Ana səhifə »  Xəbər lenti »  Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
A+   Yenilə  A-
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi aqrar sahədə həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər muxtar respublikamızda arıçılığın da inkişafına geniş perspektivlər açır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi təsis edilib, eyni zamanda, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, festivalların, yarmarkaların təşkili istiqamətində məqsədyönlü tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, istehsal və ixrac imkanlarının artırılması yeni uğurlar qazanılmasına zəmin yaradır.

Muxtar respublikada arıçılıq sahəsində məhsuldarlığın artırılması, habelə bu sahəyə marağın stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyaların verilməsi mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın Nazirlər Kabinetinin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası”na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilir. Subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır.

Muxtar respublikada kənd əhalisinin məşğulluğunun təmin olunması sahəsində arıçılıq əvəzedilməz rola malikdir. Bu sahəyə göstərilən dövlət dəstəyi stimullaşdırıcı xarakter daşımaqla arıçılıqla məşğul olan təsərrüfatçıların sayının ildən-ilə artmasına səbəb olur. Cari ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılıq məhsullarının emalı və qablaşdırılması istiqamətində bir fiziki şəxsə dövlət maliyyə dəstəyi göstərilib. Ümumilikdə, cari ilin birinci rübü ərzində arıçılıq təsərrüfatlarının yaradılması məqsədilə 5 layihənin maliyyələşdirilməsinə 34 min manat həcmində vəsait sərf edilib. Ümumilikdə, 2000-ci ildən ötən dövr ərzində fond tərəfindən arıçılığın inkişafı məqsədilə 150 layihənin maliyyələşdirilməsinə 310 min manat güzəştli kredit ayrılıb.

Bu ilin birinci rübündə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının və Şərur rayonunda 1 arıçılıq təsərrüfatının yaradılması başa çatdırılıb. Həmçinin dövlət maliyyə dəstəyi hesabına Babək rayonunda 1, Ordubad rayonunda 1, Şahbuz rayonunda 2 arıçılıq təsərrüfatının yaradılması və Naxçıvan şəhərində 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Əhalinin istehlakında özünəməxsus yeri olan bal və bal məhsullarının keyfiyyətinin təmin edilməsi qida təhlükəsizliyi baxımından əsas sahələrdən biri hesab olunur. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq laboratoriyasında digər mal çeşidləri ilə yanaşı, təbii bal məhsullarının da laboratoriya təhlilləri mütəmadi olaraq həyata keçirilir.

2021-ci ilin ötən dövrü ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarının 22 halda səyyar və 5 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.

Muxtar respublikada arıçılığın inkişafına göstərilən hərtərəfli dəstək və fermerlərin bu sahəyə marağının artması cari ildə də bal və digər arıçılıq məhsullarının istehsalında artıma səbəb olacaq.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  17-05-2021  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
14 İyun 14:04
YAP Mərkəzi Aparatında 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib
14 İyun 14:02
Suraxanı rayonunda şəhid İsa Məmmədovun məzarı ziyarət olunub
14 İyun 13:28
Ömər Eldarov: Azərbaycan xalqı üçün əlamətdar günlərə həsr olunmuş sərgilərin təşkili ənənə halı alıb
14 İyun 12:59
Azərbaycandan keçməklə Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
14 İyun 12:56
“ASAN İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edilib
14 İyun 12:39
Suraxanı rayonunda şəhid Məhəmməd İsmayılzadənin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
14 İyun 12:28
Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub
14 İyun 12:22
Ombudsman: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, ərazilərin bərpası prosesini də ləngidir
14 İyun 12:14
Tahir Budaqov: Milli qurtuluşdan başlayan yol milli tərəqqiyə yol açdı
14 İyun 12:09
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Ermənistan təcavüzə görə özünün məsuliyyətini inkar edir
14 İyun 11:56
Daimi nümayəndəlikdə 15 İyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
14 İyun 11:53
15 İyun Milli Qurtuluş Günü tarixə Azərbaycanın xilası günü kimi daxil olub
14 İyun 11:42
Deputat: Türkiyə Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək
14 İyun 11:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
14 İyun 11:20
Qarabağ müharibəsində Ermənistan ordusunun tərkibində döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan məhrum edilib
14 İyun 10:44
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Gülərin 8 yaşını təbrik etmişlər
14 İyun 10:41
YAP Göygöl rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 10:27
Milli Kitabxana növbəti virtual sərgini Milli Qurtuluş Gününə həsr edib
14 İyun 10:15
Azərbaycan məktəblərində 84 min 69 şagird XI sinfi bitirir
14 İyun 09:19
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır
14 İyun 09:11
Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək
13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA