya çıxır: “Nəyi düşünmək, niyə düşünmək və necə düşünmək?”.
Bəzən düşünməyi dahicəsinə bacaran böyük istedadlar bu keyfiyyəti cinayət məqsədlərinə yönəldir və “istedadlı” mafiozlara, oğrulara, cinayətkarlara çevrilirlər. Ancaq proqressiv, yaxşı düşünən insanlar düşünməklə bəşəriyyəti, dünyanı xilas edirlər. Hər şeydən öncə isə öz xalqını və millətini mədəniyyətlərarası rəqabətdə önə çıxarırlar.
Düşünmək və düşmək feli
Düşüncənin istiqamətləri demək olar ki, çoxsaylı və sonsuzdur: musiqi, şeir, roman, siyasət, fəlsəfə, elm, mədəniyyət, istehsal, texnika, kosmos və s. haqda düşünmək. Bu sonsuz sıralamada ən öndə gedən komponentlərdən biri düşünərək özünü dərk etmək, özünüyeniləmək və bununla da yaşadığı cəmiyyəti dəyişdirmək və yaxşılaşdırmaqdır. Ona görə də bir cəmiyyətin, bir xalqın düşünənləri (düşünürləri), fikir adamları nə qədər çoxdursa o cəmiyyət bir o qədər də inkişaf edir. Bu mənada hər bir xalq öz milli düşünürlərinə borcludur. Amma “düşünür” sözünün içərisində həm də başa düşmək mənası gizlənib. Ona görə də, oğuz boyundan olan türkmən qardaşlarımız “başa düşdünmü” sözünün əvəzinə “düşündünmü” işlədiblər. Hesab edirik ki, bu, çox müdrik bir ifadədir. Biz həmişə nəyisə anlamağa çalışanda düşünərək başa düşdüm deməliyik ki, bu iki söz birlikdə olsun. Yəni, sənin dediyini düşündüm, başa düşdüm. Hər iki sözün kökündə də “düş” kökü var ki, bu da dilimizin ən qədim qatlarında gizlənən və məxsusi məzmun kəsb edən yerinə oturtmaq, yerinə düşmək, yerləşdirmək felindəndir və təmiz türk dilindədir. Eyni zamanda, düşünmək özlüyündə həm də sualdır.
İbn Sinanın oyuncağı və nə üçün sualı...
Şərqin böyük mütəfəkkiri İbn Sinanın dili açılarkən işlətdiyi ilk söz “nə üçün?” olub.  Adətən  uşağın dil açarkən işlətdiyi ilk söz, ya “ata”, “ana”, ya da “ver” sözü olur. Amma bir neçə aylığında gildən düzəldilmiş və müxtəlif rənglərə boyadılmış oyuncağını əlindən salan İbn Sina onun parça-parça olduğunu görəndə ilk işlətdiyi söz “nə üçün” olur. Deməli, Şərqin dahi oğlu hələ bir neçə aylığında artıq düşünməyi bacarırdı. Onu düşündürən güc oyuncağın qırılmasına nəyin səbəb olması idi. Ona görə də hesab edirik ki, dünyada, cəmiyyətdə nə baş verdiyini anlamaq üçün ilk olaraq “nə üçün?” sualını verib düşünmək lazımdır. Məhz bu səbəbdən də son dövrlərdə insanların düşünərək yaratdığı bu qlobal mürəkkəb siyasi, iqtisadi və kiberdünya bizdən daha çox düşünməyi tələb etməklə düşüncənin bir növ yeni modern vasitəsini tapıb. Buna “analitik düşünmə” deyirlər. Bu qabiliyyətə sahib olmaq üçün əlbəttə ki, ilk növbədə sadəcə rasional düşünməyi bacarmaq lazımdır. Bunu bacarmayan insan analitik düşünməyi əsla bacarmayacaq. Ona görə də hesab edirik ki, hər bir insan ilk növbədə düşünmək qabiliyyətinə malik olmalı və onu inkişaf etdirməklə analitik düşüncəsini formalaşdırmalıdır. Yalnız bu halda insan ətrafda, cəmiyyətdə, ölkədə və dünyada baş verən prosesləri dərindən dərk edib düzgün qərarlar qəbul edə bilər.
Analitik düşüncə səbəb və nəticənin məhsulu kimi
Bəzi hallarda baş verən hər hansı bir hadisə düşünülmədən izah edilməyə çalışılır. Yaxşı olar ki, insanlar öncə hadisənin mahiyyətini anlamağa çalışsınlar, məhz analitik düşünmə metoduna söykənərək hadisəni müxtəlif aspektlərdən, prizmalardan təhlil etməklə onun baş vermə səbəb və məqsədlərini aydınlaşdırsınlar, sonra yenidən təkrar düşüncənin süzgəcindən keçirərək düşündüklərinin məhsulunu ictimai bazara çıxarsınlar. Təəssüf ki, düşünməyi bacarmayan insanlar dərhal ağıllarına gələn ilk fikri, düşüncəni ictimailəşdirib söz bazarına çıxarırlar. Beləliklə də, həm ictimai bazarın keyfiyyətini aşağı salır, həm sözün qiymətini azaldır, həm də ictimai-siyasi münasibətləri primitiv səviyyəyə endirirlər. çünki burda düşüncə iştirak etmir. Düşüncənin, fikrin, təxəyyülün, əqlin, idrakın iştirak etmədiyi hər bir söz və fikir isə ibtidaidir.
