Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır

Hulusi Akar: Atəşkəs Azərbaycanla Ermənistan arasında yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır

22.04.2021 [17:11]

Tarixən düşmənçilik etmək və yeni qarşıdurmalar yaratmaq birgə gələcək qurmaq üçün qəbuledilməz və faydasız olub. Keçən il Azərbaycanla Ermənistan arasında elan olunan atəşkəs yeni səhifə açmaq üçün yaxşı fürsət yaradır. Bundan əlavə, Türkiyə 2020-ci ilin fevralında Ermənistanda çevrilişə cəhdi rədd edən və qınayan ilk ölkələrdən biri oldu. Təhlükəsizlik, sabitlik, sülh və firavanlıq imkanları təkcə Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün vacibdir. Bəlkə də Ermənistan rəhbərliyi Türkiyənin onlara göndərdiyi mesajları dinləyib sülhə investisiya qoymağı seçərsə, bu, bütün bölgə üçün böyük siyasi və iqtisadi mənfəətlərlə nəticələnər.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu fikirlər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın “Erməni məsələsi və Harbord hesabatı” sərlövhəli məqaləsində yer alıb.

Yazıda 1915-ci il hadisələrini şərh edən nazir Birinci Dünya müharibəsindən sonra bəzi qrupların və erməni lobbisinin təsiri ilə o zamankı ABŞ Prezidenti Vudro Vilson tərəfindən Türkiyəyə amerikalı general James Guthrie Harbordun rəhbərlik etdiyi tədqiqat qrupunun göndərildiyini xatırladaraq yazıb: “Onları ikisi general olmaqla, 50-dən çox zabit müşayiət edib. Bölgədə 58 gün aparılan hərtərəfli araşdırmalardan sonra hərbi tədqiqat heyəti böyük hesabat hazırlayıb. 1603 səhifədən ibarət olan və sirr pərdəsini açan bu hesabat müharibə dövründə Osmanlı imperiyası və erməni məsələsi mövzusunda intellektual dürüstlüklə yanaşı, obyektivliyi də nümayiş etdirirdi. Birinci Dünya müharibəsinin bitməsindən bir əsrdən çox bir vaxt keçməsinə baxmayaraq bu məsələ hələ də müzakirə mövzusudur. O vaxt ABŞ-dakı ermənilər və erməni lobbisi bu araşdırmanın nəticələrinə qarşı çıxdılar”.

Amerikalı generalın hazırladığı hesabatda Osmanlı ermənilərinin Türkiyənin heç bir yerində çoxluq təşkil etmədiyi göstərilib.

Ermənistanın Türkiyənin arxivlərin açılıb məsələnin kökündən araşdırılması çağırışlarına cavab vermədiyini vurğulayaraq nazir deyib: “O vaxt Baş nazir vəzifəsini icra edən hazırki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə Ermənistan Prezident Administrasiyasına məktub ünvanlayaraq tarixçilər və elm adamlarından ibarət komissiyanın yaradılmasını təklif edib. Nəzərdə tutulan bu komissiya araşdırmaları türk və erməni dillərində aparacaq, eləcə də mövzuya aid olan bütün üçüncü ölkə arxivlərində tədqiqatlar həyata keçirərək nəticələri dünya ictimaiyyətinə təqdim edəcəkdi. Bu təklifin hələ də qüvvədə olduğunu bildirir, lakin Türkiyənin sözügedən təklifə hələ də cavab ala bilmədiyini və ya Ermənistanın öz arxivlərini açmadığını görməkdən məyusluq hissi keçirirəm”.

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31