Bizim tənqid hüququmuz və söz azadlığı
Bu günlərdə “Yeni Azərbaycan” qəzeti ölkənin ictimai-siyasi həyatı ilə bağlı müxtəlif yazılardan birində müəyyən tənqidi məsələləri müzakirəyə çıxarıb. Bu yazı tamamilə mətbuat dili və üslubuna uyğun olmaqla, real informasiya zəmininə söykənməklə vaxtı ilə bu və ya digər şəkildə ayrı-ayrı mətbuat orqanlarında yer alan məlumatlara istinadən yazılıb. Şübhəsiz ki, “Yeni Azərbaycan” qəzeti də Azərbaycan dövlətinin yaratdığı söz və mətbuat azadlığı hüququndan istifadə edərək həmişə tənqid olunduğu halda tənqid yazmağı da məqbul sayır. Ona görə də, “Yeni Azərbaycan” qəzeti də ölkəmizdə bərqərar olan demokratik prinsiplərin və normaların icazə verdiyi çərçivədə tənqid yaza bilər və belə də etdi. Sonradan baş verən hadisələrin fonunda qəzetimizdə yazılan tənqidi yazının bu və ya digər səviyyədə və müstəvidə müxtəlif maxinatorlar tərəfindən siyasi manipulyasiya mövzusuna, predmetinə çevrildiyinin şahidi olduq. Əlbəttə ki, bu, doğru deyil. Xüsusilə vurğulamaq istərdik ki, “Yeni Azərbaycan” qəzetində dərc olunan yazıdan sonra hər hansı bir videoçarxın meydana çıxması və sözügedən videoçarxın hansı əxlaqi keyfiyyətdə olması “Yeni Azərbaycan” qəzetinin problemi deyil və onun qəzetdə dərc olunan  materiala heç bir aidiyyatı yoxdur. çünki, məhz “Yeni Azərbaycan” qəzetində nəşr olunan yazıdan sonra belə bir videoçarxın meydana çıxması hər şeydən öncə qəzetə qarşı yönəlmiş addım kimi qiymətləndirilməlidir. Belə bir vəziyyətin yaranmasında əsla marağı olmayan tərəf də elə “Yeni Azərbaycan” qəzetidir. Məhz burda yenidən düşünmək və düşüncə anlayışlarının mahiyyətinə baxaraq, bu iki hadisənin, yəni “Yeni Azərbaycan” qəzetində dərc olunan tənqidi yazı ilə sözügedən videoçarx arasında əlaqənin olduğunu bildirməyə çalışanlara  sual verək - siz heç analitik düşünürsünüzmü və ya ümumiyyətlə düşünürsünüzmü? Və bu hadisələrin arxasında olan səbəb və nəticələri axtarmağa cəhd edirsinizmi? Qəzetimizin mənafeyinə uyğun olmayan, Azərbaycan dövlət rəsmilərinin də pislədiyi bu məsələni təkrar-təkrar müxtəlif mətbuat orqanlarında məhz “Yeni Azərbaycan” qəzetindəki yazı ilə əlaqələndirməyə çalışarkən niyə insanların əsrlər boyu əldə etdiyi analitik düşüncə metodundan istifadə etməklə dərindən təhlil etmirsiniz? Niyə ağlınıza gəlmir ki, mövcud vəziyyətdə elə “Yeni Azərbaycan” qəzeti də zərərçəkən statusundadır? O videoçarx bizim sağlam tənqidimizi qeyri-əxlaqi müstəviyə transfer etməklə, elə ilk növbədə qəzetimizin məqsədlərinə zərbə vurub. Niyə ağlınıza gəlmir ki, hadisələrin bu şəkildə inkişaf etməsi hansısa üçüncü tərəfin maraqlarına xidmət edə bilər?
Düşündünüzmü, başa düşdünüzmü?
Yazının sonunda isə “Yeni Azərbaycan” qəzetinin tənqidi yazısı ilə bizim də əsla qəbul etmədiyimiz və pislədiyimiz videoçarx arasında əlaqə qurmağa çalışan çox hörmətli həmkarlarıma səslənirəm. Türkmən qardaşlarımızın dediyi kimi, indi “düşündünüzmü?”, yəni başa düşdünüzmü?
Paylaş:
Baxılıb: 928 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30